Böyük və kiçik qrupların uyğunlaşmasının sosial-psixoloji təhlili

Açar sözlər: qrup, cəmiyyət, şəxsiyyət, uyğunlaşma prosesi, psixodiaq- nostik sahə, fəaliyyət, motiv, dəyərlər
Müasir cəmiyyətin təməlini böyük və kiçik qruplar təşkil edir. Qruplar həyatın və bizim öz konsepsiyamızın ayrılmaz bir hissəsidir. Araşdırmalar göstərir ki, insanların əksəriyyəti özlərini cəmiyyətdə mövcud olan qrupların üzvləri kimi qəbul edir. İnsanlar daxil olduqları qrupların xüsusiyyətlərini, əlamətlərini mənimsəməyə uyğunlaşmağa çalışırlar. Hər bir insan müxtəlif qruplarda öz vaxtının əhəmiyyətli hissəsini keçirir – evdə, işdə, təhsil müəssisəsində, qonaqlıqda, idman seksiyasının məşğuliyyətlərində, yol yoldaşlarının arasında və s. Ailə də bir qrupdur insanlar bu qrupda ailənin idarə olunmasını, uşaqların tərbiyə məsələlərini, qayğılarını və bu kimi mühüm vəzifələri icra etməyə çalışırlar.
Bu halda onlar başqa insanlarla müəyyən əlaqələrə daxil olur, onlara qarşılıqlı təsir edir və ya əksinə, rəqabət aparırlar. Bəzən qrupda insanlar eyni psixi vəziyyətlərdə narahat olurlar, və bu müəyyən yolla onların fəaliyyətinə təsir edir. Bu cür ümumi mənafe və birgə fəaliyyət olmadıqda insanların birliyinin məqsədi də məlum olmur. Belə təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri, onların bir-birini qavraması halları da aradan çıxır [4]. Kiçik qrupların tədqiqi ilkin şərti kimi qrupun bəzi xarakteristikasına malikdir: onun sərhədlərinin təyini, tərkibi və kompozisiyaları. Amma təbii ki, o proseslərin öyrənilməsi sosial- psixoloji cəhətdən analizin əsas məsələsidir, hansı ki, qrupun həyatında mühüm rol oynayır. Ünsiyyətin və qarşılıqlı təsirin ümumi qanunauyğunluqları məhz kiçik qrupda reallaşır, dəyərlərin saxlanması, məzmunu, norma və quraşdırmalar isə böyük qruplarda formalaşdırılır. Bir halda ki, real kiçik qruplar ictimai həyatın müxtəlif sferalarında mövcuddur, onların yaranma üsulları da olduqca müxtəlifdir. Böyük qruplarda psixoloji xarakteristikaların nisbəti problemi və ona daxil olan şəxslərin bir-biri ilə münasibətləri öyrənilir. Özündə bu problem belə həll edilir: qrupun psixoloji xarakteristikaları onun tipini təşkil edir ki, bu da bütün individlər üçün tipikdir. Görünür qrupu təşkil edən fərdlər sosial psixologiyanın bir hissəsini təşkil edir, hansı ki, onu qrupun psixologiyası adlandırmaq olar. Bu tipik olaraq hamı üçün eyni deyil. Buna görə sosioloji analizdə məsələn, şəxsiyyətin xüsusi sosial tipini qurmaq cəhdləri öyrənilir, burada yalnız şəxsiyyətin tipi nəzərdə tutulmur, hansısa bir müəyyən dövrə və ya sosial quruluşa məxsus olan bəzi sosial qruplar da aid edilir. Ümumi tipin üzə çıxardılması yalnız qrup üzvlərinin fərdi şüurlarının məzmununun öyrənməsi və tədqiqi yolu ilə mümkün deyil, ona görə ki, bütün xüsusiyyətlər qrupun hər üzvünə məxsusdur. Qrupun formalaşmasında qeyd edilmiş kollektiv təcrübə mühüm rol oynayır və bu təcrübə tam geniş formada hər bir şəxs tərəfindən mənimsənilmir [7].
Qrupu təhlil edərkən qrupda ən vacib məsələlərdən biri də uyğunlaşma prosesidir. Uyğunlaşma psixologiya elminin ən mühüm anlayışlardan biridir. İnsanların mühitə, cəmiyyətə, iqlimə, yaşadığı həyat şəraitinə uyğunlaşması və uyğunlaşma bacarığı onun sonrakı fəaliyyət və münasibətini tənzimləyən, eləcə də şərtləndirən mühüm bir psixoloji prosesdir. Uyğunlaşma- sosial-psixoloji, fərdi və qrupun qarşılıqlı fəaliyyəti zamanı insan məqsədlərinin, dəyər və normalarının mənimsənilməsi ilə bağlı, müəyyən bir təfəkkür tələb edir.Hər bir insan, inkişaf və sosiallaşma zamanı ətraf mühit şəraitinə müəyyən qoruyucu mexanizmlər daxil olmaqla uyğunlaşır. Ətraf mühitin dəyişməsi zamanı bu mexanizmlərdə müəyyən uyğunsuzluqlar yarana bilər. Hər bir sosial qrupda fərdlər öz psixoloji adaptiv mexanizmləri ilə qarşılıqlı fəaliyyət göstərir. Uyğunlaşma fenomeni insanın normal həyat fəaliyyətini əhatə edən şəraitə uyğunlaşmasını təmin edir. Uyğunlaşma – dinamik prosesdir, hansı ki, şəraitin dəyişkənliyinə baxmayaraq, canlı orqanizmlərin hərəkətli sistemləri üçün lazım olan mövcud sabitliyi dəstəkləyir. Nə vaxt ki, uyğunlaşma prosesi sistemdə orqanizm və mühitdə əhəmiyyətli dəyişikliklər yaradır, bu proses fizioloji funksiyaların və davranış reaksiyalarının maksimal effektivliyə çatmağına icazə verir. Çünki orqanizm və mühit stabil deyil, onların dinamik tarazlıqda olan nisbəti daim dəyişir və uyğunlaşma prosesi həyata keçirilir.
Qrupda hər bir insan müəyyən rol və vəzifələri icra edir müəyyən statusa malik olur. İnsan qrupa müxtəlif üsullarla uyğunlaşa bilər: a) qrupun əsas xüsusiyyətlərinə, tələblərinə və gözləntilərinə uyğun olaraq özünü dəyişmək yolu ilə; b) qrupun müəyyən xüsusiyyətlərinə, şəxsi məqsədlərinə uyğun olaraq dəyişməklə (məqsədlər, ehtiyaclar və motivlər) c) qrupdakı nisbi təcrid əsasında. Sosial psixologiyada kiçik bir qrupda şəxsiyyətin öyrənilməsinə dair 3 yanaşma mövcuddur, «şəxsiyyətin xüsusiyyətlərinin funksiyası kimi uyğunlaşma», «qrupun xüsusiyyətlərinin funksiyası kimi uyğunlaşma», «şəxsiyyətin və qrupun qarşılıqlı fəallığının funksiyası kimi uyğunlaşma». Birinci qrupda şəxsiyyətin xüsusiyyətlərinə diqqət yetirilir eyni zamanda onun sürəti və uyğunlaşma səviyyəsi müəyyənləşdirilir. Belə keyfiyyətlərin sahəsi genişdir: fizioloji (məsələn, sinir sisteminin xüsusiyyətləri, yüksək sinir aktivliyinin növü), psixoloji (xüsusiyyətlər və temperament növü), sosial psixoloji (xarakter xüsusiyyətləri, dəyərlər, özünüifadə). Eyni zamanda, qrup müəyyən bir fon hesab edilir və uyğunlaşmada onun rolu nəzərə alınmır. İkinci yanaşmada qrupun uyğunlaşma potensialı dedikdə, qrupdaşəxsiyyətin düzgün formalaşması başa düşülür. Məsələn, keyfiyyətli uyğunlaşmanı tövsiyə edənlər onunla əlaqəli qrupun qurulmasına üstünlük verirlər (A.Sorbatenko). Üçüncü yanaşmada uyğunlaşma fərdlər və qrup arasında qarşılıqlı iki tərəfli aktual proses kimi özünü göstərir. Məsələn, yeni mikromühitə təqdim olunmuş şəxsi inkişaf modeli (A.V. Petrovski) [2].
Uyğunlaşma qrup üzvlərinə fərdi məqsəd və ehtiyacları qarşılamaq üçün imkanlar təmin etmədikdə, qrup üzvləri yarımqruplara daxil olmaqla məqsəd və ehtiyacları həyata keçirirlər. Bir qayda olaraq yarımqruplarda uyğunlaşma daha tez baş verir və bütövlükdə qrup daxilində olan şəxslər üçün uyğunlaşma daha məqsədəuyğun hesab olunur.Yarımqrup qrupla daha çox bağlıdırsa, yarımqrup üzvlərinin uyğunlaşma prosesi daha çox bu qrup vasitəsilə həyata keçiriləcəkdir. Yarımqrupda onun üzvləri uyğunlaşma prosesini yalnız öz qrupu vasitəsilə deyil, həm də digər qruplar vasitəsilə həyata keçirəçəkdir.
Kiçik qruplarda şəxsiyyətin sosialpsixoloji cəhətdən uyğunlaşması məsələsinə xüsusi diqqət yetirilir. Qrupdakı fərdlərın soaial -psixoloji cəhətdən uyğunlaşmasının, formalaşmasının başlanğıc mərhələsində bu prosesin tədqiqinin təhlili durur. Elmi biliyin çox sahələrində insanın uyğunlaşması problemi müxtəlif formada təhlil edilmişdir. Müxtəlif sahələrin mütəxəssislərinin diqqətini fəaliyyətin, ünsiyyətin və biliyin subyekti kimi insanın uyğunlaşma resurslarıyla bağlı problemlər cəlb edir. Bu anlayış biologiyada fəal istifadə olunur eyni zamanda orqanizmin və ətraf mühitin qarşılıqlı təsirinin öyrənilməsi cəhdlərinə başlanır ki, bu da onların yeni ideyalarının, zənginləşdirilməsinə, qiymətləndirilməsinə zəmin yaradır. Filosoflar, psixoloqlar, sosioloqlar və pedaqoqlar müasir dünya və cəmiyyətin daimi dəyişikliklərinin kontekstində şəxsiyyətin psixoloji uyğunlaşması fenomeninin dərk edilməsi cəhdlərini öyrənməyə çalışmışlar. «Uyğunlaşma» anlayışının müəyyən olunması mürəkkəb fəlsəfi-metodoloji problemi təşkil edir. Təbii elmlərdə uyğunlaşma ətraf mühit şərtləri dəyişdirildikdə belə bütövlüyünü və funksional sabitliyini qoruyub saxlayan canlı sistemin reaksiyalarından ibarətdi [1, 6]. Canlı orqanizmin təkamülünün məhsulu olan bir şəxs xüsusi sosial mühitə malikdir buna görə də, bu mühitə uyğunlaşmaq üçün insanın qanunları haqqında müəyyən fikrə malik olması məqsədəuyğundur. Həmçinin uyğunlaşma prosesinin ən mürəkkəb və müxtəlif cinsli aspektləri məhz insanın hərtərəfli fəaliyyətində, davranışlarında görünür. Uyğunlaşmanın sosial-psixoloji cəhətdən öyrənilməsinin əsas xüsusiyyətləri dedikdə kiçik qruplar tərəfindən vasitəçilik edilmiş fərdin və cəmiyyətin əlaqələri, kiçik qrupun vəyeni bir insanın uyğunlaşdığı sosial mühit, uyğunlaşma prosesində iştirak edən məqsəd və ehtiyacları başa düşülür [6]. Mikromühitdə fərdin sosial-psixoloji cəhətdən uyğunlaşmasının müxtəlif təyinləri mövcuddur. Sosial-psixoloji uyğunlaşmanı ümumiləşdirən kiçik bir qrup, qeyri-formal qrupun qarşılıqlı fəaliyyətinin nəticəsidir və eyni zamanda qrupun məqsəd və vəzifələrinin, norma və dəyərlərinin maraq və imkanlarının mənimsənilməsi qrupa uyğunlaşmanı təmin edir. Qrupun sosial-psixoloji quruluş kontekstində uyğunlaşdırılmasını təhlil etmək üçün kiçik bir qrupun sosial- psixoloji uyğunlaşmasının öyrənilməsi vacibdir. Qeyri-rəsmi bir yarımqrup, qrupun digər üzvlərinə nisbətən bir və ya bir neçəəhəmiyyətli ümumi psixoloji əlamətlər əsasında birləşən qrup üzvlərinin bir qrupudur. Qeyri-rəsmi yarımqrupüzvləri, kollektivi qrup üçün bir sıra sosial-psixoloji funksiyaları yerinə yetirir. Qrupun sosial-psixoloji quruluşunun əsasını təşkil edən qeyri- rəsmi yarımqruplar ümumi xüsusiyyətlərə malikdir və onlara daxil olmayan üzvlər bir-biri ilə və qrupla əlaqədədirlər. Burada daxili və xarici fəaliyyətinin motivləri, ehtiyacları, sosial davranış aspektləri nəzərə alınır. Məsələn, qrupun birləşməsi yalnız yarımqruplar arasındakı münasibətlərə (subyektiv və ya sosial-psixoloji), fərdlər və bütövlükdə qrup arasındakı əlaqələrə və ya digər səbəblərə əsasla- nır. Əvvəlki tədqiqatlar göstərir ki, bütövlükdə fərd yalnız kiçik bir qrupa deyil, eyni zamanda «qeyri-rəsmi» yarımqrupa da uyğunlaşır. Nəticədə, qrupdakı uyğunlaşma prosesi yarımqruplardakı uyğunlaşma prosesini əhatə edir. Bununla belə tədqiqatlar göstərir ki, fərdin uyğunlaşma səviyyəsi bütövlükdə kiçik bir qrup üçün uyğunlaşma göstəricisinə çevrilir. Fərdi yarımqrupların üzvlərinin bu göstəriciləri orta qrupdan əhəmiyyətli dərəcədə fərqlənə bilər [5].
Cəmiyyətdə şagirdlərin, tələbələrin, işçi heyyətinin daxil olduğu yeni mühitə uyğunlaşması da vacib məsələlərdəndir. Tələbələr xüsusən də birinci kurs tələbələri universitetin təhsil şəraitinə, qrupa kollektivə uyğunlaşmaqda müəyyən çətinliklər çəkirlər. Tələbələr inkişaf etdikcə onların dünyagörüşləri, həyata baxış formaları eyni zamanda problemlərə, çətinliklərə düzgün yanaşıb həll edə bilmək bacarıqları formalaşır. Bütün bunlar gələcəkdə tələbə qrupunun uğurunu, öyrənmə səmərəliliyini, tələbə mühitində şəxsi özünü qurma imkanlarını müəyyənləşdirir.
Bu bizə bir sıra müddəaları formalaşdırmağa imkan verir:
– bir qrupa yeni bir iştirakçı daxil olduqda o, ona həqiqətən açıq olan qeyri-rəsmi yarımqruplardan birinə daxil olur ya da daxil olmur; Yeni bir qrupun digər qrupa uyğunlaşması prosesi, əsasən bir yarımqrupa daxil edilməsi və ya edilməməsi prosesidir;
– yarımqrupların üzvləri, bütövlükdə qrupdan daha yüksək uyğunlaşma səviyyəsinə malikdirlər; Qrupun müstəqil üzvləri bütövlükdə qrupdan daha çox yarımqrupa uyğunlaşma səviyyəsi ilə daha yüksək uyğunlaşma səviyyəsinə malikdir;
– bir qrupa tam üzvlərin uyğunlaşdırılması qeyri-rəsmi bir yarımqrupa və ya bir neçə yarımqrupa uyğunlaşmaqla vasitəçilik edir, yəni qrupdakı bütün üzvlərin uyğunlaşdırılması onların bir və ya digər qruplara daxil edilməsi yolu ilə həyata keçirilir.
İnsanın sosial-psixoloji uyğunlaşmasının psixodiaqnostik sahəsinə diqqət yetirdikdə, burada qrupun mövqeyindən çıxış edərək ümumi və orta nəticələr əldə edə bilərik. Sosial- psixoloji strukturun diaqnostik proseduraya daxil edilməsi bu strukturdakı yerə görə fərdlərin uyğunlaşmasını daha fərqli və dəqiq bir şəkildə müəyyənləşdirməyə imkan verir [4]. Bir qrup fərdlərin uyğunlaşmasını öyrənmək üçün «Qrupda və yarımqrupda bir fərdin sosial-psixoloji uyğunlaşmasının öyrənilməsi metodikası» hazırlanmışdır. Bu texnikaA.V. Sidorenkova-nın mikrogrup nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəbütün qrupda və formalyarımqrupda adaptasiya səviyyəsini ölçməyə imkan verir. Metodun bu xüsusiyyəti fərdlərin adaptasiyasının daha tam təhlili üçün şərait yaradır, buna görə qrupa uyğunlaşmaq uyğunlaşma səviyyəsini əks etdirmir. Uyğunlaşma birbaşa insanların rifah səviyyəsinə, onun iş qabiliyyətinə, fəaliyyətinin səmərəliliyinə və məhsuldarlığına birbaşa təsir göstərir. Buna görə də, təklif olunan metod fərdlərin qruplarda iştirakı zamanı onların qrupa uyğunlaşma səviyyəsinin düzəldilməsinə və fərdlərin uyğunlaşmasında bu xüsusiyyətləri tam və dərindən tanımağa kömək edir. Beləliklə, uyğunlaşma kompleks və çoxfunksiyalı bir fenomendir. «Sosial-psixoloji uyğunlaşma» anlayışı cəmiyyətin tələblərinə və öz ehtiyaclarına, motivlərinə, mənafelərinə uyğun bir insanın cəmiyyətdəki reallığa uyğunlaşmasını nəzərdə tutur.

Nəticə:
Sosial psixologiyada qrup probleminin öyrənilməsilə yanaşı qruplarda uyğunlaşma prosesi də araşdırılır. Tədqiqatımızdan belə nəticəyə gəlirik ki, qrup sosiologiyanın anlayışları daxilində öyrənilən fenomen kimi təzahür edir. Qrupun işinin təşkilinin, qrup daxilində gedən proseslərin, qrupda əlaqə və münasibətlərin öyrənilməsilə yanaşı qrupda uyğunlaşma prosesinə də baxılır. Belə ki, qrupun birləşməsi yalnız yarımqruplar arasındakı münasibətlərə, fərdlər və bütövlükdə qrup arasındakı əlaqələrə
və ya digər səbəblərə əsaslanır. Bir qayda olaraq yarımqruplarda uyğunlaşma daha tez baş verir və bütövlükdə qrup daxilində olan şəxslər üçün uyğunlaşma daha məqsədəuyğun hesab olunur. Yarımqrup qrupun tərkibində yaranır burada uyğunlaşma prosesi özünəməxsus formada xarakterizə olunur. Yarımqrup qrupla daha çox bağlıdırsa, yarımqrup üzvlərinin uyğunlaşma prosesi daha çox bu qrup vasitəsilə həyata keçiriləcəkdir. Beləliklə qruplarda uyğunlaşma prosesi qrupun idarə olunmasında, qrup üzvlərinin münasibətlərində, qrupun işinin təşkilində mühüm rol oynayır.

Müəllif:

AMEA-nın kiçik elmi işçisi Fəridə Şükürlü


"