"Biz Bəxtiyar Əliyevə səs verəcəyik"- Ağdamlı seçicilər

“Biz daimi seçiciləri ilə bir yerdə olan deputatımız Bəxtiyar Əliyevə səs verəcəyik”

"Ölkə.Az" xəbər verir ki, bu fikirləri 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyevin Qaradağ rayonu, Qobu Park-1 yeni yaşayış kompleksində məskunlaşan ağdamlılarla görüşündə seçiciləri səsləndirib. Seçicilərlə görüşlərini davam etdirən professor Bəxtiyar Əliyevin növbəti görüşü də yüksək səviyyədə və ruh yüksəkliyi ilə keçib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Əliyev görüşdə çıxış edərək qeyd edib ki, o, seçicilərinin problemlərini daim diqqət mərkəzində saxlayıb, bütün müraciətlərə həssaslıqla yanaşıb, seçicilərin üzləşdiyi problemlərlə bağlı dövlət orqanlarına dərhal müraciət dib və qaldırılan məsələlərin tez bir zamanda həllinə çalışıb: "Dövlət qurumlarının rəhbərləri də çox sağ olsunlar. Bu müracitələrə və sizin problemlərinizə diqqətlə yanaşıblar, problemləri bir yerdə həll edə bilmişik. Mən həmişə sizinlə bir yerdə olmuşam və həmişə də bir yerdə olacağıq".
 
Çıxış edən seçicilər görkəmli alim, ziyalı professor Bəxtiyar Əliyevə böyük  inam və etimadlarının olduğunu, onunla fəxr etdiklərini söyləyiblər. Seçicilər bildiriblər ki, növbəti 5 ildə də onları Milli Məclisdə ziyalı-alim, professor Bəxtiyar Əliyevin təmsil etməsini arzulayırlar və bununla bağlı qərarlarını çoxdan veriblər.
 
Seçicilər öz deputatları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər: “Bizim başqa deputata ehtiyacımız yoxdur”.
Görüş iştirakçıları bir nəfər kimi 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə deputatlığa namizəd Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Əliyevə səs verəcəklərini bildiriblər. Sonra Bəxtiyar Əliyev, seçicilərin suallarını cavablandırıb, görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, B. Əliyev bundan əvvəl Abşeron, Binəqədi və Yasamal rayonlarında məskunlaşmış ağdamlılarla görüşüb. Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir.

 

http://olke.az/news/detail/biz-bextiyar-eliyeve-ses-vereciyik-agdamli-seciciler-179004/


"