Ərəstun Təriş oğlu Baxşəliyev (psixologiya elmləri doktoru, professor)

ADPU – nun   Yaş və   pedaqoji   psixologiya   kafedrasının  müdiri

QISA  BİOQRAFİK   MƏLUMAT

  • 1939 – cu ildə Cəlilabad rayonunun kiçik Bəcrəvan kəndində  anadan  olub.
  • 1960 – cı ildə Prişib qəsəbəsində orta  məktəbi  bitirib.
  • Evlidir, bir oğlu və bir  qızı  var,
  • Ali təhsillidir.1964 – cı  ildə indiki Azərbaycan Dövlət Pedaqoji  Universitetinin  pedaqoji  fakültəsini  bitirmişdir.
  • 1967- ci ildə psixologiya  ixtisası  üzrə qiyabi  aspiranturaya  daxil  olub.
  • 1973 – cü ildə “ Azərbaycan SSRİ-də psixoloji  fikrin  inkişaf  tarixindən” adlı namizədlik  dissertasiyasını  müdafiə  edərək psixologiya  elmləri  namizədi adını alıb.
  • 1982 – ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı.
  • 1995 - ci  ildə “ XX  əsrdə Azərbaycanda  psixoloji  fikrin  inkişafı”  doktorluk  dissertasiyasını müdafiə  edərək psixologiya  elmləri  doktoru  adını alıb.
  • 1996 – ci ildən  psixologiya  elmləri  doktoru, professordur.
  • 2005-Qabaqcıl maarif işçisi
  • 2012- Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi

ƏMƏK   FƏALİYYƏTİ

  • 1964- cü ildə Cəlilabad rayonunun “ Göy – təpə”  qəsəbəsində -  sinif  müəllimi
    • 1967-1970 - ci illər ADPU-  da rektor köməkçisi 
    • 1967-1971 - ci illər  qiyabi  aspirant
  • 1970 – ci ildən   “ Ümumi  psixologiya  kafedrasında “ müəllim, baş müəllim, dosent  vəzifələrində çalışıb.
  • 1992 – ci ildən ADPU-nun  Yaş və pedaqoji psixologiya   kafedrasının  müdiri           


"