Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində seçicilərlə görüşdən məlumat

Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərində 119 saylı Ağdam  Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşləri başlayıb.

 

Məlumata görə, professor Bəxtiyar Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində seçiciləri ilə görüşüb. Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Seçicilərin böyük marağı ilə keçən görüşdə Müzəffər Ali Baş KOmandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən, ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan danışılıb və seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

B.Əliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi, dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğı haqqında geniş danışıb.

B.Əliyev qeyd edib ki, cənab Prezident İlham Əliyev  Ağdam rayonuna 18 dəfə səfər edib, Ağdamın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 25 sərəncam imzalayıb.

B.Əliyev bildirib ki, Azərbaycan inkişaf etdikcə Qalib ordumuz daha da güclənir və bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. O qeyd edib ki, Azərbaycan silahlı qüvvələri ərazi bütövlüyümüzün keşiyində möhkəm dayanıb və heç bir qüvvə sərhədlərimizi poza bilməz və bunu etməyə cəhd edən istənilən qüvvə isə dərhal məhv ediləcək. Heç kim unutmamalıdır ki, Dəmir yumruq yerindədir!.

B.Əliyev həmçinin seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.
Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.

Onlar deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də sentyabrın 1-də professor Bəxtiyar Əliyevə səs verəcəklər.

 


"