Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)

Gender və psixologiya kafedrasının rəhbəri

QISA BİOQRAFİK MƏLUMAT

R.F.İbrahimbəyova 1944-cü ildə Bakı şəhərində ailəsində anadan olub. 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) inşaat fakültəsinin memarlıq şöbəsini bitirib. 1974-cü ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) psixologiya üzrə aspiranturasına daxil olubdur. Aspiranturada R.İbrahimbəyova memarlığın psixologiyası üzrə tədqiqatlar aparmış və dissertasiyasını vaxtından əvvəl təqdim etməsi ilə əlaqədar ADU-nun pedaqogika və psixologiya kafedrasında assistent vəzifəsinə təyin olunub. 1977-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Psixologiya İnstitutunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1983-cü ildə işlədiyi kafedrada dosent vəzifəsinə seçilib. O, 1991-ci ilə qədər hazırladığı “Memarlıq psixologiyası” kursunu İnşaat İnstitutunda memarlar üçün tədris edib. 90-cı illərdə təhsil sistemində islahatların aparılması tələbi ilə bağlı Rəna İbrahimbəyova istedadlı uşaqların axtarışı və təhsilinin təşkil edilməsi işinə dəvət olunub. O, respublikada ilk təhsil qeyri-hökumət təşkillatı olan “İstedad” Assosiasiyasının sədr müavini seçilir və Bakı Dövlət Universitetində “Yaradıcı istedad” Mərkəzinin direktoru təyin olunur. Qısa müddətdə Mərkəzdə istedad probleminin metodologiyası işlənir və onun zəminində istedadlı uşaqların erkən yaşlarından aşkar edilməsinin və ən müasir pedaqoji texnologiyalar üzərində qurulmuş fərdi tədris prosesinin vahid sistemi formalaşdırılır. Bunun əsasında Respublikada ilk dəfə olaraq, test sisteminin əsasları işlənir, BDUda 9-aylıq praktik psixoloqlar kursları fəaliyyətə başlayır (onların təşkil edilməsi Mərkəzə tapşırılır). Aşkar edilmiş istedadlı uşaqlar üçün əvvəlcə xüsusi siniflər, sonradan isə xüsusi məktəb – Bakı Avropa Liseyi yaradılır. Bu gün də həmin liseyin işinə elmi rəhbərlik Mərkəz tərəfindən həyata keçirilir. Mərkəzin apardığı işlərin əhatə dairəsi genişlənir və burada psixodiaqnostik prosedurlardan əlavə psixoloji reabilitasiya və korreksiya, psixoloji məsləhətləşmə işləridə təşkil olunur. 1992-ci ildə bu işlər Xocalı faciəsinin qurbanları olan uşaqlar və yeniyetmələrlə aparılır. 1993-cü ildə R.İbrahimbəyova Mərkəzin direktoru vəzifəsini ictimai əsaslarla icra edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdir müavini vəzifəsinə təyin olunur. 1994-cü ildə Prezident Heydər Əliyev tərəfindən 4-cü Ümumdünya qadınlar konfransına (Pekin) hazırlıq məqsədi ilə Milli Komitənin yaradılması haqqında sərəncam verilir.

Onun tərkibinə R.İbrahimbəyova da daxil edilib. O, 1995-ci ildə, Pekin konfransı ərəfəsində BMT-nin Qadınların statusu üzrə Komissiyasında “Hərbi münaqişələr zonalarında girov götürümüş qadınların və uşaqların azad olunması” haqqında Qətnamənin qəbul olunmasında, Azərbaycan tərəfindən təkidlə təklif olunan qadınların girov götürülməsi haqqında düzəlişin Pekin Fəaliyyət Platformasına (116-cı bəndinə) əlavə olunmasında fəal iştirak edir. 1997-ci ildə R. İbrahimbəyova BMT İnkişaf Proqramının və Azərbaycan Hökumətinin üç il davam edən “Azərbaycanda gender inkişafda” layihəsinin milli koordinatoru təyin olunur. Məhz bu dövrdə o, Oksford Universitetində (Böyük Britaniya) xüsusi gender treninq kursları keçir. 2000-ci ildə R.İbrahimbəyova YUNİFEM-in 11 olkədə həyata keçirilən “Zorakılıqsız həyat – bizim hüququmuzdur” regional layihəsinin Azərbaycan üzrə koordinatoru təyin edilir.

R.İbrahimbəyovanın bilavasitə iştirakı ilə adı çəkilən və bir sıra digər layihələr çərçivəsində gender metodologiyasının əsasları işlənib hazırlanıb və artıq Dövlət Statistika Komitəsi sistemində tətbiq olunub. Qanunvericiliyin gender ekspertizası, qadınlara qarşı zorakılıq, qadın əməyi və s. bu kimi aktual gender problemləri üzrə tədqiqatlar aparılıb, respublika üzrə ilk gender şəbəkəsi yaradılıb (20 rayon və şəhədə), MDB ölkələri üzrə ilk dəfə gender probleminə həsr olunmuş bədii film çəkilmiş (“Etimad telefonu”), çoxsaylı konfranslar, seminarlar, treninqlər keçirilib, o dövrdə yenicə yaranmış Qadın Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də qadın problemləri üzrə fəaliyyət göstərən QHT-lərə operasional və texniki yardım göstərilib, AMEA sistemində gender şöbəsi, televiziya və radioda daimi verilişlərin translasiyası təşkil olunub, qadınların seçki fəallığını artırmaq məqsədi ilə böyük tirajlı təbliğat vərəqələri hazırlanmış və seçicilərə paylanıb.

2003-cü ildə o, “Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi İnkişaf üzrə Dövlət Proqramının” hazırlanmasında gender eksperti kimi yaxından iştirak edib və aparılmış iş nəticəsində bu sənəd digər MDB ölkələri arasında gender komponentinin tətbiqinə görə Dünya Bankının qiymətləndirilməsinə əsasən 1-ci yerə çıxıb. R.İbrahimbəyova “Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər” BMT İnkişaf Proqramı tərəfindən hazırlanmış Azərbaycanda İnsan İnkişafı haqqında Hesabat-2007 (MDB ölkələri arasında ilk dəfə) üzrə Milli məsləhətəçi olub.

O, Azərbaycan Psixoloqlar Cəmiyyətinin (1974) və Azərbaycan Memarlar İttifaqının (2001) üzvü, gender məslələri üzrə beynəlxalq ekspertdir.

R.İbrahimbəyova 40-dan artıq beynəlxalq konfrans, seminar və forumun iştirakçısıdır. Onun 100-dən artıq elmi məqaləsi, kitabı, broşurası çap olunub. Onun rəhbərliyi ilə müvafiq ixtisaslar üzrə tədris proqramları hazırlanıb və nəşr olunub.

2014-cü ildə Rəna İbrahimbəyova Azərbaycan Respublikasının “Azərbaycanın Əməkdar Müəllimi” fəxri adını və Azərbaycan Respublikasının Memarlar İttifaqının Fəxri Fərmanını  alıb.

R.İbrahimbəyova Azərbaycan Memarlar İttifaqının, Azərbaycan Gerontoloq Cəmiyyətinin sədr müavini və Müasir Azərbaycan Psixoloqlar İctimai Birliyinin üzvüdür.

Rəna İbrahimbəyova “KƏLAĞAYI KONSEPSIYASI”nın  həmmüəlliflərindəndən olaraq 2015-ci ildə Müəllif hüquqları üzrə Dövlət Agentliyindən müəllif hüququ haqqında şəhadətnamə aıb.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Azərbayjan Politiexnik İnstitutunun inşaat fakültəsinin memarlıq bölməsini bitirib.
1974-cü ildə Kirov adına Azərbayjan Dövlət Universitetinin (ADU) psixologiya üzrə aspiranturasına daxil olub.
1977-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Psixologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib.
1983-cü ildə R.İ. M. Lomonosov adına Moskva Dövlət Universitetində təkmilləşmə keçib. 
Oksford universitetində (Böyük Britaniya) xüsusi gender treninq kursları keçir.

ƏMƏK FƏALİYYƏTİ

«Azdövlət layihə»Azərbaycan Dövlət Baş Layihə İnstitutunda memar işləyib.
Respublikada ilk təhsil qeyri-hökumət təşkilatı - «İstedad» Assosiasiyasının və Bakı Dövlət Universitetində «Yaradıcı istedad» Mərkəzinin yaradılmasında yaxından iştirak edərək 1990-cı ildə Assosiyasinın sədr müavini seçilir və 1991-ci ildə Mərkəzin direktoru təyin olunub.
1993-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub (Mərkəzin direktoru vəzifəsini ictimai əsaslarla icra edərək). 
1997-ci ildə BMT İnkişaf Proramının və Azərbayjan Hökumətinin «Azərbaycanda gender inkişafda» layihəsinin milli koordinatoru təyin olunub. 
2000-ci ildə YUNİFEM-in 11 ölkədə həyata keçirilən «Zorakılıqsız həyat – bizim hüququmuzdur» regional layihəsinin Azərbaycan üzrə koordinatoru olub. 
2002-ci ildə BDU-da açılmış «Gender və tətbiqi psixoloqiya» kafedrasının müdiri seçilib.
«Azərbaycanda Yoxsulluğun azaldılması və iqtisadi ikişaf üzrə Dövlət Proqramının» hazırlanmasında gender eksperti kimi iştirak edib və aparılmış iş nəticəsində bu sənəd digər MDB ölkələri arasında gender komponentinin tətbiqinə görə Dünya Bankının qiymətləndirilməsinə əsasən 1-ci yerə çıxıb.
«Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər» BMT tərəfindən hazırlanmış Azərbaycanda İnsan İnkişafı haqqında Hesabat-2007 üzrə Milli məsləhətçi olub.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1994-cü ildə Azərbaycan nümayəndə heyətinin tərkibində İndoneziyada keçirilən qadın probleminə həsr olunmuş Asiya və Sakit Okean hövzəsi ölkələrinin nazirlər konfransının işində iştirak edib. 
1995-ci ilin mart ayında Nyü-Yorka ezam olunur və burada BMT-dəki Azərbayjan missiyası ilə birlikdə Pekin konfransı ərəfəsində BMT-nin Qadınların statusu üzrə Komissiyasında «Hərbi münaqişələr zonalarda girov götürülmüş qadınların və uşaqların azad olunması» haqqında Qətnaməsinin qəbul olunmasına nail olub. 
1995-ci ildə Pekin Konfransının Baş komitəsinin işində fəal iştirak edir. Azərbaycan tərəfindən təkidlə təklif olunmuş qadınların girov götürülməsi haqqında düzəlişin Pekin Fəaliyyət Platformasına əlavə olunması mümkun olub.

TƏDQİQAT SAHƏSİ

Ümumi və yaradıcılıq psixologiyası, ailə psixologiyası, qanunvericiliyin gender ekspertizası, qadınlara qarşı zorakılıq, qadınların əməyi və s. aktual gender problemləri üzrə tədqiqatlar aparılıb.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. "Роль женщины в гендерных отношениях"  Səma Sky, buraxılış 1, Bakı, 2016, s.21-23
  2. "Gender issues in agriculture in Azerbaijan"  Gender Equality, Social Protection and Rural Development in Eastern Europe and Central Asia, FAO,2016,p.7-11
  3. "Культур-экологический подход как модус культурно-исторической концепции Л. Выготского"   Сборник докладов по результатам научно-практической конференции «Человек в мире неопределенности: методология культурно-исторического познания», том 1, МПГУ, Москва, 2016, с.238-242
  4. "Гендерные проблемы в сельском хозяйстве Азербайджана"  Гендерное равенство, социальная защита и развитие сельских регионов: взгляд из Восточной Европы и Центральной Азии, Будапешт, 2016, с. 9-13
  5. "Təhsildə innovativ yanaş-ma: “İNKİŞAF”REP mər-kəzinin təcrübəsi"  “Təhsildə pedaqoji yanaşmalar: keçmişin təcrübəsi və gələcəyə baxış”, 4-5 may 2016, s.103-104 (tezis)
  6. "О работе с одаренными детьми в Азербайджане"  Çağdaş dövr və sosial elmlərin aktual problemləri, 19 dekabr, 2016, s. 114-117 (tezis)
  7. "Некоторые итоги медико-биологических исследований популяций с высоким индексом долголетия"  Научные труды V съезд физиологов СНГ, конференция ADFLIM, Сочи-Дагомыс, т.1. Россия, 4-8 октября, 2016 (tezis)
  8. "Психологические аспек-ты мультикультурализма"   Mədəni müxtəliflik: dünya və Azərbaycan, beynəlxalq elmi-praktik konfrans, 29 aprel 2016, s.272-275  (tezis)
  9. "Kəlağayı Келагаи" Bakı, Digital Age, 10 ç.v.  2016 Prof. R.F.İbrahimbəyova, Cəlil Tariverdiyev, Zəhra Müəller Tariverdi (kitab)
  10. "Theories of gender- rethinking gender theories"  Bakı, Səma qrafik LTD, A, 6 ç.v.  2016 red.Prof. R.F.İbrahimbəyo-va   Səbinə Qəhrəmanova, Dilbər Quliyeva (kitab)
  11. Из истории гендерных отношений в Азербайджане // Gender problemi və müasir azərbaycan respublika elmi konfransının, 25 noyabr 2017-ci il, səh. 9-17
  12. Prof. İbrahimbəyova R.F.  Ənənəvi biliklərin və ənənəvi mədəni nümunələrin qorulması sahəsində Azərbaycanın təcrübəsi// Əqli mülkiyyət və ənənəvi biliklər haqqında sub-regional seminar, 30-31 may 2017, Əmtəə nişanları və Patent  üzrə Dövlət reyest şöbəsi
  13. Prof. İbrahimbəyova R.F. Ənənəvi Azərbaycan sənətinin bərpası haqqında//6 dekabr 2017, Əmtəə nişanları və Patent  üzrə Dövlət reyest şöbəsi
  14. Prof. İbrahimbəyova R.F. Фуад Ахмедович Ибрагимбеков: большой ученый, истинный гуманист// История российской психологии в лицах: Дайджест 2017 № 3,  c.114-124
  15. Prof. İbrahimbəyova R.F. Из опыта работы по возрождению шелкового ремесла келагаи// Гжельский Государственный Университет международный научный форум «Образование.Наука. Культура» 22 ноября, 2017


"