İran İslam Respublikasında son bir neçə il ərzində ailənin formalaşmasında, quruluşunda və fəaliyyətində bir çox mühüm dəyişikliklər əmələ gəlmişdir. Bu dəyişikliklər cavanların xüsusiyyətinə, tərbiyə olunmasına və şəxsiyyətinin formalaşmasına, onların valideynləri ilə ailənin başqa üzvləri arasında əlaqələrinə çox böyük təsir göstərir. Evlənmə də və ailənin formalaşmasında ənənəvi amillər təbii meyillərdən, cütlüyə ehtiyacdan, uşaqların doğulmasından, tərbiyə edilməsindən, nəslin mövcudluğundan, bir-birinə möhtac olmaq əsasında həyat vasitələrini toplayıb yığmaqdan, ənənəvi və ictimai ehtiyacdan, öz ictimai sosial mövqeyini möhkəmləndirməkdən, öz iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan (xüsusilə, qadınlar) ibarətdir. Bu amillər hələ də öz yerində qalmaqdadır. Amma onların əhəmiyyət dərəcəsi dəyişmiş və başqa amillərdə özünü göstərməkdədir.(1:səh.46)
Keçmişdə maddi amil evlənmə məsələsi üzərində hakim idi, amma bu gün ülfət və məhəbbət amili daha çox ön plana çıxır. Ailənin təşkil edilməsində maddi amil cəmiyyǝtin ehtiyacına cavab verirdi. Camaat fikirləşirdi ki, hər bir gənc qadın və kişi evlənməlidir, yoxsa cəmiyyət tərəfindən qəbul edilməz. Evlənmə məsələsində bu maddi amil hələ də öz yerində qalmaqdadır. Amma, mənəvi və ruhi rol, təklik və yalqızlıqdan çıxmaq üçün psixoloji ehtiyac, hayat yoldaşı tapmaq amili də maddi amil qədər evlənmə məsələsində böyük əhəmiyyətə malikdir (2. s. 57).Eşq məfhumu bugünkü evlǝnmə məsələlərində hər bir şəxsin ehtiyacına, mənəvi ruhi təhlükəsizliyinə, həyat yoldaşı əldə etmək probleminə cavab verir. Buna görə də eşq məfhumu evlənmək məsələsində xüsusi mövqeyə malikdir. Hər hansı bir ailədə eşq yoxdursa, orada kişi və qadın (ər-arvad) iki ayrı-ayrı şəxs sosioloji məcburiyyət nəticəsində bir dam altında müştərək bədbəxt həyat sürürlər, daim həyacanda yaşayırlar. Bu ailələr ona görə qalmaqda yaşamaqda davam edirlər ki, vəziyyətin pisləşməsi, övladları üçün problemlər yaradılmasının və ictimai heysiyyatının itirilməsinin qarşısını alırlar. Amma əksinə, haradaki eşq vardır ailə həyatı hər iki tərəfin xoşbəxtliyinə səbəb olur,onlar ürəklə bir-birini qəbul edir, tam məhəbbətlə, bir-birinə talelərini tapşırır, yaşayış şəraitlərini övladlarını böyütməklə təbii ölümə qədər davam edirlər (3. s. 98).Son dövrdə gənclərin təfəkküründə meydana gələn dəyişikliklərdan biridə tənhalıqdır. Tənhalıq, yalqızlıq və ruhi tərki dünyalıq hissləri gənclərin əsas problemləri olmaqla qalmaqdadır.Psixoloqlar qeyd edirlər ki, tənhalıq, özünə qarşı biganəlik probleminin həlli əsasən, insan şəxsiyyətinin inkişaf etdirilməsi, özünün insanlıq mənliyini dərk etməsi, allaha etiqadın gücləndirilməsi, özünün daxili zatına ehtiramın artırılması ilə mümkündür. Bu elə bir problemdir ki, dünyanın maddi mədəniyyəti onu dərk etməkdə acizdir. Əksinə, İranın klassik mədəniyyəti özünə biganəliyə (tərkidünyalığa) qarşı bütün lazımi imkanlara malikdir. Ürəyiyanımlıq və ailədə səmimi münasibətlərin möhkəmləndirilməsi araşdırdığımız bu problemdən kənarda deyildir. Bu insani mədəni yanaşmalara görədir ki, ailədə bir-birinə dolanmış düyünləri açmaq mümkün olur. Uşaqların yeniyetmələrin və valideynlərin münasibətləri möhkəmləndirilir və xalqın səadət yolu saflaşdırılır. Dünyada qəlbi məftunetmə özünə qarşı biganəlik (tərkidünyalıq) səmimi hisslərin gücləndirilməsi, özünü həsrətmə, ruhi mənəvi təhlükəsizlik insanlar arasında, xüsusilə, ailə üzvləri arasında həyati əhəmiyyət daşıyır. Ailədə özünühəsretmə, səmimiyyət, eşq insan həyatında bir ehtiyac və mühüm bir məqsəddir (4. s.13).Ailə həyatının təşkil edilməsinin əsaslar haqqında qeyd etmək lazımdır ki, ailə cütlüyü arasında həmahəngliyin mövcud olması, ailədə birliyin olmasının əsas amillərindən hesab olunmalıdır. Bu gün ağıllı və həyatı anlayan gənclər ailənin təşkil edilməsinin əsasını eşqdə, səmimilikdə, qarşılıqlı ülfətin qorunub saxlanılmasında görürlər. Bu da onları yəni hər iki tərəfin inkişaf edib xoşbəxt olması məqsədini daşıyır. Təbiidir ki, əgər bu əsas məqsəd həyatda özünü doğrultmazsa, ər və arvadın hər ikisinə ailə uğursuzluğu və nakamhiq nəsib olacaqdır(5., səh.140).Gənclər arasında ayrılmağın və boşanmanın ǝsil səbəbini mütəxəssislər iqtisadi çətinliklərlə əlaqələndirirlər. Bunun əksinə olaraq belə nəzərə çarpır ki, bu məsələdə ən mühüm amil ailə ocağına inamın zəifləməsi, qarşılıqlı anlaşmanın olmaması, ər-arvad arasında bir-birinə qarşı eşq və məhəbbətin olmamasıdır. Bunun açıq aşkar nümunəsini, eşq və məhəbbətin olmamasını, ailə hayatında, ər-arvad arasında eşqin həqiqi məfhumunun başa düşül məməsini Şimali Amerika cǝmiyyətində görmək olar. 25 yaşdan 40 yaşadək ər arvadların 50%-dən çoxunun həyatı ayrılma və boşanma ilə qurtarır. Halbuki, heç bir maddi çətinlikləri yoxdur. ABŞ-ın 1996-cı il əhalinin ümumi siyahıya alma statistikası məlumatlarına baxdıqda görürük ki, həqiqət belǝdir(6, s.63).Gənclər arasında boşanmanın qarşısını almaq üçün psixoloqlar göstərirlər ki, evlənməmişdən qabaq təbii təcrübədə və insani ǝlaqələr zamanı gənclər bir-birilərini tanısınlar. Elə ki, bir-birilərinin şəxsi cazibəsini gördülər, öz dini qanuni meyarlarına əsasən, öz hislərini bildirərək daha çox özlə rinin psixoloji sağlamlığını əldə etsinlər. Eyni zamanda onların müvəffəqiyyətli evlənmələri üçün yaxşıca başlanğıcyaranmış olsun. gələcəkdə möhkəm ailə həyatına malik olsunlar, yaxşı övladları olsun və onlar da öz növbəsində öz valideynləri və başqaları ilə daha səmimi əlaqələr qurub yaratsınlar, uşaqları tərbiyə etsinlər (7. s.118).
Psixoloji cəhətdən uyğun şəxslərin bir-birinə məhəbbəti müvəffə qiyyətli evlənmənin əsasıdır. Cǝmiyyətdəki iqtisadi çətinliklər, sosial təbəqələşmə müəyyən problemlər yaradır ki, onun da əlacı böyüklərin cavanların problemərinə qarşı baxışlarında, münasibətində dəyişikliklər yaranmazsa, iki cins arasında sağlam insani ülfət yarana bilməz, onların evlənməsi formalaşa bilməz. Müvəffəqiyyətli evlənmə üçün əxlaqi və dini meyarlara bağlılığın zəruriliyi: Bu məsələdə də başqa insani məsələlərdə olduğu kimi oğlan və qızın ülfəti, əlaqələri qeydsiz, şərtsiz müdafiə olunmalıdır. Cavanlar romantik eşqə qapıldıqda onlar əxlaqi, dini və s. normalarının unudulması ailənin təşkil edilməsində sırf cavanlıq hissləri üzərində qurularsa, müvəffəqiyyətli evlənmə üçün lazım olan başqa amillər nəzərə alınmamış olar. Son nəticədə səhv buraxmaq, təcrübəsizlik halları, narahatlıq və boşanma hissləri yaranacaqdır. Beləliklə, həm evlənmədən qabaq oğlan və qızın əlaqələrində yaradılmış olan ifrat ənənəvi qadağalar və həm də açıq-saçıqlıq, hər şeyə sadə yanaşma, diqqətsizlik cavanların gələcək həyatına ciddi təsir edəcək, onların ayrılmasına və boşanmalarına səbəb olacaqdır. Mötədil rəftar və düşüncə cavanların inkişaf etməsinin əlamətidir (8. s.43). Bu məsələdə miyanə xətdə hərəkət etmək və dəyərləri qorumaq elə bir böyük işdir və hünərdir ki, cavanların tərbiyə edilməsi, şəxsiyyətinin formalaşdırılması və ağıllandırılması ilə əldə edilir. Böyük və də yərli hədəf və məqsədə yetişmək üçün yorulmadan ayıq-sayıq olmağa, həvəsləndirməyə, axtarışa möhtacdır. Özlərini belə bir inkişaf həddinə çatdıran gənclər həqiqi xoşbəxt həyata çata bilərlər. Ailə münasibətində kişi-qadın münasibətlərində baş verən dəyişikliklər dən danışarkən qeyd etmək lazım dır ki, dünyanın hər yerində baş vermiş bu dəyişikliklər, yeniyetmələrin, gənclərin inkişafına və həyatına da təsir göstərmişdir. Bu dəyişiklik qərb ölkələrində daha kəskin olmuşdur. Bu dəyişikliyin əsil səbəbi kişilərin ixtiyarlarının (hüquqlarının) azalması, qadınların hüquqlarının və səlahiyyətlərinin artması və övladların istəklərinin ön plana çəkilməsidir. İranda da bu cür dəyişikliklər baş vermişdir. Amma elə olmamışdır ki, qərbdə olduğu kimi patriarxat cəmiyyət matriarxat bir cəmiyyətə çevrilsin, ya da övladların istəklərinin ön plana çəkilməsi ilə onlara qarşı diqqətsizlik yaransın. Müasir dövrdə ailədaxili münasi- bətlərdə əsaslı dəyişlikliklər baş vermişdir. Bir tərəfdən isə Yeni dünyanın görünməmiş iqtisadi, elmi, inkişafi rabitə əlaqələrinin yayılması uşaqların, yeniyetməlǝrin, cavanların və başqalarının üzünə açılmışdır və bu çox güclü və cəlbedicidir.Araşdırmalar göstərir ki, inkişaf etmiş sənaye ölkələrində ər-arvad əlaqələrində dəyişiklik yaradan amilləri aşağıdakı şəkildə şərh etmək olar. Qərb ölkələrinin ailə münasibətlərində dəyişikliyin yaranmasının əsas amili feminizm və ya qadınlığa meyillik cərəyanıdır. Bu da əsasən özünü müdafiə və ya qadının kişi üzərində hakimliyi əsasında qurulmuşdur. Amma bu cǝrǝyan qadınla kişinin hüquq bərabərliyi, qadınların azadlığı adı altında fəaliyyət göstərir. Burada doğru olan asas məsələ qadınla kişinin hüquq bərabərliyi məsələsidir. Doğru olmayan isə burada qadın azadlığında əsas məqsəd “hər cür azadlıqdır” (9. s.44).Sənaye ölkələrində evlənmə məsələsi getdikcə mürəkkəbləşir. Məsələn bir çox Qərb ölkələrinin bəziləri, hətta evlənməyə belə cürət etmirlər. Onlar fikirləşirlər ki, birdǝn arzuolunmaz bu cür qadınlara giriftar (düçar) olarlar. ABŞ statistika komitetinin məlumatına əsasən. (1990) (10.s.104). 1945-ci ildə ABŞ-da hər min nəfər içərisində 12,5 evlənmişdir. 1994-cü ildə hər min nəfər əhali içərisində bu rəq 8,5 qədər azalmışdır. Həmçinin, statistikaya uyğun olaraq 30 yaşlı kişi və ya qadınların müvafiq olaraq 30-35% ailə qurmurlar və tək yaşayırlar. Əgər rəsmi evlənməyən və fərdi şəkildə yaşayanları da buraya əlavə etsək, təqribən Amerikada kişi və qadınların yarısı 30 yaşına çatmalarına baxmayaraq evlənməmişlər(11., səh.119).
Sənaye ölkələrində boşanma məsələsi də problemdir. Tədqiqat göstərir ki, qanuni evlənməyən amerikalı qadın və kişilər daha çox ixtilaflara, ailələrinin dağılması təhlükəsi ilə üzləşir, adət-ənənəyə az riayət edir, ailə ülfəti gözləmir, daha çox fərdiyyətçiliyə varır, müştərək həyatlarında cinsi öhdəliyə riayət etmir, ailənin qorunub saxlanılmasında az müvəffəqiyyət qazanırlar, gələcəkdə boşanma və ayrılma halları onlar içərisində daha çox olur. (Soen, Vanik 1993, Tomson, Kole 1992, Domares, Rano 1992)İranda evlənmə və boşanma nisbətini göstərən cədvəl (4., s 22) Avropa və Şimali Amerika ailələrində boşanma və ayrılma halları deyilənlərdən daha çoxdur. Amerikada boşanma halları başqa ölkələrə nisbətən daha çoxdur. Amerikanın 1996-cı il statistika məlumatı göstərir ki, 1910-cu illə müqayisədə 1994-cü ildə boşanma halları 9 dəfə artmışdır. 25-lǝ 40 yaş arasında evlənənlərin 50%-i boşanır. Bu boşanma hallarının 2/3 övlad olmadığına görə baş verir. Digər tərəfdən qərb ölkələrinin qanunları təqribən bütün boşanma hallarında uşaqlara qayğı göstərmək qadınlara tapşırılır. Ataların uşaqların böyüdülüb-tərbiyə edilməsində heç bir iştirakı olmur. Bu isə uşaqların böyüdülüb tərbiyə edilməsində ən qorxulu amildir.Gənclərdə 40% evlənmə və 4,62% boşanma görülməkdədir. Şəhərlərdə yaşayan 20-35 yaş arası gənclərin sayı 8942000 nəfər və eyni yaş qrupda və kəndlərdə yaşayanlar isə 4969000 nəfərdir. Toplam ölkədə bu yaş qruplarda 13911000 nəfər vardır (bu da % 23- dür). Ayrıca Gom kəndində evlənmək və mə və boşanmanın olmamasının səbəbi buralarda imam nikahı evlənmə və boşanmalarda gərəkli olmasıdır(11., səh.32).Ailə problemlərinin sosial-psixoloji yanaşma çərçivəsində hərtərəfli tədqiq edilməsi, öyrənilməsi aktual, daim yeniləşən yeni məna və məzmun kəşf edən bir məsələ kimi özünü göstərir. Hazırda bütün dünyada ailə həyatının ciddi böhranla üzləşməsi və getdikcə deqradasiyaya (tənəzzülə) uğraması, dünya ölkələrini, nüfuzlu beynəlxalq təşkilatları narahat edən aktual məsələlərdən biri kimi çıxış edir. Bir çox ölkələrdə ailə həyatının ənənəvi, müqəddəs obrazının itirilməsi, xüsusən nəsil artımının, yeni nəsilin tərbiyəsinə yönələn diqqətin əhəmiyyətli dərəcədə zəifləməsi, bir çox Qərb ölkələrində ailədə qarşılıqlı sədaqət-ailəyə ülvi bağlılıq hissinin itirilməsi, həm sosial münasibətlər çərçivəsində, həm də ailə həyatında ciddi problemlərin yaranmasına, kəskin böhranın baş verməsinə gətirib çıxarmışdır. Bu baxımdan, bir çox inkişaf etmiş ölkələrdə əmək ehtiyatlarının qorunması və inkişafı, səmərəli sosial-demoqrafik siyasǝtin həyata keçirilməsi, cəmiyyətdə sağlam ictimai mühitin tərbiyə edilməsi, ailə həyatının sağlamlaşdırılması ailənin yüksək mənəvi və əxlaqi dəyərlər üzərində qurulması bu ölkələrin gələcək sabitliyini və tərəqqisini təmin etmək baxımından həyati əhəmiyyətə malikdir.Ailədə şəxsi münasibətləri öyrənərkən hisslər aləminə xüsusi diqqət yetirirlər. Gündəlik həyatda hər birimiz sevgi, nifrət, qısqanclıq, qürur, məyusluq və bu kimi digǝr hisləri keçiririk. Söhbət ondan gedir ki, bu hislər bütün insanların, xüsusən, gənclərin və gənc ailələrin həyatında əhəmiyyətli rol oynayır. Əgər insan kimisə sevdiyini deyirsə və bunu tez-tez təkrar edirsə, demək onun hisləri məqsədyönlüdür və daimi xarakter daşıyır. Bu deyilənlər və ya onun fikirləri müvafiq cestlər və hissi yaşantılarla müşayiət olunursa, demək onun fikirləri həqiqətəuyğundur (10. s.36). Müxtəlif psixoloji yanaşma istiqamətləri belə faktları adətən fərqli şəkildə qiymətləndirirlər. Məsələn, birbaşa davranış üsullarına istinad edən bihevioristlər hesab edirlər ki, insanın şəxsi əlaqələri və şəxsi hissləri bu və ya digər şəxsin konkret şəraitdə onun üçün nə dərəcədə əhəmiyyət kasb etməsindən asılıdır. Bu mənada hisslər ailəyə, şəxsi həyata, işgüzar münasibətlərə və ictimai davranışa bağlı olmasından asılı olmayaraq, bu və ya digər faktın, şəxsin və hadisənin insan üçün nə dərəcədə əhəmiyyətli olmasını əks etdirir.
Ədəbiyyat:
1. Evlənmǝ. Sosial təminat təşkilatının nəşri, No 23. Tehran.2005
2. Camesenasive zənan. Bamla Əyyub (Kleru Valas Tǝrcumeye Məniie Nǝcm Əraqi, Tehran, nəşr Ney, 2008. 239 s.
3.Menaghan, E. Measuring coping effectiveness: a panel analys87. is of marital problems and coping efforts. Journal of Health. and social Behaviour, 2002. pg. 23, 220-234
4. Babazadə Əli Əkbər.İslamda evlənmə və ailə hüququ. Tehran, 1999.415 s.
5. Eric Fromm. Esg yeterli değil, Azadi Yayınları, Tehran, 2004. 312 s.
6. Pearlin, L. I.,&. Schooler, C. The structure of coping. Journal of Health, and social Behaviour, 1999. pg. 19, 2-219.
7. Goldberg, D. P. The detec- tion of psychiatric illness by question naire. Maudsley Monograph, 21, oxford University Press. 1984.pg.446
8. Linda and Charlı Bloom. Kaş Evləndiyim zaman Bunlan bilseydim, Marri LTD. New York. 2004. pg. 8, 111-119.
9. Holohan, C. J., Moos, R. H., Holohan, C. K.,& brennab. p. L. social support, coping and depressive symptoms in a late middleaged sample of patients cardiac illness. Health. Psychology, 1995. pg.14, 152-163.
10. Piko, B. Gender differences and similarities in adolescents ways of coping. Psychological Record, 2008. pg. 51, 223-236.
11. Somerfield, M. R. & Mc Crae, R. R. Strees and coping research. American Psychologist, 2006. pg.55, 620-625.
Müəllif: AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun dissertanti, İİR Pəyamnur universitetinin müəllimi Sousan Aghajanbegloo
"Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)