Distimi depressiyanın yüngül amma xroniki olan formasıdır. Bu tip insanlar davamlı olaraq yorğunluqdan şikayət edir, yuxuları isə nizamsızdır. İştahlarında gözlə görünəcək dərəcədə bir dəyişiklik olmasada, nə yediklərindən nə də etdiklərindən tam olaraq zövq ala bilmirlər.
Distimi bilavasitə şəxslərin ikitərəfli əlaqələrinə, şəxsi münasibətlərinə də mənfi təsir edir. Bu tip şəxslər ətrafında çox sayda insan istəmirlər. Bəzən dünyadakı hərkəsin pis olduğunu və ya bütün pis hadisələrin özünlərini tapdığını zənn edirlər. Pessimizm yavaş – yavaş yayılaraq həyatınlarına istiqamət verməyə başlayır.
Şəxslərin iş həyatında o qədər də dəyişiklik hiss olunmur. Aktiv iş həyatına davam edirlər, hətta uğursuzluqlar onları daha da tədbirli olmağa istiqamətləndirdiyi üçün işlərində müvəffəqiyyət qazanırlar. Ancaq yeni bir işə başlamağa, daha da irəliyə getməyə, risk almağa, mövcud imkanlarından tamamilə istifadə etməyə istək və enerjiləri yoxdur.
Klinik depressiyada olduğu kimi xroniki depressiyada da dərman müalicəsi və psixoterapiya kimi təsirli üsullardan istifadə olunur. Bəzən insanlar dərman müalicəsi almaqda olduqları halda depressiya əlamətlərinin xronikləşdiyini görürlər. Belə bir vəziyyətdə müalicənin psixoterapiya ilə davam etdirilməsi daha məqsədə uyğundur.
Orxan Fərəcli
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)