Danışmaq sənətdir

Beynin reallığı büküb dəyişdirməsi kimi çox yaradıcı bir özəlliyi var. Bunun nəticəsində dil daima dəyişikliyə uğrayır. Bu gün istifadə etdiyimiz sözlərin əksəriyyəti 500 il əvvəl fərqli olub.
Qədim Romada borclarını ödəyə bilməyən insanlar özlərini borc sahiblərinə kölə kimi verirdilər. Və bu cür insanlara addict deyirdilər. Bu gün narkotik maddələrdən asılı olan insanlara addict deyirlər. Çünki, narkotik maddələrdən asılı adam narkotikin köləsi hesab olunur.

Yaxud da ingilis dilində olan husband sözünə baxaq. İndi “ər” mənasına gəlsə də əvvəllər ev sahiblərinə husband deyirdilər. Şəxsi olaraq təxmin edirəm ki, house band sözündən falan gəlir. Daha sonralar bir insanın evinin olması ailə qurma ehtimalını da artırdığı üçün husband sözü də “ər”, ” həyat yoldaşı” mənasında işlənməyə başlandı.

İndinin özündə də işlətdiyimiz bəzi sözlər var ki, həqiqi mənasından kənardı. Məsələn, işlətdiyimiz “havalı” sözünün əslində hava ilə əlaqəsi yoxdur. Karizmatik insanlara deyirik. Ya da “isti” mənasına gələn “hot” sözü amerikan jarqonunda “seksi” mənasına gəlir. Ya da bəzən “babat” sözünü ” super” sözünün sinonimi kimi işlədirik.

Və belə-belə demək olar ki, hər gün yaradıcılıqla məşğul oluruq.

Fuad Əsədov


"