Dəyər anlayışı

Dəyər anlayışı. 
" Bəs dəyərimiz nə ilə bağlıdır? İşim və etdiklərim mənə dəyər qazandırmırsa, bəs nə qazandırır?"
Gəlin real və rasional düşünək. Dəyər anlayışı mücərrəd bir anlayışdır. Konkret olaraq dəyər deyə bir şey yoxdur. Ölçə biləcəyiniz və sahib ola biləcəyiniz bir şey deyil. Subyektiv və ümumidir. Praktiki olaraq bir mənası yoxdur. Həyatınıza bir şey qatmaz. Sadəcə bəzən özünüzü dəyərsiz olaraq etiketləyə və əzab çəkə bilərsiniz. Ona görə də dəyərli olmağa çalışmaq absurddur. Bunun yerinə həyatınızın daha real tərəflərinə fokuslanın. Qarşılaşdığınız əngəlləri dəf etməyə və həyatınızı qurmağa çalışın. Mücərrəd anlayışlarla vaxtınızı itirməyin. Deyə bilərsiniz ki, dəyər anlayışını həyatımdan çıxarsam, nəsə bir şey etmənin və yaşamağın nə mənası qalar? Amma, daha real məsələlərlə məşğul olmağın nəyi pisdi ki? Həyatdan zövq almağa, özünüzü inkişaf etdirməyə, insanlarla yaxşı münasibətlər qurmağa və hədəflərinizə doğru irəliləməyə başlayın. Əgər illa ki, dəyər anlayışını qəbul edəcəyiksə, hər kəsin doğulandan ölənə qədər dəyərli olduğunu düşünə bilərik. Bir uşaq, yaşlı, xəstə, zəngin, kasıb ya da uğurlu olmanız önəmli deyil. 
Önəmli olan insan olmanızdı. Önəmli olan özünüzə və başqalarına faydalı olmanızdır.
Fuad Əsədov

"