Düşüncələrini yaz və onlarla üzləş

Çox vaxt pasiyentlərimə ev tapşırığı olaraq onları narahat edən düşüncələrini yazmağı deyirəm. Onların düşüncələrini analiz edərkən, demək olar ki, hamısının reallıqla üst-üstə düşmədiyini görürük. Məsələn, keçən dəfə bir pasiyentim deyir ki, heç bir işə yaramıram. Deyirəm, axı universiteti qırmızı diplomla bitirmisiniz, indi də özünüzün də dediyi kimi tələbələrinizin sevdiyi müəllimsiniz. Ya da başqa biri deyir ki, heç kim məni sevmir. Deyirəm, bəs valideynləriniz və dostlarınız? Deyir, onlar sevir, yox, sevən insanlar var imiş. Bir dostum var, Türkiyədə asistan-cərrah işləyir. Həmişə deyirdi ki, mən heç vaxt müstəqil əməliyyat edə bilməyəcəm. Mən də ona deyirdim ki, belə mənasız proqnozlar vermə. Gələcəkdə nə olacaq, bilmirsən. Və əsasən gələcək biz düşündüyümüzdən daha yaxşı formada gəlir. Razılaşmırdı mənlə. İndi, son bir həftədə iki dəfə yazıb ki, solo əməliyyatımı elədim və uğurlu keçdi. Həqiqətən də, neqativ düşüncələr əksər hallarda əsassız olur. 
Əzab dediyimiz şeylər də çox vaxt bir şeyin ardınca yaranan düşüncələrdi. Əzab çəkərkən, bitmiş və sizi məmnun etməyən bir şey haqqında düşünürsünüz. Bir şeyin yoxluğu sizə əzab verirsə, varlığının verəcəyi həzz əksər hallarda saxtadır. Keçən dəfə bir dostuma deyirəm ki, əsl sevgi bitdiyində əzab verməyən sevgidir. Əzabın da iki halı mövcuddur. Sizin yaratdığınız əzab və keçmişdən gəlib zehninizdə varlığını sürürəm əzab. 
Ona görə də, əzab yaratmağı dayandırın və əzab yaradan düşüncələrinizin doğruluğunu sorğulayın. 
Fuad Əsədov

"