Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” institutunun direktoru  

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” institutu (bundan sonra-“İnstitut”) rektorun 26 fevral 2013-cü il tarixli 04/61 saylı əmrinə əsasən müvafiq vəzifələrdə çalışan dövlət və bələdiyyə qulluqçularının, habelə onları əvəz etmək üçün ehtiyyat kadrlarının hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması üçün yaradılmışdır.

İnstitut fəaliyyət istiqamətləri:

- dövlət və bələdiyyə qulluqçularının ali təhsil magistratura pilləsi üzrə yenidən hazırlanması təmin etmək;

- dövlət və bələdiyyə qulluqçuları üçün müxtəlif istiqamətlər üzrə uzunmüddətli və qısamüddətli ixtisasartırma kurslarının və treninglərinin təşkili;

- dövlət və bələdiyyə qulluğu ilə əlaqədar konfransların, dəyirmi masaların, seminarların və digər tədbir və layihələrin keçirilməsi;

- dövlət və bələdiyyə idarəçiliyi sahəsində elmi-təhqiqat və analitik işlərin aparılması;

- yuxarıda qeyd olunmuş istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq;

- Akademiyanın rehbərliyi tərəfindən müəyyən olunmuş digər istiqamətlər.

İnstitut aşağıdakı daxili struktura malikdir:

 1.”Rəhbər kadrların yenidən hazırlanması” fakültəsi

 2.”Rəhbər kadrların fasiləsiz təhsili” mərkəzi

 3. İnstitutun Elmi Şurası

 P.S. İnstituta ümumi rəhbərliyi Akademiya rektorunun əmri ilə təstiq olunmuş direktor həyata keçirir.

İnstitut direktoru:

- İnstitutun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

- İnstitutu yerli və beynəlxalq səviyyədə təmsil edir;

- Əmək qanunveriliciyinə uyğun olaraq institut işçilərinin həvəsləndirilməsi və intizam tədbirlərinə cəlb olunması üçün Akademiya rəhbərliyinə təqdimat verir;

- İnstitutun elm və tədris işlərinin, imtahanlarının keçirilməsi, tədris planlarının və proqramlarının hazırlanmasına nəzarət edir;

- İnstitutun Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi təklif ilə çıxış edir;

- İnstitutun işçiləri arasında iş bölgüsünü aparır

- Qulluq funksiyaları çərçivəsində Akademiya rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;

İnstitutun struktur bölmələrinin rəhbərləri İnstitut direktorunun təqdimatı əsasında Akademiya rektorunun əmri ilə təstiq olunur.

”Rəhbər kadrların yenidən hazırlanması” fakültəsi:

Fakültə dövlət və bələdiyyə qulluqçularının ali təhsil magistratura pilləsində təhsilini davam etdirmək məqsədi ilə yaradılmışdır;

Fakültəyə ümumi rəhbərliyi İnstitutun Elmi Şurası tərəfindən seçilmiş dekan həyata keçirir. Fakültə dekanı Azərbaycan Respublikası Təhsil nazirinin 07 avqust 1996-cı il tarixli əmri ilə təstiq olunmuş “ Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına əsasən seçilir. Dekanın vəzifələri Akademiya rektorunun əmri ilə təstiq olunmuş vəzifə təlimatı ilə müəyyən olunur.

“Rəhbər kadrların fasiləsiz təhsili” mərkəzi:

Mərkəz dövlət və bələdiyyə  qulluqçuları üçün müxtəlif istiqamətlər üzrə uzun və qısamüddətli kursların və treninglərin keçirilməsi məqsədi ilə yaradılmışdır. Mərkəzə ümumi rəhbərliyi Akademiya reltorunun əmri ilə təstiq olunmuş müdir həyata keçirir. Mərkəz müdirinin vəzifələri Akademiya rektorunun əmri ilə təstiq olunmuş vəzifə təlimatı ilə müəyyən olunur


Direktorun qısa elmi bioqrafiyası:

Qurbanova Gülnarə Kazım qızı 23 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.  Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə       diplomu ilə bitirmişdir.

1992-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya institutunda, 1999-cu ildən isə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışır.

 G. Qurbanova aşağıda göstərilən vəzifələrdə fəaliyyət göstərmişdir: laborant, kabinet müdiri, dosent, baş müəllim, professor, dekan, institut direktoru.

1997-ci ildə filologiya elmləri namizədi, 2006-cı ildə isə psixologiya elmləri doktoru elmi adı qazanmışdır.

35-dən çox elmi məqalə, proqram, dərs vəsaiti, dərsliyi var.



"