Son günlərdə ən çox qarşılaşdığım problemlərdən biri də insanlardakı təsdiqlənmə istəyidir. Bəzi insanlar başqalarının onların etdiklərini təsdiq etməsini və dəstəkləməsini istəyir. Əgər siz də belə insanlardansınızsa, biri sizi tənqid etdikdə və etdiyinizin doğru olmadığını deyəndə özünüzü pis hiss edir və özünüz haqqında çox mənfi şeylər düşünürsünüz.
" Mən bacarıqsızam"
" Əlimdən heç nə gəlmir"
" Bu iş mənlik deyil"
" Heç kim məni bəyənmir"
Xüsusilə də sizi tənqid edən insan dəyər verdiyiniz və təsdiq gözlədiyiniz insandırsa, daha çox pis olacaqsınız. Amma gözdən qaçırdığınız bir şey var. Öz düşüncələriniz. Sizə bu hisləri yaşadan başqalarının düşüncələri deyil, sizin düşüncələrinizdi. Başqalarının düşüncələri sizə o vaxt təsir edir ki, özünüz də onlara inanırsınız. Məsələn sizə belə bir cümlə deyirəm.
" Siz dünyanı xilas etmək üçün gəlmiş Məsihsiniz. Bütün insanlardan daha uca varlıqsınız"
Özünüzü daha yaxşı hiss etdiniz? Bu tərif qarşısında qürurunuz oxşandı? Böyük ehtimalla xeyr. Çünki, Məsih olduğunuza inanmadınız. Gəlin bir də yoxlayaq.
" Dünyaya yayılmış Koronavirusun tək səbəbkarı sizsiniz. Bütün bunlar sizin üzünüzdən olur. Özünüzdən utanmalısınız. "
Özünü günahkar və narahat hiss etdiniz? Yox? Çünki, buna da inanmırsınız. Ona görə də bu cümlələr sizə təsir etmir. Göstərmək istədiyim şey budur. Başqalarının sizin haqqınızda istənilən cür düşünmək və danışmaq haqqı var. Önəmli olan, onları nə qədər ciddiyə almanızdı. Bəlkə də sizi bəyənməmək və sizə gülmək onların problemidir. Əgər belə deyilsə belə, bu qorxulu deyil. Səhv etmək haqqınız var. Bu sizin hər zaman səhv edəcəyiniz və ümumiyyətlə bacarıqsız olacağınız mənasına gəlmir. Heç birimiz mükəmməl deyilik. Sizi heç kimin sevməyəcəyini düşünməniz də doğru deyil. Milyonlarla insanı öldürən Hitlerin və onlarla qadına təcavüz edən Ted Bundynin belə tərəfdarları var. Siz onlardan daha qorxunc nə etmiş ola bilərsiniz ki?
Fuad Əsədov
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)