Aparılan anket sorğuları göstərir ki, insanların 80 faizi xoşbəxtliyin pulla bağlı olduğunu düşünür. Onların ən önəmli hədəfi zəngin olmaqdır. Kişilərin 50 faizi isə məşhur olmaq istəyir. Bəzi insanlar onları xoşbəxt edəcək şeyi çox çalışmaqla əldə edəcəklərini düşünürlər. Bu düşüncələrin doğruluğunu araşdırmaq üçün çox nadir görülən bir tədqiqat aparırlar. 700-dən çox insan seçilir və bütün həyatları boyu müşahidə altında tutulurlar. Bu araşdırma 80 ilə yaxındır ki, Harvard Universitetində aparılır. 80 il. Bu bilirsiniz nə deməkdir? Araşdırmanı başladanların əksəriyyəti yaşamır. Tədqiqatın hal hazırda olan rəhbəri Robert Waldinger 4-cü rəhbərdir. İştirakçıların da artıq övladlarını araşdırmağa başlayıblar. Araşdırma üçün iki qrup insan seçilmişdi. Harvardlı tələbələr və Bostonlu kasıblar. Bu adamların çoxu müharibədə iştirak etdi, bir qismi vəkil, həkim, mühəndis, biznesmen olarkən digər bir qismi kasıb və çətin həyat sürdü. İçlərindən bir neçəsi şizofren oldu, biri əyyaş oldu, biri də Amerikanın prezidenti. Bu insanlar tədqiqata qatıldıqlarında 19 yaşları var idi. İndi 90+ yaşları var. Bir çoxu ölüb, övladları və yoldaşları tədqiqata qatılıb. Amma tədqiqata qatıldıqdan bu yana hər iki ildən bir araşdırmaçılar onlarla görüşür, bəzi suallar verir, tibbi keçmişlərini incələyir, MRT vasitəsilə beyin görüntülərinə baxır və yaxınları ilə söhbət edirlər. Uzun sürən araşdırma nəticəsində insanı xoşbəxt edən faktor tapıldı. Pul, iş ya da məşhur olmaq deyil. Yaxşı münasibətlərinizin olmasıdır. Yaxşı münasibətlər sizi sağlam və xoşbəxt tutar. Təkcə, psixoloji rahatlıqdan söhbət getmir. Yaxşı münasibətlər sizin sağlamlıq dərəcənizə də təsir edir. Və sizi sözün həqiqi mənasında xoşbəxt edir. Pul və karyera üçün yaxınlarımızla yaxşı münasibət qurmağı ihmal edirik. Amma bizi əsas xoşbəxt edən şey münasibətlərdi. Tənhalıq öldürür. Münasibətdə olduqları insana güvənən insanların daha uzun ömürlü və sağlam olduğu ortaya çıxdı. Tənha hiss edən insanlarda isə sağlamlıq problemləri daha tez başlayır. Burda söhbət ətrafınızda insan olub olmamaqdan getmir. Özünüzü necə hiss etməniz önəmlidir. Tənha yoxsa yaxşı bir münasibətin içində olan adam. Sosial həyatından və çevrəsindən məmnun olan insanların yaşlanan zaman yaddaş problemlərinə daha az tutulduqları da ortaya çıxdı. Münasibətlər həm xoşbəxtliyiniz, həm fizioloji sağlamlığınız, həm də beyniniz üçün faydalıdır. Yaxşı münasibət o demək deyil ki, heç vaxt anlaşmazlığınız ya da davanız olmur. Hətta hər gün dalaşa da bilərsiniz. Önəmli olan bir birinizə güvənməniz və çətin zamanlarda bir birinizin yanında olacağınızı hiss etməkdir.
Bu tədqiqat ən xoşbəxt insanların karyera yerinə, sosial münasibətlərə diqqət edənlər olduğunu göstərdi. Hər nə qədər şablon olsa da aşağıdakı deyim elmi olaraq təsdiqləndi.
" Həyat sadəcə sevgi varsa, gözəldir"
Fuad Əsədov
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)