Bəzən insanlar bəzi intiharların haqlı olduğunu düşünür. Sizdə elə düşünə bilərsiniz ki, bəzi hallarda intihar yeganə çıxış yoludur və bəzi problemlər qarşısında ən məntiqli davranış elə intihardı. Həqiqətənmi belədir? Mən bununla qətiyyən razılaşmıram. Çünki, məntiqsiz olduğunu düşünürəm. İntihar yönümlü pasiyentlərimdən həmişə soruşuram.- Niyə özünüzü öldürmək istəyirsiniz?Və gələn cavab həmişə düşüncə xətaları ilə dolu olur. Həmin məntiqsizliyi aradan qaldırdıqdan sonra pasiyentlər yaşamağı seçirlər. Həmişə pasiyentlərimə deyirəm ki, mənə sübut elə ki, ölümdən başqa çarəm yoxdur, səni özüm öldürəcəm. Və inandırım sizi hələ qatil olmamışam. İntihar etmək istəyən mənə nə deyə bilər ?
- Həyatım o qədər çətindir ki, artıq dayana bilmirəm.
Mən də ona cavab olaraq deyəcəm.- Amma bu vaxta qədər dayanmısan. Bəlkə yenə dayana bilərsən. Keçmişdə hər zaman çətin olmayıb həyatın, gələcəkdə gözəl günlər yaşaya bilərsən.
Yaxud da o deyə bilər ki, mənim varlığım ailəm üçün yükdür. Mən də ona xatırladacam ki, ölümün daha böyük yük olacaq. O mənə öz pis xüsusiyyətlərini saya bilər. Mən də ona deyəcəm ki, hamımızda pis xüsusiyyət var, onda hamımız intihar edək? O kasıb olduğunu deyə bilər, mən də insanları xoşbəxt edən şeyin puldan daha çox sağlam münasibətlər olduğunu deyəcəm.
Sadəcə yaşamağı seçmək, rutinləri yerinə yetirmək və keyf alacağınız şeylərə fokuslanmaq ən məntiqli yoldur.
Psixologiya Elmi-Tədqiqat İnstitunun psixoloqu, Fuad Əsədov
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)