Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)

QISA BİOQRAFİK MƏLUMAT

K.R.Əliyeva 1970-ci ildə Moskva şəhərində anadan olub. 1987-ci ildə BDUnun biologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. K.R.Əliyeva 1999-cu ildən psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur. Həmin ildən Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Universitetdə işlədiyi müddətdə professor K.R.Əliyeva öz səmərəli və peşəkar fəaliyyəti ilə seçilibdir. Belə ki, 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən ilin müəllimi adına layiq görülüb, həmin ildə yüksək ixtisaslı kadrların hazırlanmasında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 6 noyabr 2009-cu ildə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub, 2009-cu ildə ilin müəllimi seçilib, 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə Bakı Dövlət Unuiversitetinin Fəxri Fərmanı ilə təltif olunub.

Əliyeva Kamilə bir çox treninq proqramlarında, beynəlxalq seminarlarda iştirak etməklə yanaşı, sosial siyasət və təhsil problemləri ilə bağlı seminarlarda çıxış edib. İki monoqrafiyanın, bir dərs vəsaitinin, 40-dan artıq elmi əsərin, bir neçə proqramın müəllifidir. K.R.Əliyeva doktorant və dissertantlara elmi rəhbərlik edir. Dəfələrlə dissertasiya işlərinin opponenti olub. O, milli qiymətləndirmə sistemi və təhsil standartlarının qarşılıqlı asılılığı – Beynəlxalq Qiymətləndirmə Assossiasiyasının (Bakı, 2007), Uşaqların kreativ keyfiyyətlərinin qiymətləndirilməsi və testləşdirilməsi (Kembric, 2009), Beynəlxalq Siyasi Psixoloqların 33-cü elmi (San-Fransisko, Koliforniya, ABŞ, 2010) konfransların iştirakçısı olmuş, məruzə ilə çıxış edib.


TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almış və həmin fakültəni bioloq, biologiya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 
1998-2002-ci illərdə BDU-nun dissertantura şöbəsində qiyabi təhsil alıb.
2002-ci ildə 19.00.05-sosial psixologiya ixtisası üzrə «Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və psixologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2009-cu ildə «Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri» mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

2005-2010-cu ilə kimi -  kafedrada dosent

2010-cu idən indiyə kimi - Sosial və pedaqoji psixologiya kafedrasında professor

1992 - psixologiya kafedrasında müəllim

1992- Zoologiya İnstitutu. (baş elmi işçi)

«Yaradıcılıq psixologiyası», «Pedaqoji psixologiya», «Hüquq psixologiyası», «Hüquq psixologiyasının aktual problemləri» fənləri üzrə mühazirə və seminar dərsləri aparır.

3 monoqrafiya, 2 proqram və metodiki tövsiyə, 50-ə yaxın elmi məqalə və tezisin müəllifidir.


TƏDQİQAT SAHƏSİ

Sosial psixologiya


SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Yaradacı potensial şəxsiyyətin inkişafını amili kimi. Psixologiya jurnalı. Bakı, 2006 127-139
  • Şəxsiyyətin özünügerçəkləşdirməsində özünüdərketmənin rolu Bakı, 2007
  • Şəxsiyyətin kreativliyinin aktualizasiyası probleminə dair. «Psixologiya jurnalı». 2008, № 1, səh. 78-75
  • Şəxsiyyətin yaradıcı potensialının inkişafının əsasları. «Psixologiya jurnalı», 2008, № 4, səh. 75-84
  • Şəxsiyyətin yaradıcı özünüreallaşdırması və təhsil. «Psixologiya jurnalı», 2008, № 3, səh. 131-138
  • K.R.Əliyeva–Процесс глобализации и об­­ра­­зо­ва­ние:  кросс – культурные исследования // “Müəllim hazırlığının müasir problemləi: texnologiya, təhsil və inkişaf” III beynəlxalq elmi konfrans materialı, Bakı, 22-24 may, 2014.
  • K.R.Əliyeva – “About problems of inter – disciplinary integration in education” // IV Baku İnternational humanitarian forum. Role of interdisciplinary integration in the innovative development, Baku, October 2-3, 2014
  • Социально-психологический анализ ценностных ориентаций азербайджанской молодежи.// “Sosial proseslərin təhlilində informasiya-kommunikasiya texnologiyalarının tədbiqi xüsusiyyətləri” / Gənc tədqiqatçıların respublika elmi-praktik konfransın materialları (17 aprel 2015-ci il), II hissə, s.22
  • 2) “Milli-mədəni dəyərlər və gənclik. // Sosial və humanitar elmlərin müasir problemləri. -2015, №15
  • The impact of traumatic cases on the self – realization of students // International Journal of Science and Research (IJSR),ISSN (Online): 2319-7064, İmpact faktor 6,14,Volume 5, Issue 9, September 9, İndia, 2016, p.551-556.
  • Tələbələrdə sosial-psixoloji adaptasiyanın səviyyəsi ilə özünügerçəkləşdirmənin əlaqəsi/ Psixologiya jurnalı, Bakı, 2017,  №2, s.85-99
  • Ə.Əlizadə yaradıcılığında uşaqlarda diqqət tərbiyəsinin bəzi məsələləri /«Əbdül Əlizadə: Ənənəvi təhsildən təfəkkür məktəbinə» mövzusunda Respublika elmi-praktik konfransı. 6 dekabr. 2017-ci il. s.16-18

KİTABLAR:

  1. Yaradıcı şəxsiyyətin formalaşmasının bəzi psixoloji problemləri. Bakı, 2007
  2. Şəxsiyyətin yaradıcılığının psixologiyası Bakı 2005
  3. Şəxsiyyətin yaradıcılıq psixologiyası. Bakı, 2005


DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

  • K.R.Əliyeva - 13-cü Bakı Beynəlxalq Ombudsmanların konfransı, Bakı 12-14 noyabr 2015-ci il
  • K.R.Əliyeva – Erkən nigahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi- Beynəlxalq konfrans.Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, BMT-nin uşaq fondunun təçkilatçılığı ilə.
  • Gənc alim və mütəxəssislərin qrant layihələri müsabiqəsində  “Azərbaycanda 0-5 yaşlı uşaqların psixoloji qiymətləndirilməsi – DİSC (Uşaq inkişafının qiymətləndirilməsi aləti) metodikasının Azərbaycan mühitinə kross-kultural  adaptasiyası” adlı layihə


"