MASKULİN VƏFEMİNİST QRUPLAR GENDER İDENTİKLİYİNİN KATEQORİYASI KİMİ

                                                                                                                                         Nişan Nuriyev

                                                                                                                              Bakı Dövlət Universiteti

                                                                      Zahid Xəlilov küçəsi 33, indeks: AZ 1148 E-mail:heybetlin@mail.ru

Açar sözlər: gender, cinsi orientasiya, maskulinizasiya, feminizasiya, androgenlik, gender identikliyi, gender stereotipləri

 Keywords: gender, sexual orientation, masculinization, feminization, androgen, gender identity, gender stereotypes

Ənənəvi olaraq cinslər arasında təbii hesab edilən fərqlərin hamısı əslində sosial və mədəni münasibətlər sistemidir. Gender stereotipləri cəmiyyətdə mövcud gender münasibətləri və rolların əsasında durur. Stereotiplər kişi və qadınların sadələşdirilmiş sxematikləşdirilmiş emosional rəngli və sabit obrazıdır və bir növ sosial stereotiplər kimi qəbul edilir. Təsvir edilən gender stereo  tiplərini üç qrupa bölmək olar:

1-ci qrup – maskulin-feminist (kişi-qadın) stereotiplər Maskulin-feminin steorotiplər kişi və qadına xas olan somatik, psixi və davranış xüsusiyyətləri haqqında normativ fikirlər və münasibətlər toplusudur. Onların fikrincə, kişilər özünə güvənən, bacarıqlı, dominant, aqressiv və məntiqli düşünməyə meyillidirlər. Qadınlar isə asılı, emosional, itaətkar, rahat və zərifdirlər. 2-ci qrup –genderə uyğun olaraq ailə və peşəkar rolların stereotipləri. Bir qadın üçün əsas sosial rollar ailə (ana, evdar qadın), kişi üçün – peşə (iş) hesab olunur. Kişilər, adətən, peşəkar uğurları ilə, qadınları isə ailə və uşaqların varlığı ilə qiymətləndirilir. 3-cü qrup –əməyin məzmunu ilə bağlı stereotiplər. Qadınlar üçün bu, ifadəli (ekspressiv) fəaliyyət sahəsidir, burada əsas şey əməyin icra və xidmət xarakteridir. İnstrumental sahə isə kişilərin fəaliyyət sahəsidir, burada əsas yaradıcı, istiqamətləndirici, konstruktiv işdir.

Stereotiplər – eyniləşdirilən qrup üzvlərinin bir-birinə bənzədiyi və həmin qrupların qavranması zamanı sxem kimi işləyən geniş yayılmış fikirlərdir. Gender qavrayışa təsir edən əsas sosial və koqnitiv meyar kimi götürülür. Cəmiyyətdə gender stereotiplərinin yaranmasına təsir edən bəzi amillər: Öz cinsinin sxemi (own-sex schema) (Martin & Halverson, 1997) genderə müvafiq gələn davranış üçün lazım olan hərəkət ssenarisi və planlarından ibarət sxemdir. Uşaqlar öz cinsini eyniləşdirə bilən kimi onlarda öz qrupunun üzvlərinə oxşamaq motivi yaranır və onlar həmin qrupda qəbul olunmuş davranış modelini daha diqqətlə müşahidə etməyə başlayır. Davamlılıq effekti (Taylor & Fiske, 1988) – şəxsiyyətin sxemə zidd olan informasiyanı yadda saxlasa belə öz stereotiplərini mütləq dəyişəcəyi demək olmadığından ibarət bir hadisədir. Sxemlərin təbiəti belədir ki, onları inkar edən faktla üzləşdiyi zamanda öz möhkəmliyini saxlayır. Çox vaxt insan onun sxemindən kənar olan fərd üçün cavab olaraq qaydadan istisna kateqoriyası yaradır. İllüzor korrelyasiya (Illusory correlation) – anlayışlar arasında  əlaqə möhkəmliyinin həddindən yüksək qiymətləndirilməsi, yaxud həmin əlaqəni onun, ümumiyyətlə, olmadığı bir yerdə müəyyən etmək cəhdidir. Genderlə bağlı uydurulmuş, yaxud şişirdilmiş  əlaqə çox zaman gender və müəyyən keyfiyyətlər, vərdiş və davranış arasında görsənir. İdeal qadın obrazı belə görünür: qadın zərif, gözəl, yumşaq, mehriban, eyni zamanda passiv və asılı olmalı, kişinin ona münasibətdə özünü güclü, enerjili və uğurlu hiss etməsinə imkan verməlidir. Bu feminizim (qadınlıq) keyfiyyətləri bu gün də yüksək qiymətləndirilir, lakin qadınların özünüdərketməsindən sonra yeni xüsusiyyətlər də yaranıb. Kişilik stereotipləri də dəyişib. Əvvəllər kişilik, ilk növbədə, fiziki güc, incəliyin boğulması, qadına funksional münasibət və eyni zamanda qəzəb, ehtiras kimi hissləri ifadə etməkdə laqeydlik kimi keyfiyyətlərlə bilinirdi. İndi isə maskulinlik (kişilik) intellekti fiziki gücdən üstün tutur, zərifliyin və mənəvi incəliyin təzahürünə, həmçinin “kobud” hiss və impulsların yatırılmasına imkan verir və hətta tələb edir. Maskulin və feminist stereotiplər getdikcə daha sərt və qütbləşmiş rol alır. Sosial rollar kimi insan keyfiyyətləridə cinsinə görə fərqlənmir. Bundan əlavə, bu gün kişilik və qadınlıq idealları həmişəkindən daha çox ziddiyyət təşkil edir. Birincisi, ənənəvi xüsusiyyətlər müasir olanlarla iç-içədir. İkincisi, fərdi variasiyaların müxtəlifliyini nəzərə alaraq, onlar əvvəlkindən daha tamdır. Üçüncüsü, onlar təkcə kişi deyil, həm də qadın baxışlarını əks etdirir. Bununla belə, kişilərdə və qadınlarda fəaliyyətlərin təbiəti, maraqların istiqamətləndirilməsi və psixi proseslərin gedişində əhəmiyyətli fərqlər qalır. Yeni, təkmilləşdirilmiş testlər maskulinlik və feministliyi artıq eyni xüsusiyyətin qütbləri kimi deyil, müstəqil ölçülər kimi nəzərdən keçirir. V.V.Znakova görə: “Psixoloji mexanizmlərin açıqlanması üçün gender psixologiyası mütəxəssisləri insanın kişilik və qadınlıq kimi xüsusiyyətlərinin tərifini nəzərdən keçirmələri əhəmiyyətlidir”. Eyni fərdin göstəricilərinin kişilik və qadınlıq miqyasında müqayisəsi onun psixoloji androgeniyasının dərəcəsini hesablamağa imkan verir. Fərdlərin androgen olması yüksək qadınlıq və kişilik nisbətlərinə sahiblik, bu da onlara gender rolu normalarına daha az ciddi riayət etməyə, ənənəvi qadın fəaliyyətindən daha sərbəst şəkildə kişi fəaliyyətinə keçməyə imkan verir. Psixoloji androgenlik anlayışı somatik keyfiyyətlərə deyil, yalnız davranış və münasibətlərə aiddir. Androgen, çeviklik və uyğunlaşma, vəziyyətdən asılı olaraq davranışını dəyişdirmək qabiliyyətini təyin edən, stresə qarşı müqavimətin formalaş masına və həyatın müxtəlif sahələrində uğur qazanmağa kömək edən insanın əhəmiyyətli psixoloji xüsusiyyətidir. Gender şəxsiyyətinin androgen tipi aşağıdakılarla xarakterizə olunur: müstəqillik, qayğıkeşlik, spesifik kişi və qadın cinslə fərqlənməyən funksiyaları yerinə yetirmək bacarığı və s. Nəticədə, sadə “kişi” və “qadın” dixotomiyası əvəzinə 4 psixoloji tip meydana çıxdı:–maskulin kişilər (kişiyə xas olan xüsusiyyətlərə görə yüksək, qadınlara görə aşağı göstəricili);–feminist kişilər (yüksək qadın və az kişi xüsusiyyətləri);– androgen kişilər (hər iki miqyasda yüksək göstəricilər);–psixoloji cəhətdən fərqlənməyən kişilər (hər iki miqyasda aşağı göstəricilər);–və qadınların bu tip eyni 4 kateqoriyası. Bu tipologiya 1974-cü ildə S.Bem tərəfindən androgeniya konsepsiyasının bir hissəsi kimi işlənib hazırlanmışdır və bütün əvvəlki tipologiyalardan şəxsiyyətin müstəqil ölçüləri kimi maskulinizasiya və feminizasiya ideyası üzərində qurulması ilə fərqlənirdi. Onun testi kişi və qadınları 4 qrupa bölməyə imkan verib. Birinci qrupa açıq şəkildə ənənəvi kişi keyfiyyətlərinə malik olan maskulinlik daxildir –qətiyyət, ambisiya, cəsarət, qürur, inadkarlıq və s. İkinci qrupa ənənəvi qadın keyfiyyətləri olan femininlik, yumşaqlıq, emosionallıq, qayğıkeşlik, evdarlıq və s. Üçüncü qrupa androgen keyfiyyətlərə malik olan şəxslər daxildir, yəni, ənənəvi olaraq qadın, və kişi xüsusiyyətləri birləşdirilir. Dördüncü qrup, kişi və ya qadın xüsusiyyətlərini ifadə etməyən insanlardan ibarətdir. “Maskulinlik” anlayışına, adətən kişilərdən şəxsiyyətlərarası münasibətlərdə məqsədyönlülüyünü qoruyub saxlaması və toxunulmazlıq əks etdirməsi kimi gözlənilən davranış növləri daxildir. Kişi keyfiyyətlərinə aşağıdakılar daxildir: özünə güvənən, öz fikirlərini müdafiə etməyə meyilli, müstəqil, atletik, iddialı, güclü şəxsiyyət, liderlik qabiliyyətinə malik, riskdən çəkinən, tez qərar qəbul edən, yalnız özünə güvənən, ağalıq edən, cəsarətli, öz mövqeyinə malik, aqressiv, liderliyə meyilli, fərdi, rəqabətçi, iddialı və s. “Feministlik” anlayışına, adətən, qadımlardan şəxsiyyətlərarası münasibətlərdə qarşılıqlı faydalı keyfiyyətlərin təşviqinə yönəlmiş fəaliyyətləri əhatə edir. Qadın xüsusiyyətlərinə aşağıdakılar daxildir: itaətkar, şən, utancaq, mülayim, yaltaqlığa həris, sədaqətli, qadına xas, rəğbət bəsləməyi bacaran, alçaq səslə danışan, isti, yumşaq, güvənən, infantil, söyüşü sevməyən, uşaqları sevən, sakit və s. Cinslərin barışması ideyasına əsaslanan androgeniya konsepsiyası sosial həyatın qadın və kişi tərzinin mədəni şəkildə qəbul edilmiş təriflərini məhv edir, orijinallığı ilə seçilən şəxsi təzahürləri dəstəkləyir. Androgen şəxsiyyət müəyyən bir tərbiyənin təsiri altında və uşağı hər iki cinsə xas olan davranışları öyrənməyə təşviq edən valideynlərin xüsusi mövqeyi sayəsində formalaşır. Bu konsepsiyaya görə, kişinin maskulin identikliyin qadın xüsusiyyətlərini, qadının feminin identikliyidə kişi xüsusiyyətlərini ehtiva edə bilər. Androgeniyanın dərk edilməsinə bu yanaşma birgə mövcudluq anlayışı kimi müəyyən edilmişdir (LorenziCioldi F., 1996). Güman edilirdi ki, kişiliyin və qadınlığın daxili birgə mövcudluğu baxımından androgenlik gender xüsusiyyətləri konseptuallaşdırılmasının nəticəsi kimi situasiyaya uyğunlaşmasının yüksək dərəcəsi olacaqdır. Bu fərziyyə eksperimental olaraq İ.S. Kon tərəfindən sınaqdan keçirilmişdir, hər iki cinsin fərdləri arasında psixoloji uyğunlaşmada ən müvəffəqiyyətli tip maskulinlik olmuşdur. Birgə mövcudluğun androgen modeli əhəmiyyətli olsa da, az təsdiqləndi, lakin nəzəriyyə özünü doğrultmadı. İ.S.Kon göstərdi ki, fərdin cinsi-rol stereotipinə maksimum bağlılığı, yəni kişilərdə yüksək kişilik, qadınlarda isə yüksək qadınlıq heç bir halda psixi və sosial rifahın təminatı deyil. Feminist qadınların artan həyəcanlılıq hissi və aşağı özünə hörmətlə xarakterizə olunan əlamətlər qadınlıq xüsusiyyətləri toplusuna daxildir. Maskulin xüsusiyyətli yeniyetmə oğlanlar öz həmyaşıdları arasında öz mövqelərindən daha çox özlərinə inamlı və razı idilər, lakin 30 ildən sonra bu kişilər daha narahat və az özünəinamlı, eyni zamanda liderlik qabiliyyəti də az olmaları ilə seçilirdilər. Feminist cinsli qadınlar və maskulin kişilər cins-rol fərqinin ənənəvi normaları ilə üst-üstə düşməyən fəaliyyətlərin öhdəsindən daha pis gəlirlər. Davranışları gender roluna daha çox uyğun gələn uşaqlarda intellekt və yaradıcılıq zəif olur. Maskulinizasiya və feminizasiya şkalası, bir tərəfdən, fərdi xüsusiy yətlərlə, digər tərəfdən cinsiyyətin sosial tərifləri və müəyyən bir sosial mühitdə qəbul edilmiş gender-rol steorotipləri ilə əlaqələndirilir. Halbuki bunlar tamamilə fərqli hadisələrdir. Eyni zamanda kişi və qadın əlamətləri toplusunun tərifindəki uyğunsuzluqlar və ya onların arzu olunmazlığı (normativlik) təcrübələrin nəticələrini əsasən əvvəlcədən müəyyənləşdirir. Qeyd olunur ki, kişi və qadınların androqinaya münasibəti fərqlidir. Qadınlar qadın xüsusiyyətlərindən daha çox androqin xassələrə üstünlük verirlər, kişilər isə daha mühafizəkardırlar, onlar cinsi rolun diferensiallaşdırılmasının ənənəvi normalarını rəhbər tuturlar. Bu, kişi roluna qadın rolundan müəyyən üstünlüklər verən sosial amillərlə bağlıdır. Androgenliyin oriyentasiyasında kənara çıxmalar daha çox yaşlı və yeniyetmələr arasında rast gəlinir. “Gender” termini cəmiyyət tərəfindən yaradılmış, sosial nəzarət institutları və mədəni ənənələr tərə fin dən təyin edilmişdir. Buraya cəmiy yətin inkişafı prosesində işləyib hazırla dığı konkret simvollar, insanın və cəmiyyətin həyatını tənzimləyən norma və qanunlar, bu normaları həyata keçirən sosial institutlar daxildir. Gender müəyyən sosiallaşma sistemi, əmək bölgüsü və mədəniyyət normaları, cəmiyyətdə qəbul edilən rollar və stereotiplər vasitəsilə qurulur. Cəmiyyətdə təsbit olunmuş gender normaları bioloji cinsindən asılı olaraq insanların psixoloji keyfiyyətlərini (bəzilərini həvəsləndirən, digərlərini isə mənfi qiymətləndirən), qabiliyyətlərini (steorotiplər), fəaliyyət növlərini, peşələrini müəyyən dərəcədə müəyyən edir. Stereo tiplər qadınları passiv, itaətkar, emosional, işbirlikçi, insanlara yönümlü olmağı tövsiyə edir. Qadınlar sevgini, ünsiyyəti, gözəlliyi yüksək qiymətləndirirlər. Kişilər aqressivlik, liderlik arzusu, rəqabət qabiliyyəti, rasionallıq ilə əlaqələndirilir. Kişilər gücə can atırlar, qabiliyyətləri, bacarıqları yüksək qiymətləndirirlər. Eyni zamanda gender rolları və normaları universal məzmun daşımır və müxtəlif cəmiyyətlərdə əhəmiy yətli dərəcədə fərqlənir. Beləliklə, kişi və ya qadın olmaq, ümumiyyətlə, müəyyən təbii keyfiyyətlərə sahib olmaq deyil, müəyyən bir rolun yerinə yetirilməsi deməkdir. “Qadın” və “kişi” anlayışları gender anlayışının inkişafı ilə birlikdə daha fəal şəkildə istifadə olunmağa başladı və gender tədqiqatlarında “qadın” və “kişi”nin mədəni simvolik mənasını ifadə etmək üçün istifadə olunur.

NƏTİCƏ

 Böyük dinamizm və sosial-mədəni nümunələrin və normaların dəyişkənliyi ilə xarakterizə olunan müasir dünya insanı əlavə çətinliklərlə üzləşdirir. Kişilərin və qadınların sosial vəziyyəti fəaliyyətin xarakterini dəyişir. Çoxsaylı araşdırmalar göstərir ki, motivlər və dəyər oriyentasiyaları genderə xasdır. Məsələn, qadınlar ailəyə və uşaq böyütməyə diqqət yetirirlər, kişilər isə karyera və hobbilərə üstünlük verirlər. Bununla belə, dəyər oriyentasiyaları və münasi bətlərindəki fərqlər də öz təbiətinə görə qadın və kişi həyatının müəyyən sahələrinin əhəmiyyətinin çərçivəsini əvvəlcədən müəyyən edən gender stereotiplərinin təsirinin nəticəsidir.

Ədəbiyyat:

1. Bem S.L., 1981.Gender schema theory: A cognitive account of sex typing.

2. CannA. & Siegfried W.D., 2000. Gender stereotypes and dimensions of effective leader behaviour. //Sex Roles

 3. Eccles J.S., 1990 Gender-role socialization. Social psychology. Forth Worth, TX:Holt Rinehart Winston

4. Берн Ш. Гендерная психология. Санкт-Петербург: 2001.

 5. Клецина И.С. От психологии пола –к гендерным исследованиям в психологии. М: 2003. № 1.

 6. Майерс Д. Социальная психология. Санкт-Петербург: 2000.

7. Хорни К. Самоанализ: Психология женщины. Новые пути в психоанализе. Санкт-Петербург: 1998.


"