“PSİXOLOGİYA JURNALI” NDA DƏRC OLUNMAQ ÜÇÜN MƏQALƏLƏR TƏQDİM EDƏN MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMAT
  1. Məqalələrin təqdim olunması

     Redaksiya aşağıdakı tələblərə cavab verən məqalələri qəbul edir:

-         Məqalələr  jurnalın elmi istiqamətinə uyğun olmalıdır.

-         Məqalənin məzmunu etik normalara və konfedensiallıq (məxfilik) prinsiplərinə müvafiq olmalıdır.

-         Məqalə Azərbaycan, ingilis və ya rus dillərində yazılmalıdır. Azərbaycan dilində yazılan məqalələrə üstünlük verilir.

-         Məqalə iş yerinə yetirilmiş müəssisədən rəsmi məktubla müşayət olunmalıdır.

-         Nəşr üçün məqalə iki nüxsədə və diskə yazılmış elektron versiyası ilə birlikdə təqdim olunmalıdır. Redaksiya müəllifin razılığı ilə məqalələri ixtisar etmək və dəyişiklik etmək hüququna malikdir.

2. Məqalənin prezentasiyası

-         Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.

-         Məqalənin titul səhifəsində məqalənin  UOT kodu (vərəqin sol tərəfində) məqalənin adı, müəlliflərin soyadı, məqalənin tipi (orijinal, qısa məlumat, redaksiyaya məktub və s.), göstərilməlidir.

-         Məqalədə müəlliflərin işlədiyi müəssisələr və həmin müəssisələrin ünvanları, müəlliflərin elektron poçt ünvanları göstərilməlidir.

-          Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə göstərilməlidir.

3. Xülasə

-       Hər bir məqalənin qısa xülasəsi (rus və ingilis dillərində) 80-100 sözdən ibarət olmalıdır. Əgər məqalə Azərbaycan dilində yazılmışsa, rezume ingiliscə və rusca yazılmışsa azərbaycan və ingilis dillərində təqdim olunmalıdır.

-   Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qramatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifi  və ya müəlliflərinin tam adı göstərilməlidir.

Abbreviaturalar

-         Bütün rast gəlinən ixtisarlar (abbreviaturalar) mətndə ilk dəfə qeyd olunarkən geniş (açıq) şəkildə göstərilməlidir.

4. Məqalənin strukturu

Orijinal məqalənin həcmi rezume və ədəbiyyat siyahısı da daxil olmaqla “Times New Roman 14”  şrifti ilə 12 səhifədən artıq olmamalıdır. Məqalə aşağıdakı bölmələrdən ibarət olmalıdır: məqsəd və vəzifələri göstərilməklə giriş, tədqiqatın material (subyekti) və metodu, müzakirələr və ya nəticələr, ədəbiyyat siyahısı.

Redaksiyaya məktub 3 səhifədən artıq olmamalı, cədvəl və şəkillərsiz verilməlidir.

5. Şəkil və illüstrasiyalar

-         Hər bir şəkil nömrələnməli və jurnalın ölçüsünə müvafiq olmalıdır.

Fotoşəkillər və rəsmlər kontrast olmalı və universal kompyüter formatında təqdim olunmalıdır. Diaqramlar, cədvəllər, rəsmlər və fotoşəkillər ağ-qara rəngdə dərc olunacaq. Xüsusi təlabat olarsa onlar rəngli dərc oluna bilər

6. Cədvəllər

-       Mətndə sitat gətirilən hər bir cədvəlin adı və nömrəsi olmalıdır.

7. Ədəbiyyat siyahısı

- Məqalədə istifadə olunmuş ədəbiyyat mənbələri Vankuver sisteminə əsasən verilir    (kvadrat mötərizələrdə sitat gətirilən işin nömrəsi göstərilir). Ədəbiyyat siyahısı işin sonunda əlifba sırası ilə veilməlidir. Əvvəlcə Azərbaycan, sonra rus, ingilis və digər dillərdə verilir. Müəllifin (müəlliflərin) soyadı və inisialları, məqalənin, jurnalın, monoqrafiyanın adı, dərc olunma ili (ildən sonra “.” işarəsi qoyulur), cild və ya nömrəsi (bundan sonra “.” işarəsi qoyulur), səhifələrin nömrəsi göstərilir.

 - Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrdə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir.

- Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

Bütün məqalələrə  redaksiya heyəti  tərəfindən rəy verilir.

Mənfi rəy verilmiş yazılar ya çap olunmur və ya müvafiq düzəlişlərdən sonra dərc olunur.                                                                               


                                                                                                              Redaksiya şurası

ƏLAQƏ: 

Tel:   (012) 562 99 61

Mob: (050) 271 85 27

E-mail: psixologiyajurnali@gmail.com, psixologiyajurnali.az@bk.ru

"