Müəllim-şagird münasibətlərində psixoloji iqlimin yaradılması və onun tənzimində psixoloqun rolu

Məktəb kollektivində müsbət psixoloji iqlimin yaradılmasına bir sıra mürəkkəb amillər sistemi təsir göstərir. Həmin amillər sistemi ayrı-ayrılıqda və müəyyən ardıcıllıqla yox, kompleks halda, əks istiqamətdə, çox zaman da ne- qativ istiqamətdə təsir göstərir. Belə bir mürəkkəb psixoloji şəraitdə məktəbdə müəllim-şagird münasibətinin tənzimi və onun əlverişli psixoloji duruma yönəldilməsi problem olaraq qalır.

Əvvəla, əhatə dairəsinə, təsirliliyinə, intensivliyinə görə müəllim-şagird münasibəti məktəbdəki bütün münasibətlər sistemi içərisində önəmli yer tutur.

Birincisi, məktəbdə təlim-tərbiyə işi mahiyyət etibarilə, ilk növbədə müəllim-şagird münasibətlərinin, yəni onlar arasındakı qarşılıqlı münasibətlərin təzahürüdür, onların birgə fəaliyyətinin təcǝssümüdür.

İkincisi, təlim həm müəllimin. həm də şagirdin fəaliyyət nəticələrinin göstəricisidir. Belə ki, müəllimin təlim fəaliyyətinin səmərəliliyi və optimallığı həm şagirdlərin təlim fəaliyyətinin səmərəliliyinin, həm də onların psixi inkişafının, intellektual və mənəvi cəhətdən yetkinləşməsinin əsas göstəricisidir. Başqa sözlə, şagirdlərin təlim fəaliyyəti nəticələrinin yüksəkliyi və onların intellektual və əxlaqi cəhətdən təkmilləşməsi müəllimin təlim-tərbiyə fəaliyyətinin səmərəliliyinin göstəricisidir. Lakin bu məsəlǝasanlıqla başa gəlmir. Burada müəllim-şagird münasibətlərinin xarakteri, onların bir-birinə münasibəti, aralarındakı qarşılıqlı etimad və inamın xarkterindən çox asılıdır. Həmin qarşılıqlı münasibət sistemində aparıcı yeri müəllim tutur. Yəni müəllimin həm təlim fəaliyyəti, həm də şəxsiyyətinin istiqaməti, professionallığı, eləcə də əxlaqi keyfiyyəti, məsuliyyət hissi, ən başlıcası şagirdlərə münasibəti həlledici rol oynayır. L.N.Tolstoy bu cəhəti xüsusi olaraq qeyd edir. O göstərirdi ki, "əgər müəllim yalnız işinə məhəbbət bəsləyirsə, onda o yaxşı müəllim olacaq. Əgǝr

müəllim yalnız öz şagirdlərinə məhəbbət bəsləyirsə və onları öz ataları, anaları kimi sevirsa, onda o, bütün kitabları oxumuş ancaq nə işinə, nə də şagirdlərə məhəbbəti olmayan, onları sevməyən müəllimdən yaxşı olacaq. Əgər müəllim həm öz işinə, həm də öz şagirdlərinə olan sevgisini, məhəbbətini birləşdirirsə, onda o, kamil (təkmil müəllim olacaq". Böyük sənətkarın bu hikmətli fikrində müəllim-şagird münasibətində müsbət psixoloji iqlimin yaradılmasının nəinki çox böyük əhəmiyyəti, həm də dərin psixoloji mexanizmi öz əksini tapmışdır. (3, s.66)

Məktəbdə müəllim-şagird münasibəti mürəkkəb struktura malikdir. Burada iki başlıca sahə: dǝrsdə müəllim-şagird münasibəti və dərsdən kənar vaxtlarda müəllim-şagird münasibəti ayırd edilir. Dərsdə müəllim-şagird münasibəti daha mürəkkəb məzmuna malik olub sosial-psixoloji çalarları ilə seçilir. Psixoloqlar həmin məsələdə dərsdə şagirdin biliyinin qiymət ləndirilməsini ön plana çəkirlər. Yəni şagirdə fərdi yanaşma, onun biliyini, şəxsi keyfiyyətlərini düz- gün nəzərə alma və ədalətlə qiymətləndirmə müəllim-şagird münasibətlərinə çox ciddi təsir edir. Məhz müəllimin qiymətləndirmə fəaliyyəti dərsdə psixoloji iqlimin məzmun və istiqamətini təyin edən mühüm amildir.

Dərsdə şagirdin biliyinin qiymətləndirilməsi məsələsi psioxloqıarı daima maraqlandırır, çünki həmin qiymətləndirmədə yol verilən nöqsanlar şagirdlərin yalnız emosional sferasına təsir etməklə qalmır, həm də onların intellektual-iradi inkişafına da neqativ istiqamətdə təsir göstərir. Elə ona görə də bəzi şagirdlər üçün dərsdə alınan qiymət emosional cəhətdən o dərəcədə böyük əhəmiyyət kəsb edir ki, onlar "yalnız qiymət almaq xatirinə" oxuyurlar, nəticədə bəzən öyrəndiyi materialı bildiyi halda cavab verməkdən çəkinir. Qorxur ki, cavab yaxçı alınmaz, ona istədiyi qiyməti verməzlər. Buna görə də qiymətin gözlənilməsi bir sıra hallarda susmağın, cavab vermək istəməməyin əsas motivinə çevrilir.

Uşağın şəxsiyyətinə təsir edən, ona toxunan sual və ya müraciət düzgün cavab almaq üçün əlverişli olmayan emosional şərait yaradır. Məsələn, bir neçə hazırlıqlı şagirdə sualla müraciət edib, onlardan lazımi cavab almadıqdan sonra bəzən müəllim nümayişkarǝnə halda eyni sualla zəif şagirdə müraciət edir, bununla da sinfin münasibətini ironik olaraq müraciət etdiyi zəif şagirdə qarşı yönəltmiş olur.

Özlüyündə sualın özü deyil, sinfin münasibətinin həmin şagirdə dəyişilməsi, onun suala cavab verməsinə pis təsir edir və onu çıxılmaz vəziyyətə salır.

Məlum olduğu kimi, dərsin soruşulması, onun şərhindən ciddi surətdə fərqlənir. Çünki, dərsin izahı zamanı müəllim bütün şagirdlərə, yəni bütöv sinfə müraciət edir, sorğu situasiyasında isə ayrı- ayrı şagirdlərə müraciət edir. Bu halda həmin şagird bütün sinin diqqət mərkəzində olur. Bu isə nəinki şagirdin emosional aləminə təsir etməklə sinif kollektivində şəxsiyyətlərarası münasibətlərə, eləcə də müəllim-şagird münasibətinə də təsir edir və bəzən ciddi mənfi nəticələrə gətirib çıxara bilir. Müasir şəraitdə isə respublikamızda ictimai-iqtisadi durumla, sosial-psixoloji vəziyyətlə əlaqədar olaraq həm müəllimlərin, həm də şagirdlərin emosional durumunda mənfi boyaların güclü olması müəllim-şagird qarşılıqlı münasibətinə çox ciddi təsir etməklə qalmır, həm müəllimlərin, həm də şagirdlərin öz fəaliyyətinə münasibətinə də ciddi təsir edir, bəzilərində fəaliyyətdən yadlaşma, fəaliyyət nəticələrinə laqeydlik özünü aydın surətdə büruzə verir. Nəticədə bir çox şagirddə dərsdə verdiyi cavaba görə aldığı qiymətin kəmiyyət və keyfiyyətinə bir laqeydlik yaranır, bu da onların emosional durumunda öz əksini tapır. Bu cəhət ayrı-ayrı müəllimlərin dərs zamanı öz şagirdlərinə qeyri-obyektiv, yəni ya azaldılmış, ya da əsassız artırılmış qiymətlərin verilməsi də şərtlənir. (5, s.96) Psixoloqlar haqlı olaraq göstərirlər ki, mənfi qiymət o zaman müsbət məna kəsb edir ki, o düzgün əsaslandırılmış, motivləşdirilmiş, həm də fərdi xarakter kəsb etmiş olsun və şagirdi inkişafa yönəltmiş olsun. Lakin mənfi qiymət şagirdin danlanması, onun üstünə qışqırmaq, ona pis münasibətlə müşayiət olunursa, onda şagirddǝ sadəcə əhval pozğunluğu yaratmır, bəziləri bunu çox kəskin daxili narazılıqla qarşılayır, hətta depressiv vəziyyətə düşür. Belə bir psixoloji halətdə müəllim-şagird münasibətinə çox ciddi xələl gəlir, bu münasibət dərinləşdikcə şagirddə yalnız bu və ya digər müəllimə qarşı mənfi emosiyalar yaranmır, ümumən təlim fəaliyyətinə, məktəbə qarşı münasibət dəyişilir, şagirddə təlim fəaliyyətindən, məktəbdən, dərsdən yadlaşma özünü aydın büruzə verir. Belə mənfi emosional münasibət şagirdin rəftar və davranışında da özünü büruzə verir, məktəbə getmək istəmir və ya çox çətinliklə gedir, orada özünü yad bir varlıq kimi hiss edir.

Belə bir psixoloji halət şagirdin öz sinif yoldaşları ilə münasibətinə də təsir edir, orada bir kənarlaşma, münasibətlərdə soyuqluq özünü büruzə verir.

Müəllim-şagird münasibətinə nəinki şagirdə verilən mənfi və ya aşağı qiymət, həm də lazım gəldikdə on aqiymət verməmək də pis təsir edir. Bu o zaman güclü olur ki, bir qisim şagirdlərə qiymət verilir, digər qisminə isə qiymət verilmir. Belə bir fakt şagird tərəfindən ayrı-seçkilik kimi, aşkar mənfimü nasibətin təzahürü kimi qavranılır. Belə bir münasibət şagirddə qüvvəsinə inamsızlıq yaradır, sanki o öz orietirini itirir psixoloji cəhət dən şagirdlərin fəaliyyətinin qiymətləndirilməməsi mənfi hal kimi təsbit olunur və onun müəllim-şagird münasibətinin mənfi istiqa mətdə dəyişilməsinə ciddi təsir göstərməsi xüsusi olaraq qeyd olunur. Çünki şagird adi qaydada qiymətləndirilmədikdə müəllimin intonasiyası, hərəkətləri, üzünün ifadəsi onun üçün xüsusi məna kasb edir, orada özünə neqativ münasibətlərin müəyyən işarələri axtarılır, müəllimin laqeyd baxışı və ya şagirdə heç fikir verməməsi, yaxud şagirdə kəskin nəzərləri və s. müəllim-şagird münasibətindəki emosional cəhətlərin müxtəlif təzahürləri kimi qiymətləndirilir.

Şagirdə qiymət verilməsi çətin situasiyalarda daha vacibdir, çünki həmin qiymət yalnız fəaliyyət nəticəsinə münasibətə deyil, həm də o qiyməti necə əldə etməyə münasibətə görə xüsusi əhəmiyyət kəsb edir. Didaktik cəhətdən şagirdlərin biliyinə düzgün qiymət verilməsi yalnız fərdi səciyyə daşımır. Bütün sinif kollektivinin yüksək qiymət alması üçün onların qarşılıqlı köməyini təşkil etmək, bir-birinin müvəffəqiyyətinə şərik olmaq, onu öz müvəffəqiyyətinin ayrılmaz hissəsi kimi qiymətləndirmək şagird kollektivində müsbət psixoloji iqlim yaratmaqla yanaşı müəllim-şagird münasibətinə də sciddi müsbət təsir göstərir. Deməli, bu cəhət sinifdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üçün çox əhəmiyyətlidir. Həm də bu, müəllimdən dərin psixoloji fəhm və həssaslıq tələb edir. Bəzi müəllimlərin cavab verən şagirdin öz sinif yoldaşları tərəfindən gülüş, rişxand obyektinə çevrilməsinə imkan vermələri nəinki psixoloji, həm də etik cəhətdən çox ciddi nöqsandır. Çünki bu əslində ümumi sinfin münasibəti deyil, müəllimin həmin şagirdə münasibətinin təlqin yolu ilə təzahürüdür. Çünki şagirdlər cavab verən həmin şagirdə müəllimin münasibətini əvvəlcə yaxşı bilirlər, bəzi şagirdlər isə "müəllimə xoş getsin" deyə o şagirdi gülüş hədəfinə çevirirlər. Cavab verən və gülüş hədəfinə çevrilən şagird də çox zaman əsil münasibətin haradan gəldiyini yaxşı fəhm edir ki, bu da müəllim-şagird münasibətlərindəkipsixoloji iqlimə mənfi təsir edir, şagirdin əhval-ruhiyyəsi, psixoloji durumu, emosional haləti pozulur.

Deməli, məktəbdə müəllim-şagird münasibətlərində müsbət psixoloji iqlimin yaradılması üçün şagirdin biliyini qiymətləndirmə sində müəllimin ədalətli və qayğıkeş olması, obyektivliyi mühüm şərtdir.

Nəzərə almaq lazımdır ki, ayrı-ayrı biliyə olan maraqla qiymətə olan maraq bəzən üst-üstə düşmür. Belə ki, bəziləri yalnız qiymət almaq xatirinə oxuyur, digər qismi isə bilik qazanmaq, öyrənmək, təkmilləşmək xatirinə çalışır. Onları biliyə verilən qiymət ümumən maraqlandırsa da onu əsas məqsəd kimi qəbul etmirlər, onalr üçün başlıca məsələ keçilən dəsləri yaxşı mənimsəmək, verilmiş tapşırıqları vaxtında və səliqə ilə yerinə yetirmək əsas qayə olur. Əlbəttə, belə şagirdlərin də düzgün qiymətləndirilməsi müəllim-şagird münasibət lərinə təsirsiz qalmır, "yaxşı ilə" zəifə çalışanla çalışmayana fərq qoyulmaması hallarından yan keçə bilmirlər, bunu özlərinə qarşı ədalətsizlik kimi qiymətləndirirlər və belə bir ədalətsizliyə yol verǝn müəllimlərə öz münasibətlərini dəyişə bilirlər.

Həm də belə şagirdlər yalnız müəllimə münasibət dəyişilmir. Ümumən yaxşı ilə pis arasında fərq görülməməsinə, xüsusən də yalnız qiymət xatirinə oxuyan, dərsi əzbərləyən, onun məzmun və mahiyyəti kifayət qǝdər aydın dərk etməyən şagirdlərə onlar arasındakı "köklü fərqi" görməməyi ümumi ədalətsizlik kim qiymətləndirirlər.

Nəzərdən qaçırmaq olmaz ki, təlim prosesində müəllimin verdiyi qiymət həm də bir çox funksiyanı yerinə yetirir. Həmin funksiyalar içərisində qiymətin tənzimləyici funksiyası önəmli yer tutur. Burada yalnız müəllim-şagird qarşılıqlı münasibətinin təzahürü, asas xüsusiyyətləri, müxtəlif çalarları öz əksini tapmaq, həm də şagird-şagird münasibətinə şagird sinif kollektivi münasibətinə, eləcə də hər bir şagirdin özünə münasibətinə də ciddi təsir göstərir, onu həm müsbət, həm də mənfi istiqamətə yönəldə bilir. Buna görə də istər psixoloji, istərsə də pedaqoji tədqiqatlarda təlim prosesində şagirdin qiymətləndirilməsi probleminə xüsusi diqqət yetirilir. Çünki burada yalnız müəllim-şagird münaisbəti, şagirdin öz təlim fəaliyyəti nəticələrinə münasibəti əks olunmur, burada şagirdin bir şəxsiyyət kimi həm intellektuallığı, həm də əxlaqi etik planda təşəkkülü də öz əksini tapır.

Müəllim gərək şagirdinə öz qüvvəsinə inamı itirməyə, "mən heç bir şeyə yaramıram" qənaətinə gəlməyə imkan verməsin. Buna isə şagirdə olan qayğıkeş münasibətlə, onun kiçik nailiyyətlərini belə görməklə, onu daha da ruhlandırmaqla nail olmaq mümkündür. Bu halda müəllimin şagird üçün ciddi arxa, mötəbər inam yeri, yəni şagird-müəllim münasibəti özünün ən əlverişli, ürəkaçan şagirdə müsbət emosiyalar bəxş edən mərhələsinə qədəm qoyur. Təcrübəli müəllimlər belə bir müsbət psixoloji iqlimi qoruyub saxlamağa, daha da möhkəmləndirməyə çalışırlar, bununla da öz şagirdlərinin qəlbinə yol tapmağa müvəffəq olurlar, onlar arasında müsbət psixoloji iqlim yaranır və möhkəmlənir. Belə bir əlverişli şəraitdə istər müəllimdə, istərsə də şagirddə müsbət sosial gözləmələr formalaşır. Çünki hər bir insan başqalarını ondan nə gözlədiklərinə uyğun olaraq fəaliyyət göstərməyə, davranmağa can atır. Şagirddə daxili inam və sosial gözləmə yaransa, onun müəllimləri ondan çox şey gözləyirlər, onun qabiliyyət və iste dadına xüsusi olaraq ümid bəslə- yirlər. Onda şagird nəinki öz təlim fəaliyyətinin yüksək nəticələr verməsinə çalışacaq, həm də özünün istedad və qabiliyyətini daha yaxşı inkişaf etdirəcəkdir. Deməli, qiymətlə yanaşı, müəllimin hər bir şagirdə xeyirxah münasibəti onun intellektual inkişafını stimullaşdırılması, dərin pedaqoji məharəti ilə də çox məsul bir sosial funksiyasını yerinə yetirməyə məsuliyyətlə yanaşdığını aydın surətdə göstərir. Müəllim-şagird münasibətlərindəki psixoloji iqlimə həm müəllimlərin, həm də şagirdlərin fərdi-psixoloji xüsusiyyətləri ciddi təsir edir. Buna görə də müəllim-şagird münasibətlərində psixoloji iqlim də hər bir məktəbdə, hər bir şagird kollektivində də fərqli xüsusiyyətlərə malik olur və bu şərtlər praktik psixoloqun fəaliyyətində də nəzərdən qaçırıla bilməz. 

Ədəbiyyat:

  1. Əliyev R.İ. Kiçik məktəblilərdə özünüqiymətləndirmənin təşəkkülünün eksperimental tədqiqinin bəzi nəticələri haqqında. "Dil-ədəbiyyat” jurnalı, 1998, №3
  2. Həmzəyev M.Ə. Pedaqoji psixologiya: pedaqoji institut tələbələri üçün dər vəsaiti. Bakı, "Maarif nəşri, 1991
  3. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları: ali məktəblər üçün dərslik. Bakı, Adiloğlu, 2003
  4. Həmzəyev M.Ə. Təlim-tərbiyə prosesində şagirdlərin öyrənilməsinə kompleks yanaşma haqqında. "Azərbaycan məktəbi", 1982, No2
  5. Həmzəyev M.Ə. Müəllimin pedaqoji bacarıq, vərdiş və qabiliyyəti haqqında. "Azərbaycan məktəbi" jurnalı, 1977, №1
  6. Həmzəyev M.Ə. Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri. "Azərbaycan məktəbi", 1988, №10
  7. Həmzəyev M.Ə. Mustafayev T. Məktəbli şəxsiyyətinin öyrənilməsi tərbiyə prosesinin idara edilməsinin mühüm amili kimi.
    "Azərbaycan məktəbi", 1989, №3

Müəllif: Təhsil Problemləri Institutunun psixologiya va yaş fiziologiya şöbəsinin dissertanti İsayeva A.M.


"