İnsanı ən çox yoran xarakterlərdən biri də mükəmməlliyətçilikdi. İşimlə əlaqədar çoxlu mükəmməlliyətçi insan tanımışam. Bu insanlar bir şeyi edəcəmsə ya ən yaxşı etməliyəm, ya da heç etməməliyəm deyə düşünürlər. Ya da düşünürlər ki, bir işdə ən yaxşı deyiləmsə, deməli o işi bacarmıram. Bu yanlış bir düşüncə tərzidir. Çünki, dünyada " ən yaxşı" mövhumunu təyin edəcək bir ölçü vahidi yoxdur. Bu subyektiv və uydurma bir anlayışdır. Buna görə də əgər mükəmməlliyətçisinizsə nə etsəniz də, sizi qane etməyəcək. Üstəlik kefiniz pozulacaq və performansınız bir az da aşağı düşəcək. Yəni mükəmməlliyətçilik sizə heç nə qazandırmır, sizə ziyan vurur və mənasız bir şeydir. Həm də mümkünsüzdü. Bəs bu xasiyyəti necə aradan qaldırmaq olar? Çox sadə olsa da, mükəmməlliyətçi insanlar üçün cəsarət tələb edən bir üsul deyəcəm. Bərbad olmağı sınayın. Bəli, bəli düz oxudunuz. Bərbad olmağı sınayın. Bunun da mümkünsüz olduğunu görəcəksiniz. Standartlarınızı aşağı salın. Etdiyiniz iş nədirsə, hər gün bir öncəki gündən daha azını etməyi hədəfləyin. Məsələn, kitab oxuyursunuz və bu gün 15 səhifə oxumusunuz. Sabah 10 səhifə oxumağı hədəfləyin. Etməli olduğunuz işin yüz faizini deyil, 80 faizini tamamlamağı hədəfləyin. Qısa və sadə hədəflər qoysanız, bunları asanlıqla edə biləcəksiniz. Və bu da sizin əhval ruhiyyənizi qaldıraraq performansınızı artıracaq və avtomatik olaraq daha çoxunu etmək üçün motivasiyanız yüksələcək. Həm də, hər hansı bir səbəbdən dolayı o işi o gün az etsəniz belə kefiniz pozulmayacaq. Çünki, onsuzda hədəfiniz bu idi. Bu texnikanı heç olmasa üç gün yoxlayın. İndi inanmasanız da, nə qədər haqlı olduğumu görəcəksiniz.
Fuad Əsədov
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)