Obsesiv kompulsiv pozuntu

Obsesiv kompulsiv pozuntu çox rast gəlinən bir haldır. Bu insanlar mənasız şeylərə ilişir və rahatlamaq üçün kifayət qədər çalışırlar. Məsələn, təmizliyinə görə narahat olan biri tez-tez əllərini yuyur, xəstəliyinə görə narahat olan çoxlu həkim gəzir, qazı işığı söndürmədiyindən narahat olan adam təkrar təkrar evə gedərək hər şeyi kontrol edir, Tanrını əsəbləşdirdiyindən narahat olan adam çoxlu dua edir və s. Bütün bunlar mənasız şeylərdir. Bəs yaxşı, bu insanlar niyə belə edirlər? Dəlidirlər? Əsasən yox. Hər kəsdə müəyyən qədər kompulsiya var. Məsələn, çoxunuz həyəcanlananda yerində sakit otura bilmir ya da pis bir şey eşidəndə qulağını çəkir. Çünki, əks halda nəsə narahat hiss edirsiniz. Amma obsesiyanı gücləndirən də elə kompulsiyalardı. Daha sadə deyim. Narahat edici fikirlərinizi gücləndirən, onlardan qurtulmaq üçün etdiklərinizdi. Amma etməli olduğunuz şey narahatlığı qəbul etməkdir. Sıxıntının içində qalın və həyəcanın ən üst səviyyəyə çatmasına icazə verin. Bir müddət sonra kompulsiyalar azalmağa başlayacaq və özünüzü daha rahat hiss edəcəksiniz. Bu saatlarla sürə bilər, amma bu nöqtədən sonra obsesiyanız sağalacaq. Obsesiyanız başlayanda onu susdurmağa çalışmayın. Rahatlamağa və qaranti əldə etməyə çalışmayın. Təbii ki, bu sizi narahat edəcək. Amma özünüzü buna məcbur edin. Elə bir an gələcək ki, artıq dayana bilmədiyinizi düşünəcəksiniz və vəziyyəti kontrol altına almaq istəyəcəksiniz. Amma ETMƏYİN. Əksinə hər bir dəqiqədən bir narahatçılıq səviyyənizi 10 üzərindən dəyərləndirin. Bunu etdinizsə, deməli siz qazandınız. Və artıq obsesiv kompulsiv pozuntudan əziyyət çəkmirsiniz.
Fuad Əsədov

"