Karantindən sonra müraciət edən pasientlərimin bir neçəsi mənə bunu dedi:
- Özümü dəyərsiz hiss edirəm. İşləmirəm. Dolayısıyla uğur qazanmıram. Həyatımın mənası qalmayıb.
Doğurdan həyatınıza məna qatan uğurdurmu? İnsan olaraq dəyərinin işinizə bağlıdır? Bir müddət əvvəl çox uğurlu bir iş adamı ilə seansım olmuşdu. Ölkənin ən zəngin insanlarından idi. Amma ailə problemləri yaşayır və özünü hüzursuz hiss edirdi. Çünki, işində uğurlu olmağa o qədər fokuslanmışdı ki, həyatını yaşamağı unutmuşdu. Halbuki, pul bizə həyatımızı qurmaq üçün lazımdır. Əgər, pul qazanmaq həyatımızı yaşamağımıza mane olursa, bu çox mənasızdır.
Onsuzda işinizdə uğurlu olmaq sizi daha dəyərli etməz. Yəqin ki, çox uğurlu olan, amma hörmət edilməyən insanları tanıyırsınız. Çünki, dəyər və uğur arasında heç bir əlaqə yoxdur. Stalin öz işində uğurlu idi. Ağıllı insan idi. Amma, bu onu dəyərli insan edərmi? Nəticədə, neçə günahsız insanın əzabına və ölümünə səbəbkar idi. Və ya bir çox hallarda uğurlu olmayan insanlar digərləri üçün dəyərli ola bilirlər.
Uğurun dəyərinizlə düz mütənasib olduğunu düşünürsünüzsə, sizə belə bir şey deyim. Fərz edək ki, köhnə sinif yoldaşınızla qarşılaşırsınız. Karyerasında sizdən daha çox irəli gedib və buna görə də sizdən daha dəyərli insan olduğunu iddia edərək, sizi aşağılayır. Onunla razılaşacaqsınız? Əlbəttə, xeyr. O sizdən daha işkolik, daha çalışqan və ya daha istedadlı ola bilər. Amma, bu faktorlar onun insan olaraq sizdən daha dəyərli olduğu mənasına gəlməz. Özünüzü dəyərsizliklə günahlandıraraq pis olmaq yerinə, həyatınızın hüzurunu tapmağa çalışın. Siz hamınız dəyərlisiniz.
Fuad Əsədov
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)