Özünüzü tərifləyin

Özünüzü tərifləyin 
İnsanlar bəzən özlərini inandırırlar ki, etdikləri işlərin heç bir mənası yoxdur və onlar boş-boşuna yaşayırlar. Bu halda əhval-ruhiyyə inanılmaz dərəcədə aşağı düşür. Sizdə də bu hal varsa aşağıdakı kimi düşüncələriniz ola bilər. 
Yatağı yığmağın mənası yoxdur. Bunu hamı edə bilər. 
Nə qədər çalışsam da, filankəs kimi yaxşı ola bilməyəcəm. 
Bu işi alındıra bilməyim sadəcə bəxt məsələsidir. 
Məndən daha bacarıqlı olan insanlar var. 
Bu tip düşüncələriniz hər ağlınıza gələndə öz-özünüzə daha məntiqli cavablar verin. 
" Bu işi bacarmayan xeyli insan var və mənim bacarmağım tərifəlayiqdi. Kiminsə məndən yaxşı olması normaldır. Çünki, ən yaxşı olmaq mümkün deyil və mən özümü inkişaf etdirə bilərəm. Kifayət qədər qabiliyyətim və bacarığım var. " 
Özünüzü daim tərifləyin. Bir müddət sonra əhval-ruhiyyənizdə güclü yüksəlmə hiss edəcəksiniz. Deyə bilərsiniz ki, məni mən yox, başqaları tərifləməlidi. Düzdür, amma öz dəyərləndirməniz aşağı olanda başqalarının təriflərini də ciddiyə almayacaqsınız. Ona görə də, özünüzü tərifləməkdə xəsislik etməyin. 
İndiysə, hər kəs commentə özünü tərifləyəcək, nəsə yazsın. 
BAŞLAYIN, ÖZÜNÜZÜ TƏRİFLƏMƏYƏ. 
Fuad Əsədov

"