Mədəniyyət fenomeni konkret tarixi inkişaf kəsb edən mənəvi sərvətlər sistemi, cəmiyyətin mənəvi
potensialı, insanların yaradıcılıq prosesi və insanlar arasında müəyyən münasibətlərin ifadəsi kimi
təqdim edilir. Mədəniyyət fenomeninin məzmuna nəzər saldıqda onun strukturunda psixoloji komponentlərin üstünlük təşkil etdiyi şübhə doğurmur. Mədəniyyətin öyrənilməsinə həsr olunmuş müxtəlif yönümlü tədqiqatlarda mədəniyyət fəlsəfi, sosioloji və kulturoloji istiqamətdə təhlil edilmiş və humanitar yönümlü elmlərin konkret obyekti kimi təhlil olunmuşdur. Faktlar va fenomenin tədqiqinə tarixi-psixoloji yanaşma göstərir ki, mədəniyyət hər şeydən əvvəl psixoloji hadisədir və onun genezisinin tədqiqinda sistemli yanaşma zəruridir. Mədəniyyat probleminə sistemli yanaşma ona görə
zəruridir ki, müxtəlif mədəniyyatlərdə təzahür edən hadisələr adət, ənənələr streotip yönümlər və ustanovkalar, psixoloji fenomen olub, şəxsiyyətin formalaşmasının istiqamətlərini müəyyənləşdirilir və
onların qarşılıqlı əlaqəsini müəyyən etməyə imkan verir. Müasir dövrdə aparılmış tadqiqatlar göstərir ki, şəxsiyyətin inkişafı və formalaşmasında mədəniyyətin rolu birmənalı şəkildə psixploqlar tərəfindən qəbul edilir. Bu baxımdan aydındır ki, mədəniyyət hər bir halda şəxsiyyəti formalaşdırır. Deməli mədəniyyət yalnız
maddi və mənəvi dəyərlərin məcmusu olmayıb, həm də tanzimedici və formalaşdırıcı funksiyalara da malikdir. Bəs psixoloji nəzəriyyədə mədəniyyət anlayışı necə təqdim edilir? Mədəniyyətin özünə maxsusluğunun psixoloji meyarlari hansılardır? Bu suallara cavab verməmişdən əvvəl mədəniyyət
anlayışının özünün psixoloji mexanizminə aydınlıq gətirmək zaruridir. Çünki, hesab edirik ki, mədəniyyət hər şeydən əvvəl psixoloji fenomendir. Məlumdur ki, mədəniyyət anlayışı çox geniş məzmuna malik olub, müxtəlif elmlər tərəfindən öyrənilir. Bu istiqamətdə çox saylı tədqiqatların aparılmasına baxmayaraq mədəniyyət anlayışının mahiyyəti ilə bağlı mübahisəli fikirlər yenə də mövcuddur. Ayrı-ayrı elm sahələrində çalışan hər bir tədqiqatçı öz prinsiplərindən çıxış edərək həmin anlayışın elmi məzmununu araşdırmağa cəhd göstərmişdir. Mədəniyyət anlayışının təhlilinə fərqli yanaşmaların olduğunu, eləcə də onu psixoloji tədqiqat obyekti kimi tədqiq edilməsində sistemliliyin olmaması və bu sahədə mövcud tədqiqatların qeyri-ardıcıllığı problemi psixoloji baxımdan araşdırılmasına zəmin yaradır. Bütün bunlarla yanaşı mədəniyyət anlayışının psixoloji baxımdan təhlili həmişə diqqət mərkəzində olsa da müasir dövrdə ona hamı tərəfindən qəbul ediləcək bir mənalı psixoloji təyinatı yoxdur. Respublikazmızda
mədəniyyət probleminin psixoloji mexanizminin təhlili ilə bağlı bir sıra işlər görülmüşdür. Mədəniyyət və şəxsiyyət məsələsinin bir sıra aspektləri B.Əliyevin, R.Cabbarovun elmi məqalələrində, H.İmanov,
A.Şükürov, Ə.Hüseynovun tədqiqatlarında, eləcə də M.Əfəndiyevin monaqrafiyasında öz əksini tapmışdır. Mədəniyyət fenomeninin həmçinin L. Rubinşteyn, L.Viqotski, İ.Çesnakova, V.Bodalyov, M.Koqan və başqalarının əsərlərində müxtəlif yönümdə təhlil olunduğuna rast gəlmək olar.
Mədəniyyət fenomenin psixoloji mexanizmlərini təhlil etməzdən əvvəl, bu anlayışın mahiyyətinə aydınlıq gətirmək zəruridir. Psixoloji lüğətdə mədəniyyət anlayışına aşağıdakı şəkildə tərif verilir, mədəniyyət eyni ərazidə yaşayan insanların məişət həyatında tədricən əmələ gələn ümumi adətlərinin yeni nəsilə ötürülərək, tarixi inkişaf yolu keçərək, yeni çalarlar qazanmaqla bu günümüzə qədər gəlib çıxmış ayrı-ayrılıqda xalq va ya tayfaların davranışında özünəməxsus şəkildə təzahür edən ümumi dəyərlər sistemidir (9, s.251).
Ümumiyyətlə bir sıra tədqiqatçılar mədəniyyətin psixoloji təhlili zamanı onu formalaşdıran funksional strukturu əsas götürür və onu bu baxımdan təhlil edirlər.
Məsələn, rus psixoloqu L.S.Vqotski hesab edir ki, mədəniyyət insanın mental, funksional strukturunu formalaşdıran özünəməxsus simvollarla və onların qarşılıqlı əlaqəsində əks olunuş fenomenidir.
Tədqiqatçı Qumilyovun fikrincə isə mədəniyyət anlayışı və etnik mənsubiyyət bir-biri ilə sıx bağlıdır. Etnos tarixi dövrdə meydana çıxmış və yox olmuş sosial struktura və təkrar olunmaz sterotiplərə mənsub olan insan kollektividir və mədəniyyət anlayışı bu aspektdə öyrənməlidir. Etnik dəyərlərin mədəni dəyərlərlə eyniləşdirilməsini birmənalı şəkildə qəbul etmək mümkündür. Çünki etnik dəyərlərin birləşməsi və onda yaxşı nə varsa qəbul edilməsi də mədəniyyət sistemini yaradır.
Bir çox tədqiqatçılar isə mədəniyyəti ayrıca məzmuna malik anlayış kimi təqdim edirlər. Bu
baxımdan V.Vundt göstərir ki, şəxsiyyət müəyyən mədəniyyətə xas olan tipik tərbiyə üsulları vasitəsilə formalaşır və deməli şəxsiyyət mədəniyyətin daşıyıcısı və onun inkişafınn göstəricisidir. Mədəniyyətdaxili ümumi tərbiyə üsulları etnik ümumiliyi, etnik stereotip və yönümləri formalaşdırır və onların yalnız konkret mədəniyyət çərçivəsində reallaşmasına imkan yaradır. Həyatının 20 ilini 10 cildlik «xalqların psixologiyası»nın yazılmasına sərf edən Vundun fikrincə, xalq şüuru fərdi şüurun sintezində yaranır ki, bunun nəticəsində dildə, mifologiyada, ənənələrdə fərdi və şəxsi xüsusiyyətlərin vəhdəti əsasında yeni mədəniyyət yaranır. Mədəni-tarixi proseslərə bir qədər fərqli baxış, amerikan alimi L.F.Uordun adı ilə bağlıdır. Mədəniyyətin yaranmasına o, təkamül yüksək pilləsi, antropogenezisin gedişi zamanı yaranan bütün təbiət qüvvələrinin sintezi kimi baxırdı. Yeni sosial-mədəni realllığın əsaslı fərqini o, hislərin və istəyin mövcudluğunda görürdü. Belə ki, insan mədəniyyət tarixində düşünülmüş və qəbul olunmuş istəklərlə fəaliyyət göstərir.
İnsanın ilkin istəkləri qismində susuzluq, aclıq və cinsi tələbatlar çıxış edir. Onların əsasında cəmiyyətin mövcudluğu və mədəniyyətin inkişafı üçün əsas olan daha mürəkkəb intellektual, əqli, estetik arzular dayanır.
L.F.Uordun konsepsiyasında dünyanın yaranmasının təhlili, həzzin və iztirabın insan həyatında rolu, xoşbəxtlik fenomeninin təhlili diqəti daha çox cəlb edir. Fərdi birliklərlə bərabər o, eyni zamanda öz tədqiqatlarında ayrıca mədəniyyətin daşıdığı kollektiv məqsədlərin mövcudluğu ideyasını irəli sürürdü. Uordun fikirlərinə münasibətlərin bildirərək qeyd etməliyik ki,mədəniyyət yalnız istəklərin deyil,
o, həm də sosial təsir sistemi və şəxsiyyətin məcmusudur. Eyni zamanda mədəniyyəti yalnız fərdi tələbatların korporasiyası kimi təqdim etmək olmaz. Bu mədəniyyətin sosial mahiyyətini çıxdaş
edilməsinə gətirib çıxaracaqdır.
Başqa bir tərəfdən Uordun fikirləri daha çox mədəniyyətə əxlaqi etik yanaşmanı inkişaf etdirir və bu fenomenin psixoloji mexanizmini özündə əks etdirmir.
Mədəniyyətin psixoloji təhlilinin verilməsində U.Samnerin xüsusi xidmətləri olmuşdur. Onun tədqiqatlarının əsasını "xalq adətləri"nin öyrənilməsi təşkil edir. "Adǝt" anlayışı qismində müəllif davranışın bütün mədəni baxımdan təqdir olunan və standartlaşdırılmış formalarını başa düşürdü. Adətlərin yaranması və mövcudluğunun səbəbi kimi o, qarşılıqlı təsir və amillər qrupunu müəyyənləşdirmişdir. Bundan əlavə, U.Samner adətlərdə insan fəaliyyətinin dörd motivini fərqləndirirdi (aclıq, seksual ehtiras, şöhrətpərəstlik və qorxu). Bu motivlər onun fikrincə mədəniyyətin və mədəni dəyərlərin yaranmasında mühüm əhəmiyyətə malikdir.
İnsanların qarşılıqlı əlaqəsində mədəniyyət daxili mexanizminlərinin öyrənilməsində fransız alimləri Q.Lebon va Q.De Tard böyük rol oynamışlar. Q.Lebonun işlərində əsas istiqamət xalqın, kütlənin və liderlərin qarşılıqlı münasibətlərinin təhlili, onların fikirlərinin və hislərinin ələ almaq prosesinin xüsusiyyətlərinin təhlilinin verilməsi təşkil edir. Bu tədqiqatlarda psixoloji təsir və nüfuzetmə problemləri öyrənilmiş və insanların idarə
edilməsi haqqında suallar müxtəlif mədəniyyətlər konteksində təhlil edilmişdir (8, s.156). Q.Lebonun tadqiqatlarında xalqların təbiəti onların dəyişməz psixoloji xüsusiyyətləri və mədəniyyətin bu proseslərə təsiri geniş şəkildə öyrənilmiş dir. Q.Lebonun qrup psixologiyası və şəxsiyyətlərarası qarşılıqlı təsir haqqında fikirlərini Q.Tard öz tədqiqatlarında davam etdirmiş dir. O, qarşılıqlı təsirin 3 tipini müəyyənləşdirmişdir: psixoloji təsir, təlqin və təqlid. Tardın əsas tədqiqat işləri mədəniyyətin funksional aspektlərinin öyrənilməsinə yönəlmişdir. Müəllifin əsas məqsədi mədəniyyətlərdə baş verən dəyişikliklərin əmələ gəlməsini, formalaşma mexanizmlərinin öyrənilməsi və həmin dəyişikliklərin fərdlərin davranışında yaratdığı psixoloji dəyişiklikləri müəyyənləşdirmək olmuşdur. Tarda görǝ elementar münasibətlər arzuların ötürülməsinə cəhddir. Bu prosesdə o, əsas rolu təqlidə və təlqinə vermişdir. Cəmiyyət təqliddir, təqlid isə öz növbəsində irəli sürülən fərziyyədir. Təqlid və imitativ fəaliyyət hǝrǝkətverici və digər mədəni streotiplərin canlanması, təkrarlanmasından ibarətdir. Onun əsasını mədəniyyətə uşaq vaxtından yiyələnməni özündə əks etdirmə təşkil edir. Uşaq bu keyfiyyətlər əsasında dilə yiyələnir böyükləri yamsılayaraq mədəni vərdişlər əldə edir. Təqlid öyrənmənin və mədəniyyət ənənələrinin nəsildən nəslə ötürülməsinə əsas yaradır. Bütün yeniliklərə isə müəllif təqlid mexanizminin yaranmasına səbəb olan şəxsiyyət yaradıcılığı kimi baxırdı.
Q.Tard mədəniyyət dəyişiklik lərini dil (onun təkamülü, yaranması, linqvistik kəşflər), din (onun inkişafı, dünya dinlərinə qədər olan animizm və onun gələcəyi), və hisslər (ilk növbədə mədəniyyət tarixində sevgi və nifrət hisslərini) kimi hadisələrin əsasında təhlil etmişdir. Son istiqamət o dövrlərdə mədəniyyətin tədqiqi üçün yetərincə mükəmməl idi. Belə mədəniyyət adətlərinin tədqiqində özünəməxsus yeri vendenta (qan qisası) və milli nifrət fenomeni tutur.
Təbii ki, müəllifin fikirləri ilə razılaşmamaq olmur. Ancaq bir məqam qeyd olunmalıdır ki, dil, din və hislər mədəniyyətin formalaşmasının əsaslarını təşkil etsə də hər bir mədəniyyətin digər mədə niyyətə təsiri danılmazdır. Yəni <> mədəniyyət tapmaq və onu yalnız həmin məkan və zamanda formalaşdığını söyləmək psixoloji baxımdan çətindir.
Mədəniyyətdaxili münasibətlərin psixoloji izahında M.Midin apardığı tədqiqatlar mühüm rol oynamışdır. Onun elmi axtarışlarının əsasını ayrı-ayrı xalqların, etnik birliklərin şüurunu, təfəkkürünü, mədəniyyətini tədqiq etmək dururdu. Əslində o, xalqların mədəniyyətinin özünə məxsusluğu dedikdə insanların psixi hayatının qanunauyğunluqlarının həcmini, mədəni şərtlərini nəzərdə tuturdu. M.Mid xüsusi hazırlanmış metodikanın köməyi ilə müxtəlif mədəniyyətlərin şəxsiyyətin formalaşmasına təsirini öyrənməyə cəhd etmişdir. Sonda Mid belə nəticəyə gəldi ki, konkret mədəniyyətdə ictimai şüurun xarakteri bu mədəniyyət üçün açar rolunu oynayan tipik normalar və onların təsviri, ənənələrdə ifadəsi, adət və əxlaqda konkret mədəniy yətə xas olan milli xüsusiyyətlərlə müəyyən olunur.
Mədəniyyət anlayışını hərtərəfli şəkildə təhlil etməyə çalışan alimlərdən biri Z.Freyd hesab olunur. O, mədəniyyətin iki tərəfini fərqləndirirdi. Birincisi, mədəniyyət insanlar tərəfindən öz tələbatlarını ödəmək məqsədilə istifadə olunan nemətləri yaradan təbii qüvvələri əldə etmək üçün toplanılan biliklər və bacarıqlardır. İkincisi, buraya insan münasibətlərini qaydalaşdıran bütün institutlar daxildir (5,s.4).
Freydə görə mədəniyyət məcburiyyət və istəklərin boğulması əsasında qurulur və məlum deyil ki, məcburiyyət qadağalar götürülsə insan tələbatların ödənilməsi üçün vacib olan əməyin intensivliyini əvvəlki kimi saxlaya biləcəkmi. O, yazırdı: Mənə elə gəlir ki, bütün insanlarda destruktiv, yəni antiictimai və antimədəni tendensiyaların mövcudluğu və çox adamda bu tendensiyaların kifayət qǝdər güclü olması və buna görə də onların davranışını cəmiyyətdə rəhbər tutulmasının qeyri-mümkün olmasını daha çox nəzərə almaq lazımdır. (5 s. 5) Freydə görə bu psixoloji fakt insan mədəniyyətinin qiymətləndirilməsində həlledici əhəmiyyət kəsb edir.
Z.Freyd göstərir ki, bizim mədəni tələblərimiz həyatı insanların əksəriyyəti üçün həddən artıq ağır edir; bu problemlər gerçəklikdən uzaqlaşmağa və nevrozların əmələ gəlməsinə səbəb olur. (10, s.380). Bu kimi mülahizələrdən Freyd belə nəticə çıxardırdı ki, mənəvi tərəqqi və təşəkkül əslində insanı xoşbəxt etmir. Ona görə də mədəniyyətin tərəqqisi onun irəliyə doğru oriyentasiyası, mənəvi dəyərlər sisteminin təkmilləşməsini Freyd pesimizmə düçar edirdi. O, inanırdı ki, mədəniyyətin ən böyük mənfi təsiri psixikanı pozmasıdır. Freyd göstərirdi ki, psixi gərginliyin sistematik artması tendensiyası mədəniyyətin məqsədi ilə xoşbəxtliyin bir yerə sığışmadığını sübut edir. Freyd bu məsələ ilə bağlı yazır: <«
Ona görə ki, o, insandakı iki başlanğıcdan təbii və sosial varlığın vəhdətindən çıxış etməyi, dünyaya, insana və özünə arzunun ilazyor məntiqindən deyil, reallığın zərurətli strategiyasından yanaşmağı bacarır. Başqa sözlə, mənəvi cəhətdən təkmilləşmiş insan dünyaya və özünə münasibətini effektlərlə deyil, həqiqətlə müəyyənləşdirir. Bunu böyük çin filosofu Konfutsi çoxdan dərk etmişdir. O, yazırdı: «Əgər insanda tabiilik mədəniyyətə qalib gələrsə o vəhşiyə çevrilir: Əgər mədəniyyət təbiiliyə qalib gələrsə o alima, zəka sahibinə çevrilir. Ancaq mədəniyyət və təbiilik insanda bərabərləşirsə o xeyirxah insana çevrilir (5, s.83). Ümumibəşəri xoş bəxtlik məhz bu yolla- mənəvi təkmilləşmədə elmlə əxlaqın, insanla təbiətin, iradə ilə vicdanın vəhdə tindən əldə edilir. Lakin bu çətin və iztirablı yoldur. Çünki, o hər şeydən əvvəl, insanın özü üzərindəki qələbəsinin təmin edilməsini tələb edir. Bu isə fikrimizcə Freydin qeyd etdiyi kimi, barbarlığa qayıtmaqla deyil, mədəniyyət vəsivilizasiya vasitəsilə əldə edilir.
Freyd mədəniyyət haqqında nəzəriyyəsini "Mən" və "O" adlı əsərində sistemləşdirmişdir. (1923) Bura Freyd "həzz prinsipi"ni, fəaliyyətə təhrik edilən insanda ikinci polyar güc kimi Eros yönəlmədən ölümə olan şiddətli meyli əlavə edir. Bu psixoanalitik konsepsiyanı başa düşmək üçün bütövlükdə onun hakimiyyət üçün "mən", "O" və "Fövqəl Mən"in mübarizə apardığı həyata keçirilmiş şəxsiyyət modelinin olması vacibdir. "O" (id) - başqa elementlərin yerləşdi yi, şəxsiyyətin nüvəsi olan şüuraltı arzuların dərin qatıdır. "Mən" (eqo) - yüksək reallıq (mədəni və təbii) və insanın şüuraltı arzularının arasında yerləşən şüurlu sferadır. "Fövqǝl Mon" (Super eqo) - Vali deyn avtoriteti, qoyulan norma və mədəniyyətlərin istiqamətindən çıxış edən mənəvi senzura, zərurilikdir. «
Mədəniyyət fenomeni müxtəlif aspektlərdən tədqiq olunmuşdur. Belə yanaşmalardan biri də Q.Roxeynin adı ilə bağlıdır. Q.Roxeyn müxtəlif mədəniyyətlərin xüsusiyyətlərini öyrənmək üçün Mərkəzi Avstraliya, Norbanbiya adaları, Afrikada və ABŞ-ın cənub-qərbində olan abirogenlər arasında tədqiqatlar aparmışdır. Q.Roxeyn davamlı olaraq konkret etnoqrafik materialin interpretasiyası üçün Z.Freyd tərəfindən "Totem və Tabu" əsərində işlənilən prinsiplər dən istifadə edirdi. Praktik olaraq abirogenlərin bütün mifologiyasıdir". müxtəlif ritualları Q.Roxeym tǝrǝfindən dünyada anaya hakim olmaq müqabilində ata və oğul arasında baş verən tarixə qədərki böyük konflikt kimi izah edilmişdir. Onun təhlili özündə mədəniyyətin total psixoanalizinin nümunəsini cəmləşdirir.
Roxeynin mədəniyyət konsepsiyası hər şeydən əvvəl çoxalmaq hissi və cinsi həzz kimi başa düşülən Erosa əsaslanıb. İnsanda o, müxtəlif formalar alır. Bu insanda uzun sürən uşaqlığın, "yetişməmənin davam edən mərhələ"nin olması ilə əlaqəlidir. Roxeyn mədəniyyətin başa düşülməsinin açarını uşaqlığın öyrənmə prosesinin uzunmüddətliyində görürdü. İnsan doğulandan sonra uzun öyrənmə dövrünü keçir. İnsanın idarə olunan mədəniyyəti yaratması bilavasitə onun həmin prosesə yiyələnmə xüsusiyyəti ilə əlaqəlidir.
Roxeynin fikrincə, mədəniyyətdə mövcud olan iz uşağın doğulandan qorumağa, köməyə, dəstə ya olan təlabatına, "sevimli olmaq arzusuna" əsaslanır. Müəllifə görə mədəniyyət, insanların maddi dəyərlər vasitəsilə bir-birinə bağlılığın göstəricisidir. Q.Roxeym göstərir ki, mədəniyyət bütövlükdə sıxılmadan və destruktiv gücdən qoruyan "psixi qoruma sistemidir".
Mədəniyyətin təhlilinə mühüm yanaşmalardan biri də E. Fromun adı ilə bağlıdır. O, hesab edir ki, cəmiyyətin sosial strukturu ilə fərdin psixkası arasında əlaqə sosial xarakter daşıyır. Bu əlaqənin formalaşmasında qorxu hissi mühüm rol oynayır. Qorxu hissi insanın mövcud qaydalara uyğun gəlməyən fikirlərini və arzularını şüursuzluğa qovur.
Bu baxımdan da sosial xarakter tipləri özü-özünə qarşı laqeyd olan insa nın tarixi tipləri ilə üst-üstə düşür. Müasir cəmiyyətdə müxtəlif patologiya halları yadlaşma və bu zaman meydana gələn pozuntular la bağlıdır.
E.Fromm öz yanaşmasında mədəniyyət sistemində sosial və psixoloji amillərin qarşılıqlı təsirinin mexanizmilərini müəyyənləşdirməyə çalışmışdır. O, öz yanaşmasında iki anlayışa- desturuktivlik və azadlıqdan qaçışa xüsusi diqqət yetirmişdir. Froma görə desturuktivlik insanın cəmiyyətin normal mövcudiyyəti şəraitini dağıtmaya yönəlməsidir. Eyni zamanda o, əxlaqi davranışın və dağıdıcılığın əsasında duran keyfiyyətləri, onları şərtləndirən amilləri müəyyənləşdirməyə çalışır. Maraqlıdır ki, o, bütün bunların kökünü insan azadlığında axtarırdı. E.Frommun fikirlərinə münasibət bildirsək belə qənaətə gələ bilərik ki, mədəniyyət insan fərdiyyətini sıxışdırır, onun özündən qaçmağa təhrik edir.
Psixoloji tədqiqatlarda daha çox özünəməxsus xüsusiyyətləri ilə fərqlənən məqamlar olduqca çox dur. Bu baxımdan Karl Qustav Yunqun mədəniyyətin öyrənilməsində psixoanalitik istiqamətdə apardığı tədqiqatlar xüsusi maraq doğurur. Onun mədəniyyətin tədqiqi ilə bağlı olan analitik üsulu Freydin konsepsiyasından iki əsas elementina: panseksualizmdən imtinaya və "kollektiv şüursuzluq"a görə fərqlənir. Yunqun mədəniyyətin təhlilinə verdiyi töhvə digər psixoanalitiklərin mədəniyyətə
verdiyi töhvə ilə müqayisədə daha rəngarəng və mənalıdır. Onun fikrincə, yeni anadan doğulmuş uşaq heç də «tabula rassa» deyil. Uşaq yaşa dolduqca onun davranışının istiqamətlərini müəyyən edəcək anadangəlmə meyllər özünü göstərməyə başlayır. Belə meyilləri o, arxetiplər adlandırmışdır. Yunq arxetiplər dedikdə, obrazların, arzuların və davranış formalarının nəsildən-nəslə ötürülən, bununla belə insan şüurunda bilavasitə öz əksini tapan son dərəcə mürəkkəb əlaqələr həlqəsi başa düşülür. K.Yunqun fikrincə, arxetiplər bizim yaşadığımız sosial şəraitə, özümüzə, ünsiyyətdə oldu ğumuz adamlara, heyvani tələbatlarımıza münasibətimizi, kişiliyimizi və qadınlığımızı bildirir. Problemə bu aspektdən yanaşsaq aydın olur ki, həqiqətən də arxetiplər mədəniyyətin daşıyıcısı rolunda çıxış edir. K.Yunqun analitik nazariyyəsində daha çox işlənilən əsas məsələlər təfəkkür və mədəniyyətin əlaqəsi problemi, Qərbdə və Şərqdə mədəniyyətin inkişafı yolu, xalqın həyatında mədəni- tarixi və biolojinin rolunun öyrənilməsi, mədəniyyətdə mistik hadisələrin təhlili, miflərin, nağılların, yuxugörmələrin, rəvayətin mənalarının izahı ilə bağlı olmuşdur. Digər tədqiqatçılara nisbətən (Taylor Malinovskaya va b.) Yunqun mədəniyyət obrazı bütövlükdə daha irrasional va mistikdir. Yunq "təfəkkür və mədəniyyət" probleminin həlinə geniş yer vermişdir. Bu istiqamətdə o, "Psixologiya və din", "Psixologiya və Şərq" əsərlərini yazmışdır. Onun fikrincə, mədəniyyətdə iki tip məntiqi və intuitiv təfəkkür mövcuddur.
Yunqa görə ənənəvi cəmiyyətlərdə məntiqi təfəkkür zəif inkişaf edib. Burada təfəkkür təzahür edən fikirlərə görə yox, obrazlar axını şəklində həyata keçirilir. Intuitiv təfəkkür müasir sənaye mədəniyyətinin inkişafı üçün produktiv deyil, lakin o yaradıcılıq, mifologiya və din üçün əvəzsiz əhəmiyyətə malikdir (12, s.105).
Yunqun fikrincə introvert təfəkkür insan üçün şüur və kollektiv şüursuzluq arasında balans yaradılmasında əvəzsiz rol oynayır. Onun fikiri ilə razılaşaraq qeyd olunur. etmək istəyirik ki, insan psixikası özündə şüurlu və şüursuz olanın bərabərhüquqlu dinamik birliyini əks etdirir. Mərasim mədəniyyətlərində yuxugörmələrin, hallusinasiyaların, dinlərin və ekstatik halları təhlil edən Yunqun fikrincə onlar "kollektiv şüursuzluqla" əlaqə yaratmağa və şüur və şüursuzluğun balansını saxlamağa səbəb olurlar. Yunq öz tədqiqatlarında eynil transda olan insanda baş verən prosesləri, hadisələri öyrəndi. Onun fikrincə trans vəziyyəti zamanı insanda adi halda mövcud olmayan qabiliyyətlər yaranır və biliklərini nümayiş etdirir. Eyni faktları hələ Taylor "İbtidai mədəniyyət" əsərində təsvir etmişdir. Bu tədqiqatlarda Yunq öz uzaq qohumlarında olan adətləri təsnif etdi. Trans zamanı onlar bilmədiyi dildə danışır və detallı şəkildə 2-ci əsrdə olan qnostik - valentianların konsepsiyasını şərh edir. Müxtəlif mədəniyyətlərin reallığına aid olan verilən faktları yalnız Yunqun kollektiv şüursuzluqla kontakti qəbul eləyən arxeotip konsepsiya sına istinad edərək izah etmək olar. Yunqun analitik mədəniyyət konsepsiyası tədqiqatçılar tərəfin dən orijinal mədəniyyət nəzəriyyəsi kimi qəbul olunur.
Bütün bu qeyd edilənləri nəzərə alsaq, fikrimizcə, mədəniyyət şəxsiyyət aspektindən və sistem ya naşma baxımından təhlil olunmalı və problemə bu yanaşma əsas götürülməlidir. Çünki şəxsiyyət aspektindən mədəniyyət daha aydın və psixoloji baxımdan şərh edilə bilən fenomenə çevrilir.
Müəllif: AMEA-nın müxbir üzvü, prof. Əliyev B.H, psixol.e.n., elmi işçi Mustafayev M.H
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)