Şəxsiyyətin siyasi proseslərə təsirinin sosial-psixoloji məsələləri
Şəxsiyyətin siyasi proseslərə təsirinin sosial-psixoloji məsələlərini aydnlaşdırmaq üçün şəxsiyyət və siyasət məsələlərini tədqiq etmək lazımdır. Hər hansı siyasi hadisənin inkişaf dinamikasında şəxsiyyətin rolunun müəyyən edilməsi əslində siyasi hadisənin özü ilə bərabər şəxsiyyətin təbii imkanlarının da qiymətləndirilməsini tələb edir.
Tadqiqatçı alim Fredi Qrinstayn şəxsiyyət və siyasət məsələlərini tədqiq edərək yazır: "Şəxsiyyət və siyasətin qarşılıqlı təsir məsələsinin öyrənilməsi müasir dövrdə aktuallıq kəsb edir. Siyasi xadimlərin şəxsiyyəti, başqa cür deyilsə, şəxsi keyfiyyətləri siyasi hadisələrə müxtəlif və saysız-hesabsız yollarla təsir göstərir və bunun nəticəsi siyasi proseslərdə daha qabarıq şəkildə özünü biruzə vermiş olur."
Şəxsiyyətin siyasi proseslǝrǝ tasirinin sosial-psixoloji məsələlərini birmənalı şəkildə yalnız tarixi hadisələrlə, siyasi dəyişilmələrlə bağlamaq təbii ki, olmaz. Burada məsələnin iki tərəfinə xüsusi diqqət yetirmək lazımdır.
Əvvəla şəxsiyyətyətin siyasi proseslərə təsir etmək iqtidarında olması, ikincisi isa siyasi proseslərin baş verdiyi məkan və zaman. Çox zaman tədqiqatçılar belə bir müddəanı əsas götürürlər ki, əslində siyasi hadisələrin gedişinə şəxsiyyətin elə bir təsir imkanları yoxdur. Və ya hadisəlǝrin özü şəxsiyyətin ona təsirini stimullaşdırır. Başqa şəkildə deyilsə, şəxsiyyətlər olmadıqda belə bu və ya digər siyasi hadisanin, inqilabın baş verməsi mümkündür. <<Tarixi şəxsiyyətlər yaradır» müddəası əslində düzgün deyim deyil. Əlbəttə, bu fikirlərə münasibət bildirdikdə nəyin düz, nəyin səhv olması qǝnaətinə gəlmək olmaz. Bunun üçün dünya siyasi sferasında keyfiyyət dəyişiklikləri yaradan siyasi hadisələrin, tarixin məhvərini dəyişən siyasi hadisələrin kiçik detallarla təhlilinin aparılması vacibdir.
Fredi Qrinstayn hesab edir ki, şəxsiyyətin siyasi proseslərə təsiri mürəkkəb və əksər hallarda şərh edilməsi mümkün olmayan bir məsələdir. O, fikrini əsaslandırmaq üçün bir neça arqument gətirir. Bunlar aşağıdakılardır:
1. Siyasi liderlərin şəxsiyyəti heç də hər kəs üçün maraqlı deyil və xüsusi əhəmiyyət kəsb etmir. Belə ki, onların davranış modelinin, siyasi rollarının müqayisəsi ortaq məxrəcə gəlməyə imkan vermədiyindən, hesab etmək olar ki, onların şəxsiyyəti siyasi rol fonunda sanki "əriyir", yəni şəxsiyyət məsələsi arxa plana keçirilir.
2.Müəllif hesab edir ki, siyasi hərəkat şəxsiyyətdən daha çox sosial gerçəkliklə determinasiya olunub. Bu amillərə iqtisadi faktları daha çox aid etmək olur, nəinki, siyasi liderin şəxsi keyfiyyətlərini.
3. Şəxsiyyətin şəxsi-psixoloji keyfiyyətləri-emosiyalarla, nevrozlarla, daxili çirkinliklərlə eyniləşdirilir ki, bu da daha çox psixiatrlar üçün tədqiqat obyekti ola bilər.
4. Bu arqument əksər tədqiqat çılar tərəfindən dəstəklənir. Onların fikrincə, siyasi liderin şəxsi keyfiyyətləri ya az görünəndir, ya da siyasi davranış insanlara sosial xassələr-sinfi məqsədlər, milli dəyərlər və s. ilǝ determinasiya olunmuşdur.
5. Şəxsiyyət fenomeni siyasi element kimi əhəmiyyətli fenomen tək qəbul edilə bilməz. Belə ki, hətta onun tərəfindən qəbul edilmiş hər hansı siyasi hərəkət, təsir öz əhəmiyyətinə görə siyasi hadisələrin nəticələrinə təsir göstərə bilməz.
Bir sıra faktlar bu nöqteyi-nəzəri təsdiq etsə də ayrı-ayrı məqamlar bunu inkar edir. Xüsusən də şəxsiyyətin siyasi prosesdən ayrılması, ona yalnız psixoloji varlıq kimi yanaşılması fikrimizcə, qənaətbəxş sayıla bilməz. Demək olar ki, siyasi proseslər öz mahiyyəti etibarilə insan amilinin içərisində qərar tutur. İnsan amili olan yerdə isə psixoloji qanunauyğunluqlardan danışmamaq olmaz.
Başqa bir tərəfdən siyasi hadisələrin tarixi-psixoloji planda tǝhlili göstərir ki, şəxsiyyət amili siyasi proseslərin fövqündə durur. Bir sıra məqamlarda isə siyasi prosesin özü demək olar ki, şəxsiyyətin xüsusiyyətlərinə uyğun inkişaf edir.
Şəxsiyyətin siyasi proseslǝrǝ təsiri mexanizmi olduqca mürəkkǝbdir və burada bir sıra əsaslı dəyişikliklər baş verir. Bunlardan biri şəxsiyyətin fərdiləşməsidir. Tarixi prosesin gedişində şəxsiyyətin fərdiləşməsi prosesi güclənir.
Məlumdur ki, fərdiyyət anlayışı insanın özünəməxsusluğunu, təkrarolunmazlığını, orijinallığını ifadə etmək üçün istifadə olunur. Şəxsiyyətin fərdiləşməsi prosesi insanın özünəməxsus dəyərlərinin dərk olunması, onun davranışında reallaşdırması, ünsiyyətdə, görkəmdə öz təkrarolunmazlığının göstərilməsi, eləcə də kollektivdən, onun meyillərindən asılılığının azalması, muxtariyyət qazanılması prosesidir.
Tarixi inkişaf prosesində şəxsiyyət özünün ilkin kollektiv başlanğıcından tədricən uzaqlaşır və analoji olaraq fərdi inkişaf onun özünütəyininin vasitsinə çevrilir.
Şəxsiyyətin siyasi proseslərə və kollektivə təsirinin tarixi məqamlarını E.Fromm özünün tarixi-psixoloji konsepsiyasinda hərtərəfli şəkildə şərh etməyə çalışırdı.O, inanırdı ki, sosial tarix fərdiyyətin gətirir. inkişaf etməsi ilə, hər bir ayrıca insanın inkişaf tarixi ilə müşahidə olunur. Özünün "Azadlıqdan qaçış" kitabında E.Fromm fərdiləş məni tarixi inkişaf prosesində fərdin özünün ilkin əlaqələrinin itirilməsində, zəifləməsində görürdü.
E.Fromm fərdiləşmənin inkişafının iki tarixi-psixoloji aspektini göstərir: birinci aspekt şəxsiyyətin inkişafıdır, ikinci aspekt isə tənhalıq, dünyadan ayrilma, iki dünyalıq, başqalarından ayrılmadır ki, bu da insanda həyəcan və qorxu hissi yaradır. Nəticədə insan öz fərdi xüsusiyyətlərindən, fərdiləşmə prosesindən əl çəkməli olur və onda cəmiyyətlə bir olmaq arzusu yaranır.
İnsanlarda yaranmış şəxsi hǝyǝcan hissi qlobal tarixi hadisələrə, faciələrə gətirib çixarır. Məhz bupsixoloji əsasda E. Fromma görə kütləvi hərəkatlar, inqilabi təbəblüddatlar yaranır. Müəllifə görə alman faşizminin yaranması məhz bela bir psixoloji-tarixi prosesin nəticəsidir. İkinci bir yol daha məhsuldar olan yol şəxsiyyətin təbiətlə və insanlarla spontan ǝlaqələrinin qurulması ilə bağlıdır. Bu prosesdə fərdiyyət sıxışdırılır,lakin bütünlüklə darmadağın edilmir. İtaliya renessansının XX əsrdə yüksəlməsini müəllif buna misal gətirir.
Şəxsiyyətin siyasi proseslərə təsirinin mexanizmini müəyyǝnləşdirmək üçün təbii ki, şəxsiyyətin məhsuldar yaradıcı fəaliyyətini də qiymətləndirmək vacibdir.
İnsanın həyat və fəaliyyət potensialı hər şeydən əvvəl tarixi planda qiymətləndirilə bilər. Ancaq xalqın tarixi yaddaşı o kəslərdə daha çox özünü göstərir ki, onlar tarixi hadisələrə siyasi proseslərə real təsir göstərmiş, mədəniyyətin və cəmiyyətin inkişafı üçün öz potensialından istifadə etmişdir. Qəhrəman, böyük düha, tarixi şəxsiyyətlər probleminə psixoloji baxış demək olar ki, onların yaradıcı fəaliyyətinin məhsuldar siyasətinin psixoloji şərtlərinin müəyyənləşdirilməsi ilə məhdudlaşır. Deməli, burada məsələni bir qədər genişləndirmək, yalnız xoloji deyil, həm də tarixi-psixoloji aspektdən yanaşmaq və məsələni bu səpgidə öyrənmək lazımdır.Şəxsiyyətin siyasi proseslǝrǝ, tarixi hadisələrə təsirini çox vaxt ikili məzmunda səciyyələndirirlər. Yəni şəxsiyyət həmin proseslərə təsir göstərdiyi kimi cəmiyyət də şəxsiyyətə, onun fərdiyyətinin təzahürünə hərtərəfli təsir göstərir.
Tarixi şəraitin şəxsiyyətin formalaşmasına təsiri tarixi-psixoloji tədqiqatların hərəkətverici qüvvəsi kimi çıxış edir. Təbii ki, bu zaman şəxsiyyət tarixi prosesin obyekti kimi çıxış edir. Yəni şəxsiyyətə siyasi, iqtisadi, hüquqi, əxlaqi təsirlər onun tarixi inkişaf prosesində formalaşmasında, fərdiyyətinin təzahüründə əsaslı amil kimi diqqət mərkəzinə gətirilir.
Şəxsiyyətin tarixi özünəməxsusluğunun psixoloji tədqiqi özündə bir sıra prinsipial aspektləri əks etdirir:
1. Tarixi şəxsiyyət tipinin formalaşmasının əsas amillərinin səciyyəsi. Bunun üçün tarixi şəxsiyyət tipinin formalaşmasının qanunauyğunluqlarını, o cümlədən, sosializasiyasının tarixi şərtlərini tədqiq etmək lazımdır. Deyək ki, bir tarixi şəraitdə sosializasiyaya təsir göstərən amil, digər şərait üçün məqbul sayıla bilməz. Çünki, tarixi situasiya, hadisələrinin inkişaf dinamikası mürəkkəbləşdikcə, şəxsiyyətin tarixilik kəsb etməsi də fərdiləşir.
2. Konkret tarixi şəraitdə şəxsiyyət komponentlərinin təşəkkülünün əsas meyillərinin, tendensiyalarının xarakteristikası. Bu prinsipi reallaşdırmaq, şəxsiyyətin sosializasiyasının psixoloji effektlərini və burada dominantlıq kəsb edən sosializasiyanın psixoloji mexanizmindən asılılığını tədqiq etmək zəruridir.
3. Şəxsiyyətin tarixi tipinin psixoloji portretinin yaradılması. Qeyd etdiyimiz prinsipi reallaşdırmaq üçün psixoloji xüsusiyyətlərin özünəməxsus simptom komplekslərin özünəməxsusluğunu xarakterizə edən cəhətlərini ayırd etmək vacibdir.
Şübhəsiz ki, şəxsiyyətin siyasi proseslǝrǝ, tarixi hadisələrə təsirinin mexanizmində şəxsiyyətin sosiallaşması və konkret tarixi situasiyanın sosializiyası mühüm rol oynayır. Ancaq bununla belə, hətta bu mexanizmin özünün tam şəkildə açılması da məsələnin bütünlüklə həllinə rəvac verə bilməz. Çünki tarixi hadisələrin özü psixoloji effektə malik olur.Qərb və Amerika psixologiyasında şəxsiyyət və onun siyasi proseslərə təsiri məsələləri Z.Freydin konsepsiyasından qaynaqlanır. Burada əks əlaqənin mexanizmi, yəni şəxsiyyətin formalaşmasında siyasi hadisələrin rolu travmatik təsirlərdə axtarılır. Tarixi hadisələrin kütləyə, şəxsiyyətə təsiri" məsələləri Z.Freydin "Mousey və monoteizm" əsərində öz əksini tapmışdır. Bu konsepsiyaya istinad edən V.Zenger cəmiyyətin psixologiyasında baş verən hadisələrin kökünün elə cəmiyyətdən gəldiyini xüsusi qeyd edir. Sosial hǝrǝkatların və kütləvi ixtişaşların kökünün tarixi-psixoloji səbəblərdən axtarılması ideyası, tarixi hadisələrin psixoloji effekta malik olması qənaətinin əsasını qoydu.
Şəxsiyyətin siyasi hadisələrə təsiri mexanizmi hər şeydən əvvəl həmin təsirin hansı formada həyata keçirilməsi, eləcə də təsirə məruz qalmanın psixoloji mexanizminin tarixi-psixoloji aspektləri K.Yunqun konsepsiyasında özünəməxsus şəkildə şərh olunmuşdur. Tarixi hadisələr, tarixi dəyişmələr Yunqa görə şüursuzluq sferasında baş verən fəallığın nəticəsində mürəkkəbləşmiş psixoloji situasiyadır. "Real dəyişmələr Yunq izah edir ki, insanın öz daxili aləmindən başlamışdır və bu adam bizlərdən hər hansımız ola bilərik.
Ədəbiyyat:
1. Əliyev B.H. Siyasi psixologiyada ümummilli lider problemi. Psixologiya jurnalı. 2004, №1. s.3-10
2.Mehdiyev R.Ə. Azərbaycanın inkişaf dialektikası. Bakı-2000, s.286 3.Mehdiyev R.Ə. XXI əsrdə milli dövlətçilik. Bakı-2000
4.Зубкова Е.Ю Лидеры и судьбы Георгия Маленкова Полис, 1991, №5, c.47
5.Херман М.Г. Составные части лидерства М. 1990, с. 30
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)