1983- cü ildə iki təbiət müəllimi Levin və Levayn yerli qəzetlərdə elan verərək elm mərkəzi yaratmaq istədiklərini dedilər. Bu ideya cəmi 50 nəfər tərəfindən müzakirə olunub, qəbul edildi. Yerli şirkətlər tərəfindən yığılan iyanə sayəsində həvəskarlar şəhərdən kənarda torpaq sahəsi almağı bacardılar. Təcrübəli memar Bob Leders tam təmənnasız halda binanın proyektini hazırladı. Çarlz Trautman bu layihəyə icraçı direktor seçilərək tikinti üçün lazım olan materialları bağışladı. Elm mərkəzinin tikiləcəyi yerdə köhnə nasos stansiyasını sökmək lazım gəlirdi. Kornell Universitetinin tələbələri könüllü olaraq burda işlədilər və iki gün ərzində 200 ton tullantını ərazidən kənarlaşdırdılar. Digər tərəfdən də adi şəhər sakinləri - həkimlər, fəhlələr, dülgərlər, professorlar, tələbələr işə girişdilər və tikintiyə kömək etməyə başladılar. Təcrübəlilər pilləkənləri düzəldir, kafelləri düzürdülər. Təcrübəsizlər ilə taxtaları boyayır, materialları daşıyırdı. Amma hər kəs gündə 10 saat işləyirdi. İşləyən 2200 şəhər sakininin 10 faizi qısamüddətli cəza almış məhkumlar idi. Onlar həbsdə boş oturmaqdansa, şəhərləri üçün bir şey etməyi üstün tutmuşdular. Nəticədə, dünyada ilk dəfə şəhər sakinləri tərəfindən tikilmiş İtaka Elm Muzeyi hazır idi. Bu muzeydə indi də çox möhtəşəm və görənləri elmə sürükləyəcək eksponatlar var.
Levin və Levayn hələ də könüllü şəkildə bu muzeydə işləyirlər. Onlar bütün dünyaya göstərdilər ki, əl - ələ verərək sıfır imkanlarla böyük işlər görmək mümkündür. Yetər ki, ilk addım atılsın və yetər ki, birlikdə olaq. Dünyanı daha gözəl bir yer halına gətirə bilərik. Bunu etməliyik. Çünki, nəhəng kosmosda -ətrafı təhlükələrlə dolu bir sahədə olan bu mavi nöqtə, bu planet bizim evimizdir.
Fuad Əsədov
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva
- Elnur Rüstəmov Məcnun (Fəlsəfə üzrə fəlsəfə doktoru)