"Bəzi insanlar səhv etməkdən dəli kimi qorxurlar".

Bəzi insanlar səhv etməkdən dəli kimi qorxurlar. Səhv edəndə də depressiyaya düşür və stress keçirirlər. Amma əslində, səhv etmək pis bir şey deyil. Bizə qazanc gətirən bir hal olmaqla yanaşı, həm də təbii bir haldır. Bəs bunu necə görmək olar? Çox sadə. Səhvinizin həyatınızı əlinizdən almadığını özünüzə xatırladın. Hələ də yaşayacaqsınız, səhvinizi düzəldəcəksiniz və özünüzü inkişaf etdirəcəksiniz. Hətta etdiyiniz səhv ucbatından insanlar sizə pis yanaşsa belə, yenə də özünüzü təkmilləşdirə və yeri gələndə sizi qüsurlarınızla qəbul edəcək adam tapa bilərsiniz. İnsan olduğunuzu və səhv etmə haqqına sahib olduğunuzu unutmayın. Bu halda özünüzü inkişaf etdirmə şansınız artır. Amma səhv etməkdən qorxsanız gördüyünüz iş üstündə həddindən çox effort sərf edəcəksiniz və stress yaşayacaqsınız. Nəticədə, səhv edəndə həvəsdən düşəcək, depressiya yaşayacaq və irəli gedə bilməyəcəksiniz. Hətta, işi möhtəşəm bir şəkildə sonlandırsanız belə, işin sonunda çox yorğun və əldən düşmüş olacaqsınız. Ona görə də səhv etmə ehtimalını gözə alaraq və qəbul edərək rahatlayın.
Psixologiya Elmi-Tədqiqat İnstitunun psixoloqu, Fuad Əsədov

"