“Milli Məclisdə psixoloji yardımı haqqında qanun layihəsinin müzakirə edilməsi çox vacib, düzgün addımdır”. Bunu APA-ya Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.
Gəray Gəraybəyli psixologiyanın çox mürəkkəb və incə sahə olduğunu qeyd edərək, bir sözün insan psixologiyasına çox ağır zərbə vura bildiyini deyib: “Psixologiya son illər dünyada dəbdə olan istiqamətdədir. Müəyyən insanlar onu kommersiya, pul qazanmaq üçün istifadə edirlər. Əgər insana hansısa səhv dərman verilərsə, onu sonradan müəyyən etmək olur. Ancaq psixoloqun səhvini tutmaq mümkün deyil. İnsanlar elə bilirlər ki, kiminləsə danışmaq , həyatı barədə sual vermək psixoloji problemin həll edilməsi deməkdir. Xeyr, elə deyil. Ona görə də mən bu qanuna böyük ümid bəsləyirəm. Çünki yeni qanun bir çox məsələləri rəsmiləşdirməlidir. Psixoloqun təhsili olmalıdır, hansısa digər ixtisası qurtarmaq, 3 aylıq kurs keçəndən sonra psixoloq olmaq, ofis açmaq, 3-5 dəfə televiziyada çıxış edərək özünü reklam etmək psixoloji yardım deyil. Ona görə də psixoloji yardım da dövlət nəzarətində olmalıdır”.
metbuat.az
Redaksiya heyəti
- Gülnarə Kazım qızı Qurbanova (psixologiya elmləri doktoru, professor)
- Mehmet Engin Deniz (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Turan Akbaş (psixologiya elmləri doktoru, professor, Türkiyə)
- Andrey İvanoviç Xudyakov ( psixologiya elmləri doktoru, professor, Rusiya Federasiyası)
- Rəna Həmid qızı Qədirova ( psixologiya elmləri doktoru, professor)
- Rəna Fuad qızı İbrahimbəyova (psixologiya üzrə fəlsəfə doktoru, professor)
- Rəşid Vəkil oğlu Cabbarov (psixologiya üzrə fəlsəfə doktoru, dosent)
- Müşviq Hüseyn oğlu Mustafayev ( psixologiya üzrə fəlsəfə doktoru, məsul katib)
- Bəxtiyar Həmzə oğlu Əliyev (AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor) - Baş redaktor
- Səməd İsmayıl oğlu Seyidov (psixologiya elmləri doktoru, professor) - Baş redaktorun müavini
- Hikmət Əbdül oğlu Əlizadə( pedaqoji elmlər doktoru, professor)
- Kamilə Ramiz qızı Əliyeva ( psixologiya elmləri doktoru, professor)
- Ramiz İbrahim oğlu Əliyev (psixologiya elmləri doktoru, professor)
- Elnarə İbrahim qızı Şəfiyeva