Beynimizin üz tanıma istedadı

Beynimiz üzləri tanımada qeyri-adi bir istedada sahibdir. Çünki, görmə korteksimizin böyük bir bölümü üzləri tanımağa ixtisaslaşıbdı. Beynimiz bu işdə o qədər peşəkarlaşıb ki, bu gün iki nöqtə bir mötərizə ilə gülüş ifadəsini simvolizə edə bilir. Əslində, bu qabiliyyətimiz təkamül boyunca bizim həyatda qalmağımız üçün formalaşmışdır. Təsəvvür edin ki, üzləri oxuya bilmə qabiliyyətiniz yoxdur və ancaq informasiyanı söz vasitəsilə ala bilirsiniz. Bu halda bir adam gəlib sizə “narahat olma, amma bilməlisən ki, üstümüzə canavar sürüsü gəlir” demək istəsə deyə bilməz, çünki cümləni bitirmədən canavarlar hər ikinizin dadına baxacaq. Amma siz ətrafdakı digər insanların üzündəki qorxunu sezsəniz artıq biləcəksiniz ki, nəsə təhlükə var. Bu halda ya savaşacaqsınız, ya da qaçacaqsınız.

Fuad Əsədov


"