Dostlarınızı yaxın saxlayın ki, ömür boyu kortizol səviyyəniz aşağı olsun

Dostlarınızı yaxın saxlayın ki, ömür boyu kortizol səviyyəniz aşağı olsun

Tarix: 30 iyun 2021

Mənbə: Beckman Qabaqcıl Elm və Texnologiya İnstitutu

Xülasə: Disiplinlərarası komanda müəyyən etmişdir ki, yaşlı yetkin qadınlar gənc həmkarlarına nisbətən yad insanlarla daha effektiv söhbət edirlər;  əlavə olaraq, qadın dostlarla ünsiyyət, qadınların ömrü boyu stress hormonu səviyyəsini azaldır.

Məqalə:

Insanlar daim iş və zövq üçün ünsiyyətdədirlər. Məsələn, yığıncağa rəhbərlik etmək və ya çoxdandı danışmadığınız dostunuza zəng etmək kimi.

Bizim sosiallaşma meylimiz ömür boyu davam edir və bu  yeniyetmələrin və böyüklərin həyatında eyni dərəcədə qabarıq şəkildə özünü göstərir. Bu yaxınlarda aparılan bir araşdırma, müxtəlif yaş qruplarının ünsiyyət qurma üsullarında əsas fərqləri, həmçinin zamanın sınağına tab gətirən bir danışıq komponentini müəyyən etdi: dostluq. Xüsusilə də qadınlar arasındakı dostluq.

Keçmiş Beckman İnstitutunun post doktorant  tədqiqatçıları Mişel Rodriges və Si On Yoonun rəhbərlik etdiyi komanda, həmsöhbətlərin yaşının və bir-biri ilə tanışlığının, söhbətə necə təsir etdiyini qiymətləndirərək, qarşılıqlı əlaqənin ümumi effektivliyini və nəticədə yaranan stress reaksiyalarını nəzərdən keçirdi.

Onların araşdırması “Dostlar nə üçündür? Gənc və yaşlı qadınlar arasında dostluğun stress səviyyəsi ilə əlaqəsi” adlanırdı və bu araşdırma 2021-ci ilin may ayında “Journal of Women and Aging” jurnalında dərc edilib.

Bu araşdırma 2 fərziyyə əsasında irəli sürülmüşdü:

Birincisi, “mübarizə et ya da qaç” ilə bağlı idi. Hansı ki, Rodriges bu haqda “Qadınlar stressə cavab olaraq alternativ mexanizm inkişaf etdirdilər. Stresslə mübarizə aparmaq üçün qadınlar qadın həmyaşıdları ilə dostluq edə bilərlər.” Demişdir.

İkincisi isə “Sosial-emosional seçicilik” fərziyyəsi idi. Yani insanlar yaşlandıqca və daha intim, yüksək keyfiyyətli dostluq dairələri ardınca getdikcə sosial “budama” edir, çevrəsindəki insanları seçərək azaldır.

Disiplinlərarası komanda hər iki nəzəriyyəni vahid sorğuda birləşdirdi: Qadınların ömrü boyu “meyl etmək və dostluq etmək” meylləri, eləcə də sosial seçim, onların ünsiyyətində necə əks olunur?

Onlar sınaq üçün 32 qadın götürürlər: 16sı 62-79 yaş arası, 16sı isə 18-25 yaş  arası idi. Və hər bir iştirakçı ya tanışla  ya da bir qəriblə- tanımadıqları birisi ilə qoşalaşmışdı. Qruplar bir sıra danışıq və ünsiyyət testlərindən keçir.

Bu testlər hər bir söhbətin effektivliyini ölçməyə kömək etdi: danışıq zamanı daha az sözdən istifadə edən tərəfdaşlar daha səmərəli, tapşırığı yerinə yetirmək üçün daha çox sözə ehtiyacı olan cütlər isə daha az səmərəli hesab edilirdi.

Tədqiqatçılar müəyyən ediblər ki, gənc yetkin cütlüklər(18-25 yaş) tanış partnyorlarla daha səmərəli ünsiyyət qursalar da, tanış olmayan tərəfdaşlarla daha az səmərəli ünsiyyət qururlar; Alternativ olaraq, yaşlı böyüklər (62-79 yaş) həm dostlarla, həm də yad adamlarla tez ünsiyyətə girərək yaxşı danışıq bacarığı nümayiş etdirdilər.

Əslində tədqiqatçılar bu nəticəni gözləmirdilər. Rodriges bu vəziyyəti, “Yaşlı böyüklər onlar üçün əhəmiyyət kəsb edən insanlarla daha çox vaxt keçirməyi seçsələr də, aydındır ki, onlar tanımadığı insanlarla ünsiyyət qurmaq üçün sosial bacarıqlara malikdirlər” kimi izah etdi.

Rodriges komandası, test prosesi boyunca iştirakçıların stress səviyyələrini ölçmək və müqayisə etmək üçün tüpürcək kortizolunu da ölçdü.

“Stressli bir şeylə qarşılaşdığınız zaman, lazım olduğu kimi işləyən bir stressə cavab sisteminiz varsa, nəticədə əsas stress hormonumuz olan kortizolun miqdarı yüksəlir və bu da bədənimizə, qan dövranımıza, qlükozanı buraxmağı əmr edir. Bu, təcrübəmizdən təxminən 15-20 dəqiqə sonra tüpürcəyimizdə əks olunur. Əgər bir insanın ilkin səviyyəsindən tüpürcək kortizolunda artım müşahidə etsək, bu, onların əvvəlki ölçmələr zamanı olduğundan daha çox stress keçirdiklərini göstərir.”

Hər iki yaş qrupunda tanış tərəfdaşlarla işləyənlərin kortizol səviyyəsi tanımadığı tərəfdaşlarla işləyənlərə nisbətən davamlı olaraq aşağı idi.

●Tədqiqatın son nəticəsi kimi Rodriges demişdir ki,

“Məktəb və dostluq fərziyyəsi ilə bağlı bir çox tədqiqat yalnız gənc qadınlara yönəlib, buna görə də bu nəticələrin həyatın sonuna qədər davam etdirilməsi əladır.” Və “Dostluğun bütün ömrü boyu eyni təsirə malik olduğunu görə bilərik. Tanış tərəfdaşlar və dostluq stressi aradan qaldırır”.


References:

●https://www.sciencedaily.com/releases/2021/06/210630173629.htm


"