Mədəniyyət və təfəkkür probleminin bəzi məsələlərinin tədqiqinə dair

Mədəniyyət və təfəkkür problemi həmişə aktual bir məsələ kimi müxtəlif elm sahələrini tədqiqatçılarının diqqətini cəlb etmişdir. Bu aktuallıq hər şeydən öncə, mədəniyyətin təfəkkürdən, yoxsa təfəkkürün mədəniyyətdən qaynaqlanmasına dair sualların cavablandırılması zərurətindən yaranmışdır.
Müxtəlif xalqların mədəniyyətin də inteqrasiya prosesindən qaynaqlanan oxşar cəhətlərlə yanaşı həmin mədəniyyətə məxsus fərqli əlamətlər özünü göstərir. Bu fərqli əlamətlər istər-istəməz onların dünyagörüşün də, düşüncə tərzində, hadisələri qiymətləndirməsində, təfəkkür tərzində və s.təzahür edir. Bəs görəsən müxtəlif mədəniyyətə malik insanların təfəkkür tərzində özünü göstərən fərqli məqamların psixoloji mexanizmi nədən ibarətdir? Bu fərqlər birbaşa mədəniyyətdənmi qaynaqlanır? Yoxsa təfəkkür tərzi bu fərqləri ortaya qoyur? Onun psixoloji mexanizmi necədir? Qeyd olunan suallara cavb verilməsi təfəkkür və mədəniyyətin qarşılıqlı əlaqəsinin araşdırılmasından çox asılıdır. 

Məlumdur ki, bütün insanların təfəkkürü ümumi qanunauyğunluqlarla cǝrǝyan etsə də, onların özünəməxsus fərdi xüsusiyyətləri və tipləri mövcuddur ki, bu da təfəkkürün məzmununda, inkişaf səviyyəsində və təzahür xüsusiyyətlərində özünü göstərir. Hər bir insanın təfəkkürünün təşəkkülünə və formalaşmasına onun keçdiyi şəxsi həyat yolu, aldığı təlim-tərbiyə və yaşadığı mədəniyyətin xüsusiyyətləri də əhəmiyyətli dərəcədə təsir göstərir. Bu baxımdan mədəniyyətin təfəkkürə, təfəkkürün isə müyyən mənada mədəniyyətə təsiri danılmazdır. Qeyd olunmalıdır ki, mədəniyyət və təfəkkür probleminin qarşılıqlı əlaqəsi müxtəlif elmlər tərəfindən araşdırılır. Aparılmış tədqiqatlar göstərir ki, mədəniyyət və təfəkkür problemi həm humanitar, həm də sosial elmlər sahəsində müxtəlif istiqamətlərdən təhlil olunmuşdur. Problemə həsr olunmuş tədqiqatlar göstərir ki, müxtəlif mədəniyyətin daşıyıcıları olan xalqların nümayəndələrinin təfəkkürünün inkişafında differensasiya olunmuş cəhətlər mövcuddur. Ancaq bu fərqli cəhətlərin bilavasitə təfəkkürdən qaynaqlanması məsələsi birtərəfli səciyyə daşıyır. Ümumiyyətlə mədəniyyət və təfəkkür problemi istər ümumfəlsəfi yanaşmalarda, istərsədə ümumpsixoloji tədqiqatlarda müxtəlif aspektlərdən tədqiq olunmuşdur. Burada daha çox diqqət bu iki sistemin mədəniyyət və təfəkkürün müstəqil elementlərinin öyrənilməsinə yönəlmişdir. Ümumpsixoloji tədqiqatlarda təfəkkür, fǝl- sofi tədqiqatlarda isə mədəniyyət anlayışı tədqiq olunmuşdur. Bununla yanaşı problemə həsr olunmuş tədqiqatlar demək olar ki, bir-birini tamamlamır. Paradoksal hallar, ziddiyyətli məqamlar olduqca çoxdur.
Mədəniyyətin və təfəkkürün öyrənilməsinə çox saylı tədqiqatlar hasr edilsədə, onlar içərisində H.Spenserin müddəaları daha çox diqqəti cəlb edir. Mədəniyyətin və təfəkkürün qarşılıqlı əlaqəsini müəyyənləşdirməyə çalışan H.Spenser hesab edirdi ki, təcrübənin mənimsənilməsi, eləcə də irsən ötürülən müəyyən psixoloji keyfiyyətlər nəticəsində insanlar fərqli düşüncəyə malik olurlar (5, s.52).
Bu baxımdan H.Spenserin yanaşmasında inkişafın aşağı səviyyəsində olan xalqların təfəkkürü, onu tədqiq etmək üçün istifadə edilən metodlar və onların əqli qabiliyyətinin ierarxiyasının necə yaradılması xüsusi maraq doğurur. Spenser qeyd edir ki, insanların təfəkürünü öyrənmək üçün onların təkamül prosesinin necə baş verdiyni təhlil etmək lazımdır. O, bunun üçün iki mərhələləli metod təklif etmişdir(5, s.52).
Əvvəlcə o, deduktiv olaraq intellektin ontogenezdə təkamülünün əsas cizgilərini qeyd etmiş və daha sonra səyahətçilərin təsnif etdiyi faktlara əsaslanaraq bu məsələlərin təhlilini verməyə cəhd göstərmişdir. Qeyd edilənlərlə yanaşı Spenserin tədqiqatlarında irsi hesab edilan davranışda özünü göstərən mürəkkəb çətinliklərin mədəniyyət vasitəsilə keçən təcrübə nəticəsində yarandığı haqqında çoxlu praktik nümunələr mövcuddur. Məs: Fransada böyüyən yapon uşağı fransız dilində danışır və s. Deməli, müəyyən mədəniyyətə məxsus insanların hansı mühitdə böyüməsindən asılı olaraq fərdin təfəkkürünə təsir göstərir.Burada fərdi-psixoloji xüsusiyyətləri də nəzərə almaq çox vacibdir. Təbii ki, H.Spenserin fikirlərinə hər hansı münasibət bildirmək olduqca çətindir. Diğǝr tərəfdən isə hadisələrə belə sinergetik yanaşma yeni məsələ deyil. Belə yanaşma tərzləri fəlsəfədə yetərincədir. Lakin psixoloji hadisələri yalnız bioloji və ya təbii seçmə ilə izah etmək fikrimizcə metodoloji baxımdan birtərəflilik olardı. Təfəkkür və mədəniyyətin qarşılıqlı əlaqəsini araşdırarkən kütlə ilə mədəniyyət probleminin tədqiqi həmişə ön planda olmuşdur. Kütlə ilə mədəniyyətin fərqləndirilməsi məsə lasi F.Boasın tədqiqatlarında da özünü qabarıq şəkildə göstərmişdir. Müəllif göstərirdi ki, cəmiyyət ilə mədəniyyəti eyniləşdirməyə heç bir əsas yoxdur. Onun bu fikirləri ilə bir çox tədqiqatçılar da razılaşırlar. Eyni kütlǝyǝ aid olan insanlar (eyni kütlənin daxilində olan) müxtəlif mədəniyyətlərə malik ola bilərlər. Bu baxımdan F.Boas hesab edirdi ki, əslində insanların mədəniyyətini, ənənələrini və əxlaqını öyrənmək üçün onla- rin psixologiyası haqqında məlu- matlar əldə etmək zəruridir. F.Boas hər bir mədəniyyətə tarixi və psixo- loji baxımdan tam sistem kimi baxır və bu sistemin qarşılıqlı hissələrdən təşkil olunduğunu qeyd edirdi. Qeyd olunan fikirlərlə razılaşmamaq olmur. Lakin bu yanaşmada da mədə niyyətlə təfəkkürün qarşılıqlı əlaqəsi tam açılmır. XIX əsrin sonu XX əsrin əvvəllərində fransız sosioloqları Kontun, Dürkheymin və başqa müəlliflərin işlərində qeyd etdiyimiz bu məsələlǝrǝ toxunulsa da, sosioloq L. Bryulun bu istiqamətdə apardığı tədqiqatlar daha çox diqqəti cəlb edir. L.Bryul belə bir fikir irəli sürürdü ki, fərdin təfəkkürünü tədqiq etmək üçün onun aid olduğu mədəniyyəti təhlil etmək lazımdır. O, hesab edirdi ki, istənilən mədəniyyəti onun haqqında olan baxışların məcmusuna görə və ya fərdlər qrupuna malik olan fikri prosesləri təyin edən "kollektiv təsəvvürlər" əsasında öyrənmək mümkündür (7, s.37). Bu baxımdan L.Levi-Bryul güman edirdi ki, müxtəlif etnik birliklərin xüsusiyyətləri təfəkkürün tiplərində öz əksini tapmışdır. L.Bryulun əsas ideyası ondan ibarət idi ki, ayrı-ayrı insanların təfəkkürünə kollektiv təsir güclüdür və bu əksər hallarda dominantlıq təşkil edir. O, göstərir ki, müxtəlif mədəniyyətlərə malik insanların psixikası uzunmüddətli təkamül prosesi ilə şərtləndiyindən ibtidai insanın məntiqi müasir insanın təfəkküründən əsaslı şəkildə fərqlənir və bu özünü mövcud hadisələrə münasibətdə, onların qiymətləndirilməsində büruzə verir. Müəllifin fikrincə normal avropalının kollektiv təsəvvürləri üç əsas ǝlamətə əsaslanır: intellektuallıq, hǝrǝkət və emosionallıq. Levi Bryul yazırdı: ibtidai təfəkkür "məntiqsiz" və şüuraltıdır, lakin bizim təfəkkürümüzdə olduğu kimi ziddiyyətlərdən uzaq deyil (7.s.55). Bu baxışlar amerikan alimləri tərəfindən, xüsusən də F.Boas tǝrǝfindən qəbul olunmurdu. Mədəniyyət və kütlə arasındakı fərqi öyrənməyə çalışan F.Baos, L.Bryulun və başqalarının istifadə etdiyi metodları inkar edirdi. O, müxtəlif mədəniyyət nümayəndələrinin təfəkkür prosesləri arasında fərqlərin olduğunu "sübut" etməyə cəhd göstərdi. Mövcud tǝdqiqatların inkarı üçün müəllif iki məsələyə xüsusi diqqət yetirirdi.
Əvvəla, Baos mənbə kimi istifadə olunan bəzi etnoqrafik işlərin düzgünlüyünə şübhə ilə yanaşırdı.
İkincisi, Baos hər hansı bir xalqın adətləri, qayda-qanunları əsasında onun təfəkkür prosesləri haqqında fikir söyləməyi düzgün hesab etmirdi. O, yazırdı: «Əgər amerikanlıların cəmiyyətdə olan adətlərinə, ənənələrinə, qayda-qanunlarına, onların məntiqi təfəkkürü haqqında fikir söyləmək üçün əsas kimi baxsaq, onda nəticə çox acınacaqlı olar» (5,s.67). Bu o deməkdir ki, əslində mədəni dəyərlər heç də təfəkkürün istiqamətlərini müəyyən etmir.
Müasir antropoloqlar problemə birtərəfli yanaşdığına görə L.Bryulu tənqid edirdilər. Bryulun işində daha çox nəzərə çarpan nöqsanlı cəhət onun etnoqrafik mənbələrdən istifadə etməsidir. Hər bir antropoloqa məlumdur ki, istənilən nəzəriyyəni irəli sürmək və etnoqrafik ədəbiyyatda onu təsdiq edən fikirlər tapmaq olar. İstənilən nəzəri baxışlar digər tədqiqatlarda təsdiqini tapana qədər sadəcə irəli sürülmüş fərziyyə olaraq qalır. Bir sıra psixoloqlar da Bryulun bu ideyasına qarşı çıxmışlar. Məhşur gestalt psixoloq Keler mistik təfəkkür haqqında Bryulun qeyd etdiyi bəzi fikirlərə əks fikir söyləmişdir. Keler qeyd etmişdir ki, ilk fikirlər həqiqətən də insanların dünyaya təbii elmlər prizmasından baxmağa öyrəndiyi müasir mədəniyyətdəki fikirlərə nisbətən reallığa daha yaxın ola bilər. Ancaq bu hələ Bruyulin fikirlərini təsdiq etmir. İngilis psixoloqu F.Bartlett L.Bryulun başlıca səhvini ibtidai təfəkkürlə elmi təfəkkürü müqayisə etməsində görür. Bartlett qeyd etmişdir ki, əgər adi insanları ibtidai və müasir cəmiyyətlər konteksində müqayisə etsək onların təfəkkür proseslərində bir sıra ümumiliklər tapmaq olar. O, yazırdı: "Psixoloqların əsas səhvi ondan ibarətdir ki, ibtidai insanı düzgün xarakterizə etmirlər. Müasir normal insanın səviyyəsində isə hər şeyin mümkün olması tezisini irəli sürürlər... əgər praktik dünyamızda ilk insanın yemək axtarışı zamanı etdiyi icadlara, həyatını təhlükədən qorumaq üçün praktik bacarığının inkişafına nəzər salsaq məlum olur ki, o da bizim müasir insan kimi təcrübə vasitəsilə öyrənməyə nail olmuşdur. Bundan əlavə bu istiqa mətdə o təcrübəni bizim qazandığımız kimi qazanmışdır(5,s.72). Müxtəlif mədəniyyətlər arasındakı fərqləri tədqiq etməyə çalışan M.Mid də mədəniyyət və təfəkkür problemlə rini təhlil etməyə çalışmışdır. O, bəşər tarixində müxtəlif mədəniyyət tiplərini ayırd etmiş və qarşılıqlı münasibətləri bu baxımdan təhlil etmişdir.
İnkişafın təbii proses olduğunu nəzərə alsaq onda mədəniyyət və təfəkkür tərzi arasında spesifik qarşılıqlı əlaqənin olduğunu qeyd etmək olar. Görəsən nəyə görə bir mədəniyyətdə inkişaf öz yetərli mərhələsinə çatır digərində yox? Bu suallara cavabın verilməsi mədəniyyət və təfəkkürün qarşılıqlı əlaqəsini açmağa kömək edir.
Kognitiv prosesləri tədqiqat obyekti seçǝn Amerikan psixoloqu C.Bruner bu istiqamətdə apardığı tədqiqatlarda mədəniyyət və təfəkkür prosesləri arasında əlaqə yaratmağa cəhd etmişdir. Brunerlə razılaşaraq qeyd etmək olar ki, intellekt mədəniyyətin yalnız texniki aləti kimi yox, həm də simvolik sistem kimi yanaşıldığı, əsas mədəniyyətin "alətindən seçilmiş interiorizasiyaların nəticəsidir. Qeyd etmək lazımdır ki, mədəniyyətlər bir-birindən malik olduqları alətlərinə və onlarla necə davranmağı öyrədən sosial institutlarına görə fərqlənirlər. Öyrənmə prosesini tamamilə spesifik formada idarə edən məktəblər institutlara uğurlu proseslərin inkişafında daha önəmli rol oynayan məfhum kimi baxırlar. Məktəblərdə öyrənmə praktik fəaliyyətdən ayrı formada keçirilir, dil analitik məqsədlərin ümumi kontekstləri və yeni aləti yazılı dili yaradan uğurlu proseslərin daxilində işlənilir. Brunerǝ görə belə olduqda məktəb abstrakt təfəkkürü tərbiyə edir.
Bütün bunlarla yanaşı C.Bruner eyni zamanda mədəniyyətin kollektivə, yaxud fərdə yönəlməsini idraki inkişafı şərtləndirən amillərdən biri hesab edirdi. O, öz tədqiqatlarında göstərirdi ki, fərdi yönəlmə müasir mədəniyyətə, kollektiv yönəlmə isə ənənəvi mədəniyyətə xasdır. Müəllif hesab edir ki, istər fərdi, istər kollektiv yönəlmənin seçilməsində əsas amil ilkin hərəkətlərinin izah edilməsidir.
Bruner öz tədqiqatlarını antropoloji tədqiqatlar əsasında deyil, müxtəlif mədəniyyətlər arasında keçirilən psixoloji tədqiqatların nəticəsində əldə etmişdir. Seneqalda uolf qəbilələri arasında keçirdiyi tədqiqatlarda o, göstərdi ki, anlayışın formalaşması ilə əlaqəli olan uolf məktəblilərinin nəticələri onların məktəbdə oxumamış eyni qəbilələrinin nəticələrinə nisbətən Boston məktəbində təhsil alan məktəblilərin göstəricilərinin orta səviyyəsinə daha yaxındır. Yəni burada mədəniyyətin təsir imkanları bir o qədər də yüksək deyildir. Mədəniyyət və təfəkkür probleminin tədqiqatçılarından sayılan fransız L.Stross fordi va idrakdan aslı olmayan həyat və təfəkkür strukturlarını təhlil edərək göstərirdi ki, mədəniyyət insanların həyat tərzinin mühüm komponenti kimi müxtəlif milli birliklərdə toplanmış oxşar, eyni əlamət və xüsusiyyətlərə sahib olmaqdır. L.Stros bununla bağlı yeni humanizm nəzəriyyəsini irəli sürmüşdür. Bu yanaşmanın əsas məqsədi müxtəlif etnik birliklər arasında ümumi cəhətlərin olduğunu üzə çıxartmaq idi (5,s.198).
Bir sıra tədqiqatçıların fikrincə Ənənəvi cəmiyyətdə və sənaye cǝmiyyətində təsəvvürlər sistemi və ilkin mədəni şərtləri bir-birindən fərqlənə bilər. Onlar eyni məntiqi proseslərə malikdir və səbəb nəticə arasındakı əlaqəni izah etməyə yönəlib. Analitik olaraq təsnifat və anlayış bir-birlərindən obyektlərinə və eyni zamanda qruplaşdırmada istifadə olunmuş əlamətlərə görə fərqləndirilə bilər. Bununla belə aparılmış bütün təsnifatlar abstraktlığın və ümumiləşdirmənin köməkliyi ilə qurulub. Bu baxımdan struktur ya naşmanın əsas cizgilərini fransız antropoloqu Klyud Levi - Strossun tədqiqatlarında görmək mümkündür. Bütün bunlara baxmayaraq Levi Stross təfəkkürün inkişafının aşağı və yuxarı mərhələlərinin mövcud olmasını inkar edirdi. Eyni zamanda o, belə hesab edir ki, ağlın funksiyası bütün mədəniyyətlərdə və bütün tarixi epoxlarda eynidir. Təfəkkürün ilkin və müasir elmi sistemləri sadəcə olaraq insanların rasional olaraq böldüyü fərqli strategiyalara malikdir. Hər iki strategiya dünya haqqında ümumi biliklər almağa yönəlib, onlardan hər ikisi informasiyaların sistemləşdirilməsini və təsnif edilməsini tənzim edir, hər ikisi məntiqi davamlı sistemlər yaradır. Bǝs onların arasındakı fərq nədən ibarətdir? Levi-Stross belə hesab edir ki, fərqlərin əsasında təfəkkürdə istifadə olunan materiallar durur. Təsnifatın primitiv sistemləri vasitəli olaraq obyektlərin görünən və hiss olunan keyfiyyətlərinə əsaslanır. Təsnifatın primitiv sistemi üçün elementlər sisteminin real qəbul olunmuş xüsusiyyətlərinin əsasında təsnif olunub. Ona görə də bunlar cəmiyyətin konkret təcrübəsinə görə təsnif olunublar (5,s.199). Mədəniyyət elementlərin spesifikliyi bir çox faktorlarla şərtlənir. L. Stross mədəniyyət müxtəlifliyini təfəkkür tərzindəki dəyişikliklə yanaşı xalqların qonşularından fərqlənməsi ilə bağlayırdı (5,s.37). Görkəmli psixoloq K. Yunqun analitik nəzəriyyəsində də təfəkkür və mədəniyyətin əlaqəsi problemi, Qərbdə və Şərqdə mədəniyyətin inkişafı yolu, xalqın həyatında mədəni-tarixi  və biolojinin rolunun öyrənilməsi, mədəniyyətdə mistik hadisələrin təhlili, miflərin, nağılların, yuxugörmələrin, rəvayətin mənalarının izahı ilə bağlı olmuşdur. Digər tədqiqatçılara nisbətən (Taylor Malinovskaya və b.) Yunqun mədəniyyət obrazı bütövlükdə daha irrasional və mistikdir. Onun fikri ilə razılaşaraq qeyd etməliyik ki, mədəniyyətdə bir-birindən fərqlənən iki təfəkkür tipi-məntiqi və intuitiv təfəkkür mövcuddur.
K. Yunqa görə, ənənəvi cəmiyyətlərdə məntiqi təfəkkür zəif inkişaf edib. Burada təfəkkür təzahür edən fikirlərə görə yox, obrazların axını şəklində həyata keçirilir. Intuitiv təfəkkür müasir sənaye mədəniyyətinin inkişafı üçün produktiv deyil, lakin o yaradıcılıq, mifologiya və din üçün əvəzsiz əhəmiyyətə malikdir. 
Yunqun fikrincə, introvert təfǝkkür insan üçün şüur və kollektiv şüursuzluq arasında balans yaradılmasında əvəzsiz rol oynayır. Onun fikiri ilə razılaşaraq qeyd etmək istəyirik ki, insan psixikası özündə şüurlu və şüursuz olanın bərabərhüquqlu dinamik birliyini əks etdirir. Mərasim mədəniyyətlərində yuxugörmələrin, hallusinasiyaların, dinlərin və ekstatik halları təhlil edən Yunqun fikrincə onlar "kollektiv şüursuzluqla əlaqə yaratmağa və şüur və şüursuzluğun balansını saxlamağa səbəb olurlar. Mədəniyyət və təfəkkür problemindən danışarkən Jan Piacenin uşaq təfəkkürünün tədqiqinə həsr olunmuş tədqiqtalara istinad etməmək olmaz. Özünü genetik strukturalizmin banisi adlandıran Piaje uşağın intellektual inkişaf nəzəriyyəsi ilə çox məhşurdur. Bu nəzəriyyə ilə razılaşaraq qeyd etmək lazımdır ki, ətraf aləm ilə uşağın qarşılıqlı əlaqə si nəticəsində təfəkkür proseslərini idarə edən məntiqi strukturların daimi formalaşdırılması gedir. Bu strukturların xüsusiyyətləri və onların yaranma prosesini Piaje universal hesab edirdi. Onun fikrincə bu, eyni bioloji geno malik olan insan orqanizminin adaptasiya prosesinin nəticəsidir (akkomadasiya və assimlasiya).
Özünün əvvəlki işlərində Piaje mədəniyyətin yaşdan asılı olaraq inkişaf etdiyini fikirləşdiyi üçün inkişaf prosesinin tezləşməsi və ya ləngiməsində mədəniyyətin rolunu qeyd etmişdir. Bu yaş dövrləri müxtəlif mədəniyyətlərdə mədəniyyətin təcrübəsi üçün uşağa verilən tapşırıqların müxtəlifliyindən və uşaqların sosial qarşılıqlı təsirin müxtəlif tiplərinə malik olmasından asılıdır. Piaje İranda və başqa ölkǝlərdə kənd və şəhər uşaqları arasında olan inkişafdakı fərqi ya "sosial qarşılıqlı təsirin ümumi xüsusiyyətləri" ya da təcrübənin yetərsizliyi kimi izah edirdi. Son zamanlar Piaje belə qərara gəlmişdir ki, inkişafın "son" mərhələsi avropa uşaqlarında 12-15 yaşında yaranması və yaranmaması da mümkün olan və ya bir və ya bir neçə texniki və peşəkar fəaliyyətin təşkil olunan təcrübəsinə malik olan fərdlərin mədəniyyətində az miqdarda təşkil olunmuş formada rast gəlinən formal təklif olunmuş təfəkkür mərhələsidir(8,s.65).
Piaje qeyd etmişdir ki, L.Strossun cavab verə bilmədiyi böyük insan larda mövcud olan təfəkkür haqqın da suallara aydınlıq gətirmək üçün külli miqdarda mədəniyyətlərarası əsaslı məlumatlara malik olmaq lazımdır. Piajenin uşağın intellektual inkişafı haqqında olan məhşur nəzəriyyəsi bir çox mədəniyyətlərarası tədqiqatlar ortaya qoydu.
Keçmiş Sovet psixologiyasında xüsusilə də L.S. Viqotski, Luriya, Seçenovun və başqalarının təfsirində təfəkkür və mədəniyyət problemi öz əksini tapsa da, onların əsərlərində bu problemin həllinə cəhd göstərilməsinə rast gəlinmir. Başqa bir tərəfdən isə bu tədqiqatçılar təfəkkür və mədəniyyəti ümumpsixoloji konteksdən öyrənməyə və təlim-tərbiyə prosesinə tətbiq etməyə çalışmışlar.
Bütün deyilənlərdən belə qǝnatə gəlmək olar ki, təfəkkür və mədəniyyət arasında qarşılıqlı əlaqə labüddür və bu labüdlük mədəniyyətin təsiri ilə şəxsiyyətdə formalaşan kognitiv proseslərin fonunda daha qabarıq görünür. Hesab edirik ki, hər bir insan yaşadığı cəmiyyətin xüsusiyyətlərini özündə aks etdirməklə yanaşı, bir növ sosial təcrübənin daşıyıcısına və təqdimedicisinə çevrilir. Başqa cür desək, təfəkkür və mədəniyyət integrativ sistem kimi şəxsiyyətin tələbatlarının gerçǝkləşdiyi vahid məkan rolunu oynayır. 

Ədəbiyyat:
1. Əliyev B. H. Ekologiya və etnopsixologiya //Dirçalis XXI əsr. 2001, №1-2, s. 181-184 
2. Əliyev B.H. Şəxsiyyət probleminə yeni baxış //Elm XXI əsrin astanasında elmi-praktik konfransın materialları. Bakı: 1998, s.3 
3. Выготский Л.С. Психология искусства: Мн.: Современное сло- ВО, 1998

4. Гуревич П.С. Культрология. M.:, 1996.

5. Коул М., Скринбер С. Культура и мышление. М.: , 1977.
6. Коул М. Культурно-историческая психология . М.: , 1997.
7. Леви-Брюль Л. Сверхьестесвенное и первобытном мышлении.M.: 1994.
8. Пиаже Ж. Избранные психологические труды М.: 1969.

Müəllif: AMEA-nın müxbir üzvü, professor Əliyev B.H, psixologiya üzrə fəlsəfə doktoru Mustafayev M.H.

"