Nevrozun etiologiyasına psixoanalitik yanaşma

Açar sözlər: nevroz, etiologiya, psixoanaliz, panseksualizm, libido
Nevrozları əmələ gətirən amilləri nəzərdən keçirərkən, onları başlıca olaraq üç qrupa bölmək mümkündür. Klinik qanunauyğunluqlarla heç də həmişə uzlaşmayan bu bölgü daha çox nəzəri mülahizələrdən ibarətdir: 1) Əsasını irsi meyllik təşkil edən konstitusional amillər nəzəriyyəsi. Bu nəzəriyyənin tərəfdarları Fransa alimi V.A.Morelin (1865) irəli sürdüyü degenerasiya haqqında elmi baxışlara əsaslanan irsi amilləri ön plana çəkirlər. Psixogeniyalara isə ikinci dərəcəli amil kimi yanaşırlar.
2) Mühitin zərərli təsirlərini ön plana çəkməklə, konstitusional-şəxsi keyfiyyətləri ikinci dərəcəli hesab edən amillərin nəzərdə tutduğu ekzogen-pato- genetik amillər nəzəriyyəsi; 3) XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmış, qərb aləmində daha geniş yayılmış, Z.Freydin şüuraltı sahənin təsvirinə əsaslanan subyektiv-idealistik nəzəriyyəsidir.
Freydə görə bütün nevrotik hallar, ələlxüsus sarışan hallar, mənşə etibarilə sek-sual amillərlə əlaqədardır. Uşaq yaşlarında tərbiyə qanunlarının təsiri altında seksual meyllərin sıxışdırılaraq şüurdan kənara çıxarılması, iz qoymadan yox olmur. Uşağın düşüncəsinin dərin qatlarında özünə yer tapan bu emosiyalar qapalı nevrotik komplekslər şəklində yaşayır və əlverişli şərait (patogenetik, patoplastik) yaranarsa aktuallaşaraq nevroz əlamətlərinə çevrilir. Psixoanalitik nəzəriyyənin tərəfdarları Freydə istinadən qeyd edirlər ki, nevrotik halların meydana çıxması üçün üç mənbədən gələn enerjinin güclənməsi tələb olunur. Həmin enerji mənbələri bunlardır: a) xarici mühitdən gələn enerji-real həyacan;
b) şüuraltı qatdan gələn enerji-nevrotik
həyacan; c) supereqo ilə əlaqədar ya- ranan mənəvi həyacan. Uşaq yaşlarında keçirilən mənəvi sarsıntıların uzun illər keçdikdən sonra “oyanmasıda” da psixoanalitiklərin müzakirə mövzu- larındandır [1, s.463-464].
Z.Freyd nevrozların meydana çıx- masında naməlum səbəblərə deyil, konkret etioloji amillərə əhəmiyyət verməyə üstünlük verirdi. O qeyd edirdi ki, nevroz kimi qəbul edilən xəstəliklərin əksəriyyətinin sırf psixolo- ji səbəbləri vardır. Buna görə də, o, nevrozların bir çox variantını, məsələn, isteriyanı, həyəcan reaksiyalarını və sarışan halları psixonevrozlar adlan- dırmağı təklif etmişdi. Bir qədər sonra qərb mütəxəs-sisləri bütün nevrozları psixonevrozlar adlandırmağa başladılar. Nevrozların meydana çıxmasında şəxsiyyətin roluna da xüsusi əhəmiyyət verilirdi. Elə həmin illərdən işlədilən “nevrotik xarakter” anlayışı Freydin təşəbbüsü ilə meydana çıxmışdır [1, s.449].
Z.Freyd şəxsiyyətin anatomiyasına üş əsas strukturu əlavə edib: İd, eqo və Supereqo. İd sferası tamamilə dərk olunmayıb və bununla yanaşı eqo, supereqo idrakın hər üç mərhələsində fəaliyyət göstərir. Ęüur üç şəxsi strukruru əhatə edir və bunun əsas hissəsini İddə formalaşan impulslar təşkil edir. Freydə görə İd şəxsiyyətin bəsit, anadangəlmə instinklərinin aspektlərini ifadə edir. O bizim davranışımızı
enerji ilə dolduran şüursuz və instinktiv bioloji meyillərlə sıx əlaqədə olmaqla fəaliyyət göstərir. İd –nə isə qaranlıq (tünd) və qaydalara tabe olmayan bir şeydir. O bütün bioloji həyatın ilkin prinsipini ifadə etməklə bioloji meyillərin icra olunmasını şərtləndirən psi- xoloji enerjinin təxirsiz boşaldılmasıdır (xüsusilə seksual və aqressiv). Sonda onların özünü saxlayıb boşalma tapmaması şəxsi fəaliyyətdə stressin yaranmasına gətirib çıxarır hansı ki, nevrozların etiologiyasinda əsas yer tutur. Psixoanaliz başqa psixoloji metodlardan fərqli olaraq, şüurun xəstəliyinin səbəblərini bədəndə və ya başqa bir sferada deyil, şüurun gizli, naməlum alt qatında – şüursuzluqda tapırdı. Əslində, şüurun iztirabları, həm də nəinki şüurun, bütün bədənin iztirabları şüurun alt qatından gəldiyinə görə psixoanaliz eyni zamanda psixoso- matika kimi dəyərləndirilə bilər. Bişüur şüurun xəstəliyinin mənbəyidir, ona görə də şüurun müalicəsi bişüurun simptom şəklində görünən iddialarının aradan qaldırılması şəklində aparıla bilər. Başqa sözlə, bişüur öz iddialarını elə simptomlar şəklində üzə çıxarır ki, onlar orqanizmdə psixopatoloji anomaliyalar törədir. Psixi xəstəni müalicə etmək həmin simptomları aradan götürmək deməkdir. Psixi xəstəliyə bu cür yanaşma tamamiə yeni bir strategiyadır ki, Freyd onu psixoanaliz adı altında təqdim etdi [3,s.540]. Freyd öz nəzəriyyəsini panseksu- alizm prinsipi üzərində qurmuşdu. Ona görə seks insanın xasiyyətini, hərəkət və fəaliyyətini, ümumiyyətlə, bütün varlığını müəyyən edən bir amildir. “Seksual tələbatın ödənilməməsi əsəb- psixi xəstəliklərin yaranmasında baş- lıca rol oynayır.” – deyirdi. Yeri gəlmişkən qeyd etməliyik ki, seksual sferanın xəstəliklərin törənməsində rolu barədə fikir yeni deyildir. Bu haqda görkəmli rus fizioloqu İ.M.Seçenov Freyddən xeyli əvvəl öz mülahizələrini söyləmişdir. İ.M.Seçenov göstərmişdir ki, hər 10 qadından 9-unda seksual ehtiraslarla cinsi münasibətin yarıt- mazlığı arasındakı ziddiyyət nəticəsin- də nevrotik halların əmələ gəlməsi mümkündür.
Freydin bütün əsərlərinin üzərindən qırmızı xətlə belə bir fikir keçir: insanların ruhi-əsəb xəstəliklərinə tutul- masının yeganə səbəbi ictimai qanunlarla cinsi instinktlər arasında baş verən ziddiyyətdir [1, s. 90].
Freydə görə nevrozun səbəbi şüuraltındakı istəyimiz ilə bu istəyin şüurda yerinə yetirilməsi arasında konflikt yarandıqda baş verir. O, qeyd edirdi ki, nevroz iki əsas komponentin birləşməsindən baş verir. 1) Libido fiksasiyasına əsasən nəsildən gələn xüsusiyyətlər; 2) Təsadüfi, həyatda qazanılan travmalar;
Nevrozlar “mən” və “id” arasındakı konfliktə əsasən baş verir. Bunun da
nə-ticəsində özünüsaxlama və libido- nun istəyi arasında mübarizə baş verir. Nevrozla o zaman xəstələnirlər ki, li- bidonun tələbatları yerinə yetirilmir və beləliklə nevrozun simptomları konpensator rolunda çıxış edir. Nev- rozun simptomları bir növ libido tərəfindən diktə olunur. Xəstələnmə “mən”-in libidonu idarə edə bilmədi- yindən yaranır. Umumilikdə nevrozun “şərtlər”-inə daxildir:
1. “Məcburi özünü təcrid etmə”
2. Libidonun fiksasiyası
3. Konfliktliyə meyillilik [4, s.356]. Freyd qeyd edirdi ki, keçmiş sosial təcrübə məhəbbət və seksual müna- sibətləri cəmiyyətin tabular sisteminə daxil etmək-onları sıxışdırmaqla in- sana, onun psixi-kasının təbii halına zərər gətirmiş, onun gərginləşməsinə səbəb olmuşdur. Nəticədə nevrozlar inkişaf etmiş, psixi gərginlik artmışdır. Bu vəziyyəti yumşaltmaq üçün, onun fikrincə, əsl maarifçilik işi aparılmalı- dır. Seksual tələblərin ödənilməməsi ümumbəşəri fəlakət, müharibələr, qırğın, sosial konfliktlər törədə, umu- miyyətlə bəşəri-mövcudluğu qorxu altına ata bilər. Əxlaq və tərbiyənin, bu və ya digər elmi və ya fəlsəfi dün- yagörüşünün irəli sürdüyü idealların, məqsədlərin həyata keçirilməsi seksual həyatın düzgün qurulmasından çox asılıdır. Freyd izah edirdi ki, seksual həyat yaş məhdudiyyəti bilmir. Uşaq ana döşündən həm qida, həm də seksual təlabatı ödəmə obyekti kimi isti- fadə edir; əmmə onun üçün ən vacib şeydir, “çünki o bu aktla eyni zamanda iki mühüm təlabat ödəyir”; “Ana döşündən əmmək bütün seksual həyatın çıxış momentinə çevrilir”. Buna görə də “biz ananı ilk məhəbbət obyekti adlandırırıq”. Əlbəttə, infantil seksual tələbatı o, patologiya hesab edirdi, çünki sağlam seksual tələbat ancaq nəsil artırmaqla əlaqədar olur. Bununla belə Freyd əmin idi ki, ailədə, ümumiyyətlə həyatda sağlam münasi- bətlərin, mehriban ünsiyyət və dav- ranışın formalaşmasında, nevrozların və digər psixi xəstəliklərin əmələ gəlməsində seksual tələbat mühüm rol oynayır. Ailədəki təəssüratlar, “hər cür nevrozun nüvə kompleksidir.”; normallıq və anormallıq, əsəbilik və təmkinlilik məhz bununla əlaqədardır; ən güclü nevroz, ən güclü, ən sadist patoloji seksual təəşşüqlərin nəticəsi- dir”. “Uşaqda nə varsa, onu seksual həyat adlandırmaq olar. Freydin “birin- ci qida, ikinci cinsi tələbat” konsep- siyası qərb aləmində məşhurdur. Uşağın həyatında iki ən vacib arzusu vardır; aclıq və erotik hisslərini ödə- mək. Freydə görə uşaq üçün aclıq və məhəbbət arasında heç bir fərq yoxdur. Hər ikisi paralel gedən proseslərdir. Uşaq böyü-dükcə tədricən reallıq prin- sipi öz hökmünü göstərməyə başlayır. Uşağı razılıq prinsipinin tələb etdiyi kimi hərəkət etməkdən çəkindirirlər, bəzi qadağalar qoymağa başlayırlar. Daha doğrusu, real həyatın tələbinə uyğun hərəkət etməyə (çılpaq gəz- məyə, barmağını sormağa qoymurlar və s.) məcbur edirlər. Reallıq prinsipi razılıq prinsipi mübarizəyə girişir, konfliktlər düyünü yaranmağa başla- yır.Valideynlər adətən uşaqları seksual mövzulardan çəkindirməyə, onlardan yan keçməyə çalışırlar. Lakin onlar bilmirlər ki, “uşaqda əzəl başdan sek- sual həyat olur”, o, qadağan norma və ya ayıblıq tanımır. Uşaq həyatının ikinci ilində əks cinsli valideynlərinə qarşı sevgi hissi göstərməyə başlayır. Bu andan etibarən hər bir uşağın psi- xikasında “ Edip çarının faciəsi” baş- layır. Rəvayətə görə “Edip çarının faciəsində” amansız taleyin hökmü ilə Edip atasını öldürür və anası ilə evlənir. Bu faciənin uşağın psixikasın- da yaranmasını Freyd Edip kompleksi adlandırmışdır. Edip kompleksinin qız variantı Elektra kompleksi adlanır. Bunun mahiyyəti odur ki, oğlan uşağı öz anasına, qız uşağı isə atasına qarşı təmiz sevgi ehtirası göstərməyə başla- yır. Oğlan uşağı həm atasına paxıllıq edir, eyni zamanda özünü atasına oxşadır, onunla özünü eyniləşdirir, onu sevir, həm də atasına ölüm arzu- layır “balaca qızcığaz” isə anada onun atasına qarşı olan incə duyğularına maneçilik törədən şəxs görür”, ; bu halda ata qıza, ana oğula üstünlük verir, qız anada öz arzusunu məhdudlaşdıran qüvvə tapır, ata isə oğulun seksual arzusunun təzahürünə, vaxtın- dan əvvəl zövq almasına mane olur. Seksual təəşşüqlərin təbiiliyilə hesab- laşmayan cəmiyyət uşaqları bundan çəkindirməyə, bununla da seksual vücudu aseksual vücuda çevirməyə çalışır. Bunu Freyd təbiətə – instinkt- lərə qarşı cəhd ağılsızlıq hesab edirdi. Məhz bu xurafatı yəni seksual təəş- şüqləri boğmaq cəhdini Freyd ümum- bəşəri bədbəxtliyin, hər cür nevrozun və psixi xəstəliklərin səbəbi hesab edirdi. Freydin təsəvvürlərindən xə- bərdar olan gənc ailələr təntənəli su- rətdə söz verdilər ki, onlar uşaqlarının seksual tərbiyəsinə xüsusi diqqət yetirəcək, hər hansı çətinliyə rast gəl- sələr dərhal Freydə müraciət edəcəklər. Normal inkişaf edən 4 yaşlı Hans adlı bir uşaqda nevrotik vəziyyət əmələ gəlir. Uşağın valideynləri Freydə müraciət edib, kömək etməsini xahiş edirlər. Freyd Hansın valideynlərinə məsləhət görür ki, onlar uşağa tam sərbəstlik versinlər, belə ki, uşaq fikrinə gələn bütün ifadələri söyləsin. Bir müddət keçdikdən sonra uşağın atdan qorxduğu məlum olur. Uşaq söyləyir ki, kiminsə atdan yıxılmasını görmüş, nevroz halı da bundan sonra yaranmışdır. Freyd bu hadisəni belə izah etmişdir. Edip kompleksinə görə uşaq öz anasına cinsi həvəs göstərdi- yindən atasının ölməyini arzulayır. Ancaq buna gücü çatmadığından daxili gərginlik keçirməyə məcbur olur. Hans atasını atla eyniləşdirir və ona elə gə- lir ki, atası onu anasına məhəbbət göstərməsinə görə axtalayacaqdır. Ona görə atdan qorxma hissi (Freydə görə at atanın simvoludur) meydana çıx- mışdır. Uşaq arzu edir ki, atası da at kimi yıxılıb məhv olsun. Eyni za- manda bunu istəmir, çünki atasını se- vir, özünü ona bənzətməyə çalışır [3, s.117-124].
Ęübhəsiz ki, Edip kompleksi nev- rotiklərə əziyyət verən ən mühüm mənbələrdən biri kimi (günahın dərk edilməsi) götürülə bilər. Freyd 1913- cü ildə dinlərin və insan əxlaqının əmələ gəlməsi ilə bağlı tədqiqatlarını daxil etdiyi “Totem və tabu” əsərində günah- karlıq hissinin dərk edilməsində, əxlaq və dinin yaranma mənbəyində Edip kompleksinin əsas rol oynadığını qeyd edirdi. Ana sevgi obyektinə çevrilərkən uşaqda artıq onu özünün seksual məq- sədlərinin hansısa hissəsindən məhrum edən psixoloji sıxışdırma işə düşür. Ananın sevgi obyekti kimi seçilməsi həmçinin nevrozların psixoanalitik təhlilində mühüm rol oynayan Edip kompleksinə aid etdiyimiz xüsusiyyət- lərlə əlaqədardır. Bəzən elə valideynlər də olur ki, uşaqda Edip ustanovkası- nın əmələ gəlməsinə aparıcı təsir edirlər. Belə ki, bəzən ata bir neçə övladının içində qızına üstünlük verir, ana isə öz oğlunu ayırır. Ailədə digər uşaqların dünyaya gəlməsi ilə Edip kompleksi ailəvi kompleksə qədər genişlənir. Bu zaman yenidən eqoistik hisslərə əsaslanaraq o, ailəyə yeni ba- cı və qardaşın gəlməsinə mənfi müna- sibət bəsləyir və onları kənarlaşdırmaq haqqında düşünür. Bu hisslərini uşaqlar daha tez-tez sözlə ifadə edirlər, nəinki, artıq mövcud olan valideyn kom- pleksini.Təzə doğulan uşaqla ondan əvvəlki bir müddət qətiyyən barışmaq istəmir, çünki o qorxur ki, yeni uşaq onun məhəbbət obyektini ondan qopar- sın. Əgər o dövrdə uşağın arzusu yerinə yetirsə, yəni, balaca ailə üzvü vəfat edirsə və yaxud başqa səbəblər üzündən ailədən kənarlaşırsa bu, uşağın həyatında mühüm yaşantı olsa da o, bunu sıxışdıraraq hafizəsində həkk etməyə də bilər. Yeni uşağın dünyaya gəlməsilə böyük uşaq arxa plana keçir. İlk dövrlər isə o, anasından tamamilə təcrid olunmasını ona çox çətinliklə bağışlayır. Bu zaman onda bizim böyüklərdə dərin sərhədləşmə adlandırdığımız bir hiss əmələ gəlir və bu hiss uzunmüddətli yadlaşmaya da səbəb ola bilər. Uşağı bilavasitə müşahidə etməkdən, nevozdan əziyyət çəkən böyüklərin analitik tədqiqi zamanı bu fenomen haqqında daha geniş məlumat almaq mümkündür. Analizin nəticələri göstərir ki, hər bir nevrotik özü Edip və yaxud kompleksə reaksiya kimi Hamlet rolunda çıxış edir. Ęübhəsiz ki, Edip kompleksinin analitik təsviri uşaq dövründə olan eskizin şişirdilmiş və kobud formasıdır. Edip kompleksinin formalarının anal- itik müəyyən olunması kimi çıxış edən klinik fakt çox böyük praktik əhəmiyyətə malikdir. Cinsi yetişkənlik dövrundən başlayaraq individ özünün bütün fəaliyyətini valideynlərindən uzaqlaşmağa həsr etməlidir. Yalnız bu problemin həllindən sonra o, uşaq- lıqdan sosial tamın üzvlüyünə keçid ala bilər. Oğlan uşağı üçün əsas məsələ anasına qarşı olan libidoz arzularını anasından uzaqlaşdırmaq, onları yeni real sevgi obyektinin seçilməsinə istiqamətləndirmək, əgər ata ilə hələ də rəqabət aparırsa, onunla barışmaq və yaxud da öz üsyanının nəticəsi olaraq atanın tabeliyinə düşərsə həmin təzyiqdən qurtarmaqdır. Əslində bu məsələ bütün insanların qarşısında durur. Lakin çox nadir hallarda bu məsələ özünün psixoloji və sosial münasibətlər zəminində ideal həllini tapır. Nevrotiklər üçün bu məsələ, ümumiyyətlə, həll olunmamış qalır; oğul öz libidosunu anasından ayıraraq başqa seksual obyektin üzərinə köçürə bilmir və bütün həyatı boyu ata av- toriteti qarşısında tənzim edir. Müvafiq dəyişikliklər edilmək şərtilə eyni şərait uşağa da aid edilə bilər. Bu baxımdan qeyd edə bilərik ki, Edip kompleksi nevrozların nüvəsini təşkil edir. Freyd qeyd edirdi ki, Edip kompleksi ”ümu- miyyətlə bütün insanlara xasdır”, “hər bir nevrotik Edipdir. Bu komplekslər, yəni özünün seksual təəşşüqlərinin məhdudlaşdırmaq üçün tətbiq edilən hər bir əkstədbir – əxlaq normaları, din, mədəniyyət normaları, qanunlar, utancaqlıq duyğusunun inkişafı, in- sanda sosiallığın dərinləşməsi, sıxış- dırma, çəkindirmə vasitələri – cəza, biabırçılıqdan qorxmaq və s., Freydə görə, seksual tələblərə qarşı qəsdir, psixi xəstəlik və nevroz mənbəyi, in- sanın təbii azadlıq və sərbəstliyini boğmaq vasitələridir. Bunlar küll ha- lında psixi xəstəlikləri – nevrozları inkişaf etdirir, bu da öz növbəsində insanların həyat tərzi və dünyagörüş- lərinə, dünyaya və özlərinə münasibət- lərinə, idrak və ifadə modellərinə təsir edir, onları normal təbii vəziyyətdən çıxarır. Bizim əsrimizdə insanlarda təcavüzkarlıq hissinin inkişafını, müha- ribə və dağıdıcılığa meyli, tərkidün- yalığa marağın artmasını s. mütəfəkkir bununla izah edirdi. Başqa sözlə, o sübut edirdi ki, sıxışdırma patogen proses kimi insanı xəstələndirir.
Freyd, nevrozların, əsas səbəbi ola- raq, seksual istəklərin boğulmasını, hər cür arzunun qeyri-şüuri sferaya sıxışdırılmasını, müxtəlif cür məhdu- diyyətləri, qadağanları (tabuları) qeyd edirdi. İnsestin-qohum ilə cinsi əla- qənin qadağan edilməsi ilkin dövr- lərdən nevrozlarınn inkişafına səbəb olur. İnsanlar onların erotik tələbatlarını ödəməkdən imtina edildikdə xəstələ- nirlər. Bu tələbatlar kiçik yaşlarda daha güclü olur, həm də valideynlərlə yaşlı uşaqlar arasındakı bu duyğular əsasən cəmiyyət tərəfindən müəyyən edilən ideala mütabiq olmur. Nevrozlar uşağın seksual tələbatı ilə cəmiyyətin yaratdığı sosial normaların barışmazlığı üzərində inkişaf edir.
Cəmiyyət, valideyn, tərbiyəçilər uşağın seksual tələbatlarını boğmaq üçün qorxudan isti-fadə edirlər. Belə- liklə, qorxu istəklərə qarşı tormozlayıcı vasitə kimi tətbiq edilir. Nevroz da buradan doğur. Qorxu arzunu boğmaq üçün vasitədir. Uşağın qorxusu “Hə- yata keçməmiş arzudan doğur”. Qorxu nevroz, xəstəlik törədir, çünki o arzunu boğur, insanı məngənədə saxlayır. Nevrozların inkişafını Freyd qorxu hissinin gücləndirilməsində görürdu. Heyvan və ya varvar bu cür duyğudan kənardadır, buna görə də onlarda əsə- bilik-nevroz yoxdur. Cəmiyyət mədə- niləşdikcə o öz təbəələrinin təhlükəsiz- liyi naminə qorxu hissini artırır, deməli, nevrozların inkişafı üçün şərait yaradır. Nevroz – məhəbbət, həyat, müqəddəs- lik, ölüm, nifrət və s. kimi fəlsəfi ka- teqoriyalarla əlaqədardır. Onun təbii səbəbi-zövq və iztirabdır. Seksual təəşşüqlər insana zövq, ondan məhrum olma – iztirab verir. Nevroz – libidonun inkişafın, ondan zövq alma prosesinin məcburən zəiflədilməsi və ya dayan- dırılmasının nəticəsidir; sıxışdırılma- dan, öz təəşşüqlərinin boğulmasından
– tələblərinin ödənilməməsindən körpədə və ya yeniyetmədə psixi gərginlik əmələ gəlir. Bu zaman arzunu həyata keçir-məyə yönələn və ona mane olan qüvvələr bir-birinə qarşı durur, bununla da psixi həyatın normal halı – müva- zinət vəziyyəti pozulur. Nevrozların inkişafı üçün ən mühüm amillər – mədəniyyət, əxlaq, tərbiyə, sosial duy- ğuların, bir sözlə, “Mən – İdeal”ın – vicdan hissinin inkişafıdır. Bunların hamısı isə qorxu ilə əlaqədardır. Qorxu, əsəbilik və nevrozlara Freyd sinonim kimi baxırdı. Uşaq əsəbidir demə – o yazırdı, – “uşaq bu və ya digər qorxuya və ya qorxulara malikdir deməkdir” Buna görə də onun sistemində qorxu anlayışına mərkəzi yer verilir. Qorxu fərdin bioloji və ya sosial mövcudlu- ğunun təhlükə altına alındığı zaman keçirdiyi affektiv haldır. Arzunun ye- rinə yetirilməsi ehtimalının doğurduğu qıcıqlanma da qorxu törədir. Qorxu, dəhşət, diksinmə, təşviş, həyacan, bun- lar isə öz növbəsində anormal davra- nış stereoipləri törədir; o tərbiyə vasi- təsi, davranışı və həyat tərzini sosial cəhətdən təhlükəsiz çərçivədə aparmaq üçün tətbiq olunan metoddur. Dəhşətli qorxuya fobiya deyilir. Qorxunun güc- lənməsi bütün orqanizmi hərəkətə gətirir – ürək döyüntüsü, soyuq tər, titrəmə və s. törədir. Qorxudan istifadə edən tərbiyəçilər və valideynlər onun bu cür mənfi təsirini adətən nəzərə almırlar. Onlar anlamırlar ki, uşağı tərbiyə edərkən, deməli, qorxu vasitəsilə çəkindirərkən əslində onu çox arzu etdiyi şeydən – seksual tələbatını ödəməkdən çəkindirirlər. Qorxu adətən arzuların yerinə yetirilməməsi qar- şısındakı qorxudur.
Uşaq, şübhəsiz ki, öz seksual obyektinin itirilməsindən həddən artıq qorxur. Ona görə də ilkin qorxu onun ruhi həyatında silinməz iz buraxır. Uşaqların qorxusu ilk baxışda ancaq sevdikləri adamın olmaması qarşısında qorxudur. Buna görə də onlar həmin adamın – özlərinin məhəbbət obyektlə- rinin təhlükəsizliyinə qarşı ən kiçik hərəkəti belə çox böyük təcavüzlə qarşılayırlar. Psixoanalizi Freyd nevro- zlar nəzəriyyəsinə giriş hesab edirdi; bu nəzəriyyə birinci növbədə psixi xəstəliklərin etiologiyasını müəyyən etməli – ruhun normal funksiyasının patologiyaya keçid prosesinin dialekti- kasını açmalı idi. Bu təlim analiz vasitəsilə göstərməli idi ki, nevrotik özünün ustanovkalarını, söylədiyi ifa- dələri, sərsəmləmələri haradan alır, onun qorxusunun mənbəyi və səbəbi nədir, başqa sözlə, ruhi proseslərin dinamikası nədədir. “Nevroz, – Freyd yazırdı ki, öz növbəsində biliksizliyin nəticəsidir, onlar haqqında bilmək lazımdır”. Psixoanaliz bu cür biliksi- zliyi biliklə əvəz edir, insanı bilavasitə psixi xəstəliyin necə başlaması və qurtarmasının mümkünlüyü haqqında informasiya ilə silahlandırır. Freydlə hər hansı bir psixiatrı fərqləndirən əlamət nevrozların təzahür formaları- na – onların simptomlarına münasibət- dədir. Freyd inanır ki, psixi xəstəliyin simptomları mənalıdır və onlar qeyri- şüuri sferaya – sıxışdırılmış arzuların əvəzlənmiş ifadələrindən başqa bir şey deyildir. Başqaları isə həmin simp- tomları mənasız və ötəri bir şey hesab edir və xəstəliyin müalicəsi üçün onla- rın aradan qaldırılmasının yollarını bilmirlər. Buna görə də qeyri-psixoa- nalitik terapiyalar nevrozların müali- cəsi sahəsində nəzərə çarpacaq bir şeyə nail ola bilməmişlər. Simptom, – Freyd yazırdı ki, – həyata keçməsi mümkün olmayan arzunun əvəz edil- miş variantıdır. O göstərir ki, cavan bir qayınana öz kürəkəninə aşiq olur, lakin o bunu üzə çıxara bilməz, əxlaq buna mane olur. Həmin fakt ərinin ona xəyanəti şəklində üzə çıxır. Bun- dan xəstənin özünün xəbəri olmur. “Simptomların mənası həmişə və hər yerdə xəstəyə naməlum qalır. Simp- tomların həqiqi mənaları qeyri- şüuridə saxlanılır – üzə çıxan əvəzlənmiş, çox vaxt başa düşülməsi, daha doğrusu, yozulması çətin olan simptomlardır. Ona görə ki, simptom – həyata keçmə- miş şeyin əvəzləyicisidir [2, s.45-49].
Ədəbiyyat:
1. İsmayılov N.V. Psixiatriya. Ba- kı, 2004, 585 s.
2. İsmayılov F. Ziqmund Freyd. Bakı, 1994, 423 s.
3. İsmayılov F. Klassik psixoanal- izin əsasları. Bakı, 2001, 320 s.
4. Kaplan &Sadock. Synopsis of psychiatry, eleventh edition, 3229 p.
5. З.Фрейд. Психология бессоз- нательного.
6. З.Фрейд. Введение в психо- анализ.

Müəllif: Xəzər Univeristetinin magistrantı İradə Teymurova

"