Qısa söhbətlərdən kənara çıxmaq: Tədqiqatlar göstərir ki, insanlar yad insanlarla dərin söhbətlərdən həzz alırlar

Tarix: 30 sentyabr 2021-ci il

Mənbə: Amerika Psixoloji Assosiasiyası

Xülasə: İnsanlar, bir-birimizlə əlaqə yaratmağa kömək edən dərin və mənalı söhbətlərdən yararlanır, lakin yeni araşdırmalara görə, biz tez-tez yad insanlarla hal-əhval tutmağa üstünlük veririk, çünki başqalarının bizim həyatımızla nə qədər maraqlandığını lazımınca qiymətləndirmirik və yanlış şəkildə daha dərin söhbətlərin qəribə və maraqsız olacağına inanırıq.


İnsanlar, bir-birimizlə əlaqə yaratmağa kömək edən dərin və mənalı söhbətlərdən yararlanır, lakin Amerika Psixoloji Assosiasiyası tərəfindən yayınlanan araşdırmaya görə, biz tez-tez yad insanlarla hal-əhval tutmağa üstünlük veririk, çünki başqalarının bizim həyatımızla nə qədər maraqlandığını lazımınca qiymətləndirmirik və yanlış şəkildə daha dərin söhbətlərin qəribə və maraqsız olacağına inanırıq.

Chicago Booth School of Business Universitetinin davranış elmləri üzrə professor Nicholas Epley söyləyirdi ki, “Başqaları ilə anlamlı şəkildə əlaqə qurmaq insanları daha xoşbəxt edir, bununla belə insanlar daha dərin və daha mənalı söhbətə girməkdən çəkinirlər”.O, Journal of Personality and Social Psychology-də dərc olunan tədqiqatın həmmüəllifidir. “Bu, bizi maraqlı sosial paradoks kimi təəccübləndirdi: Əgər başqaları ilə dərin və mənalı şəkildə əlaqə qurmaq rifahı artırırsa, bəs niyə insanlar gündəlik həyatda bunu daha tez-tez etmirlər?”

Bu suala cavab vermək üçün Epley və onun həmkarları 1800-dən çox iştirakçı ilə on iki hissəli təcrübə hazırladılar. Tədqiqatçılar cüt-cüt insanlardan -əsasən də yad insanlardan- nisbətən dərin və ya səthi mövzuları müzakirə etməyi təklif ediblər. Bəzi təcrübələrdə, insanlara müzakirə etmək üçün səthi və ya dərin suallar verildi. Səthi suallar “Son ayda gördüyünüz ən yaxşı televiziya verilişi hansıdır? Bu barədə partnyorunuza danışın” və ya “Bugünkü hava haqqında nə düşünürsünüz?” kimi tipik kiçik müzakirə mövzularını əhatə edirdi. Dərin suallar isə daha çox şəxsi və intim məlumatları ortaya çıxardı, məsələn, “Başqa bir insanın qarşısında ağladığınız bir zamanı təsvir edə bilərsinizmi?” və ya “Bir kristal kürə sizə özünüz, həyatınız, gələcəyiniz və ya başqa bir şey haqqında həqiqəti söyləyə bilsəydi, nə bilmək istərdiniz?” Digər təcrübələrdə, söhbətlərdən əvvəl iştirakçılar söhbətlərin nə qədər yöndəmsiz, yersiz olacağını, söhbət tərəfdaşı ilə nə qədər bağlı hiss edəcəklərini və söhbətdən nə qədər həzz alacaqlarını düşündüklərini proqnozlaşdırdılar. Daha sonra söhbətlərin əslində nə qədər yöndəmsiz olduğunu, əslində nə qədər bağlı hiss etdiklərini və əslində nə qədər həzz aldıqlarını qiymətləndirdilər.

Ümumilikdə, tədqiqatçılar həm dərin, həm də səthi söhbətlərin yersiz, qəribə olmadıqlarını və iştirakçıların gözlədiklərindən daha çox bağlılıq və həzz duyğularına səbəb olduğunu tapdılar. Bu effekt dərin söhbətlər üçün daha güclü olurdu. Dərin sualları müzakirə edən iştirakçılar, səthi sualları müzakirə edənlərə nisbətən, söhbətin olduğundan daha çox qəribə olacağını təxmin etmişdilər. Dərin söhbətlər də daha xoş idi və daha güclü əlaqə hissi yaratdı. Təcrübələrin birində bir tərəfdaşla dərin söhbət edən və digər tərəfdaşla səthi söhbət edən iştirakçılar əvvəlcə səthi söhbətə üstünlük verəcəklərini gözləsələr də, əslində hər ikisini apardıqdan sonra dərin söhbətə üstünlük verdilər.

Əgər dərin söhbətlər həqiqətən daha yaxşıdırsa və bu eksperimentlərdəki insanlar dərin söhbətlər etmək istədiklərini deyirlərsə, o zaman bu söhbətləri niyə daha çox aparmırlar? Tədqiqatçılar şübhələnirdilər ki, bu yalnız, insanların tanımadığı, yad birisinin onun şəxsi, dərin hiss və düşüncələrinə yetərincə diqqət göstərməməsi ilə bağlı ola bilər. Təcrübələrin bəzilərində tədqiqatçılar iştirakçılardan həmsöhbətinin müzakirədə nə dərəcədə maraqlı olacağını təxmin etmələrini və daha sonra partnyorunun əslində müzakirədə nə dərəcədə maraqlı olduğunu bildirmələrini istədi. Orta hesabla, insanlar davamlı olaraq, tərəfdaşlarının onlar haqqında öyrənməkdə nə qədər maraqlı olacağını düzgün qiymətləndirmirdilər.

Epley deyirdi ki, “İnsanlar sanki söhbətdə özləri haqqında mənalı və ya vacib bir şeyin açıqlanmasının boş baxışlarla və sükutla qarşılanacağını təsəvvür etdilər, ancaq bu real söhbətdə belə deyildi”. “İnsanlar çox sosialdırlar və söhbət zamanı qarşılıqlı əlaqəyə meyllidirlər. Əgər siz mənalı və vacib bir şey paylaşırsınızsa, çox güman ki, bunun müqabilində mənalı və vacib bir şey mübadiləsi əldə edəcəksiniz və bu, xeyli yaxşı söhbətə səbəb olacaq.”

Son eksperimentlərdə tədqiqatçılar, həmsöhbəti haqqında daha dəqiq gözləntilərin olmasının, insanların daha dərin söhbətə marağını artırıb-artırmadığını araşdırıblar. Təcrübələrin birində onlar, iştirakçılara xüsusilə qayğıkeş və maraqlı bir şəxslə və ya xüsusilə diqqətsiz və maraqsız bir şəxslə danışacaqlarını təsəvvür etmələrini söylədilər. Qayğıkeş insanla danışacaqlarını gözləyən iştirakçılar, qayğısız tərəfdaşla danışacağını gözləyən iştirakçılardan daha dərin sualları müzakirə etməyi seçdilər. Başqa bir təcrübədə, tədqiqatçılar insanlara sadəcə olaraq əvvəlki təcrübələrin nəticələri haqqında danışdılar, bununla onlara bildirdilər ki, əksər insanlar digər insanların şəxsi və daha dərin düşüncələri haqqında eşitməkdə, maraqlı olma dərəcəsini lazımınca qiymətləndirmirlər.

Epley deyirdi ki, bu tapıntıların mühüm praktiki nəticələri var, “İştirakçılarımızın daha dərin söhbətlərlə bağlı gözləntiləri çox da yanlış deyildi, lakin arada elə dərin səth çəkilmişdi ki, o, insanların gündəlik həyatlarında başqaları ilə əlaqə saxlamasına mane olurdu”. “Pandemiya azaldıqca və hamımız yenidən bir-birimizlə ünsiyyət qurmağa qayıtdıqca, başqalarının da mənalı və dərin söhbəti sevdiyini bilmək, sizi qısa söhbətlərə daha az vaxt sərf etməyə və nəticədə daha xoş ünsiyyət qurmağınıza səbəb ola bilər.”


"