Yeniyetmələrin şəxsiyyətinə psixoanalitik yanaşmalar

Yeniyetməlik insanın yaş dövrləri arasında daha çox diqqəti cəlb edən, ziddiyyətli mərhələ hesab olunur. Bu ziddiyyətlər onların şəxsiyyət xüsusiyyətlərində də bu və ya digər formada özünü göstərir. Cinsi yetişkənliklə əlaqələndirilən ziddiyyətlər onların sosiallaşmasına təsir göstərən mədəni mühitlə də əlaqə lidir və bu səbəbdən etnopsixoloji xüsusiyyətlər kəsb edir. Yeniyetməlik dövründəki psixososial parametrlər müxtəlif sahələrdə, daha çox özünübənzətmə ( özünü identifikasiya ), özünüqiymətləndirmə və özünütənzimetmədə müşahidə olunur. Bütün bunlar, məlum olduğu kimi, yeniyetmələrin şəxsiyyətində özünəməxsus xüsusiyyətlərin təzahür etməsinə səbəb olur. XX əsrdə formalaşmağa başlamış şəxsiyyət nəzəriyyələrində əksər tədqiqatçılar yeniyetməlik dövrünün ziddiyyətlərindən , onların davranışının irsi (genetik ) , etnik və sosial mənşəyindən bəhs etmişlər. Z.Freyd, A.Freyd, E.Fromm, E. Erikson, K. Xorni və b. şəxsiyyətin inkişafı kontekstində yeniyetmələrin sosiallaşması və özünüidentifiakasiyası məsələlərinə bu və digər, nöqteyi-nəzərdən aydınlıq gətirirlər. Bu nəzəriyyələrlə tanışlıq bizə problemi daha əhatəli təhlil etməyə imkan verir.
Məsələn, Ziqmund Freyd özü nün psixoanalitik nəzəriyyəsində yeniyetmələrin cinsi xüsusiyyətlərini instinktlərlə əlaqələndirir. Eyni zamanda, onların psixoloji xüsusiyyətlərini «Mən»lərin mübarizəsi 1 fonunda təsvir edir. Freydə görə yeniyetməlik- "Ali-Mən"in formalaşdığı dövrdür (4, s. 130). "Qeyri Mən" və xarici mühit arasında → vasitəçi rolunu oynayan "Mən" təxminən 5 yaş ərəfəsində formalaşır. Bu dövrdə mühüm dəyişmələr baş verir. "Mən" xarici mühitlə daxili aləmin vasitəçiliyi funksiyasını yerinə yetirərək özü-özünə daha bir qoruyucu-"Ali-Mən" yaradır. Bu hadisə yeniyetməlik dövründə, "mənlik şüuru"nun yarandığı ǝrǝfədə baş verməklə həyatın sonrakı dövründə də təkmilləşməkdə davam edir. "Ali-Mən" valideynlər kimi daim "Mən" üzərində nəzarəti saxlayır, təhdid edir, cəzalandırır. Z.Freydin izahından məlum olur ki, belə nəzarətdən yayınmaq meyli olanlarda "Ali-Mən" ləng inkişaf edir, yaxud onun strukturu neqativ meyllərlə komplektləşir. Freyd «Ali-Mən»in davranışa nəzarətini şüurun psixikaya nəzarət funksiyası ilə müqayisə edir. "Ali Mən" yeniyetmələrə elə tələbkarlıqla yanaşır ki, hətta, valideynlər hər yerdə onu müşayiət edərək belə tələbkar ola bilməzlər. "Ali-Mǝn" «Mən»in hər bir hərəkətini izləyir, fikir və düşüncələrini əxlaqi baxımdan təhlil edir, hisslərini qiymətləndirir.

Bir sözlə, «Mən»in elə nəzarətçisinə çevrilir ki, bunu ondan yaxşı heç kim və heç nə edə bilməz. Be ləliklə də, «Ali-Mən» «Mən» üçün nəzarətçi rolunu oynayaraq daxili aləmin hisslərinə çevrilməyə başlayır. Həyatın sonrakı gedişində fərdin valideynlərinin onda yaratmış olduqları uşaqlıq təəssüratlarına, qayğılarına, təhsilinə təsir göstərməyə başlayır. Z.Freyd izah edir ki, bunların hamısı yalnız valideynlərin şəxsi keyfiyyətləri ilə bağlı olmayıb onların zövqlərinə, normalarına, təsir edən sosial sinfə, irqə, millətə mənsub anadan gəlmə meyllər və ənənələrlə bağlıdır.

Anna Freyd yeniyetmələrdə inkişafın pozulması hallarını instinktiv meyllərlə əlaqələndirir. O yazır: «Yeniyetmələrdə seksual instinktiv meyllərdən bəhs edərkən mən onları keyfiyyət və kəmiyyət dəyişmələrinə bölməyi məqsədəuyğun hesab edirəm. Bizim yeniyetməlik qabağı müşahidə etdiyimiz ilk şey uşaq seksuallığını xarakterizə edən, bütün aspektlərə təsir göstərən meyllərin fəallığının artmasındakı nizamsızlıqdır... Bu dövrdə fərd erkən yaşdakı kimi olur: tamahkar, acgöz, amansız, kobud, həvəslərinə bağlı və hər şeylə maraqlanan, lovğa, özünə mərkəzləşən, başqalarına qarşı diqqətsiz. Onlarda belə infantil elementlərin genişlənməsilə, praktik olaraq, həmin anda meyllərin keyfiyyəti də dəyişir. Bu yeni element yeniyetməni təhlükə qarşısında qoyur. Onlar tədricən bununla mübarizə aparmağa alışırlar» (5, s. 326).

A.Freyd yeniyetmələrin "Mən"i nin quruluşunda baş verən dəyişmələri də analiz etmişdir. A.Freydə görə, onlar özlərinin sürətlə » dəyişməkdə olan meyllərini nəzarətdə saxlamaq üçün ciddi səy göstərirlər. Bu, yeniyetmələrdə xeyli enerji itkisinə səbəb olur. Yəni, çox zaman gərginlik içində olmaqla onlarda reaktiv özünüqurma gedir. Beləliklə də, özlərini başqaları ilə eyniləşdirməyə, oxşatmağa, təqlid etməyə-proyeksiyaya və köçürməyə (perenos) cəhd edirlər. Bir sıra hallarda, hətta, daha qətiyyətli cəhdlə-rasionalizasiya və sublimasiya da baş verir. Bu, həm də o deməkdir ki, onun bütün qoruyucu sistemi instinktlərin davamlı fəallığı situasiyalarında əsəb partlayışları ilə gərginləşir. Ona görə də biz yeniyetmələrə yaxınlaşarkən necə reaksiya verəcəklərini əvvəlcə dən müəyyənləşdirə bilmirik.

A. Freydin araşdırmalarındakı diqqət çəkən məsələlərdən biri də yeniyetmələrin ailəyə və valideynlərə münasibəti ilə bağlıdır. Belə ki, o da yeniyetməlikdə övladlarla valideynlərin münasibətlərinin dəyişdiyi qənaətindədir. Yəni, yeni yetmələrin validyenlərlə mübarizəsi açıq forma alır: onlara laqeydlikləri aydın ifadə olunur, əhəmiyyətliliyindən imtina edirlər, hörmətsiz yanaşaraq axmaq, heç nəyə qabil olmayan insan kimi qiymətləndirirlər. Yeniyetmələrə elə gəlir ki, valideynlərsiz yaşamaq daha asan olar. Uşaqlıqda bir-birinə nə qədər bağlı idilərsə yeniyetməlikdə aralarındakı mübarizə, bir-birini qəbul etməmək də o qədər güclü olur. Bu yanaşmalar kontekstindən onların idealları, sosial münasibətləri, valideynlərə bağlılıqları, idealları dəyişir. Bəziləri valideynləri müstəqil olaraq seçdikləri liderlə əvəzləyirlər.

Karl Qustav Yunqun analitik nəzəriyyəsi bizə problemlə bağlı daha əhatəli məlumat əldə etməyə imkan verir. K.Yunqa görə şəxsiyyət üç ayrı-ayrı, lakin bir-birinə təsir göstərən quruluşdan əmələ gəlib: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq (2, s. 200). Şəxsi şüursuzluqda nə zamanlarsa dərk olunmuş, lakin sonralar sosial təzyiqlər nəticəsində unudulmuş (şüuraltına qovulmuş) konfliktlər, xatirələr təmsil olunur. Şəxsi şüuraltı fərdin özünün keçmiş şəxsi təcrübəsi, yaxud irsi genetik təcrübəsində (hafizəsində) sıxışdırılmış hisslər, xatirələr, emosiyalar, bir sözlə, bu elementlərin kompleksini özündə birləşdirir. Bu kompleks fərdin davranışına kifayət qədər güclü təsir göstərə bilir. <<Kollektiv şüursuzluq>>da hər bir fərdin beyninin quruluşunda bütün insanlığın təkamülü yolunda yaranan ruhi varisliyi qorunub saxlanılır. Kollektiv şüursuzluq ilkin psixi obrazlardan, arxeotiplərdən ibarətdir... Arxeotiplər insana hadisələri müəyyən qaydada qəbul etmək, reaksiya vermək və onları yaşamaq üçün anadangəlmə ideyalar, yaxud xatirələrdir» (2, s. 200). Yunqun irəli sürdüyü ana, uşaq, kölgə, özəllik kimi arxeotiplərin adlarından yazıda, simvollarda, ədəbiyyatda, dində istifadə olunur.

Daha bir tədqiqatçı Karen Xorni problemi gender (qadınlarla kişilər arasındakı fərqlər) aspek tindən araşdıraraq yeniyetmələrin şəxsiyyətində aparıcı məsələlərdən olan özünüidentifikasiyaya sosiomədəni təsirləri izah edir (6, s. 254). O iddia edir ki, qadınlar kişilərlə müqayisədə bütün hallarda daha çox natamamlıq hissi keçirirlər. Çünki, onların həyatı kişilərdən iqtisadi, siyasi və psixososial baxımdan asılı olur. «Kişi olmaq arzusu bizim mədəniyyətimizdə maskulinizasiya üçün səciyyəvi olan-güc, qoçaqlıq, müstəqillik, müvəffəqiyyət, seksual azadlıq, partnyor seçmək hüququ kimi keyfiyyət və imtiyazlara sahib olmaq arzusunun təzahüründə ifadə olunur» (6, s. 261).

Erix Fromm yeniyetmələrin şəxsiyyətində aparıcı gücə malik olan ən mühüm tələbatlardan bəhs edir. Bu tələbatların məzmununu təhlil edərkən onların yeniyetmələrin həyatında prioritet olduğu aydınlaşır: əlaqələr qurmağa olan tələbat; üstüngəlməyə nail olma tələbatı; öz kökünə bağlılıq tələbatı ; identifikasiya tələbatı; görüşlər və sadiqlik tələbatı (6, s. 250-251).

Alfred Adler fərdin sosial mən subiyyətinə xüsusi əhəmiyyət verərək göstərir ki, «hər bir insanda təbii instinktlər, yaxud sosial maraq, əməkdaşlıq qurmaq üçün anadangəlmə cəhdetmə hissi var>>> (1, s.166). A.Adler özünün fərdiyyət psixologiyası ilə bağlı fikirlərində insan və cəmiyyət arasındakı harmoniyanın mövcudluğu ideyasını irəli sürür. Beləliklə, yeni freydizmin tərəfdarlarından olmaqla A.Adler yeniyetmələrin psixoanalitik nəzəriyyədə verilmiş izahı ilə razılaşmır. Yəni, o, yeniyetmələrin yaşlılarla konfliktlərini təbii saymır. O, bunları hər bir yeniyetmənin fərdi təcrübəsilə, ailə şəraitindəki uyğunsuzluqlarla, məsələn, ailədə neçənci övlad olması və natamamlıq hissi ilə əlaqələndirir. İnsanda uşaqlıqdan yaranaraq fiziki sağlamlığında (hansısa orqa nın xəstəliyində), əxlaqi müdafiə sindəki çatışmazlıqlardan yaranan bu natamamlıq hissi sonradan başqaları üzərində qələbə çalmaq uğrunda mübarizənin əsasını qoymuş olur. «A.Adler hesab edir ki, üstünlüyə nail olmaq cəhdi insanın həyatında əsas motivasiya gücü dür» (1, s. 169). Onun irəli sürdüyü müddəalara görə, insanın yalnız bir son məqsədi var- öz mədəniyyətini inkişaf etdirmək.

Bu problemin necə reallaşdırıldığını A.Adler həyat stili konsepsiyasında açıqlayır. Konsepsiyanın əsas müddəalarından belə məlum olur ki, hər bir kəs özündə həyat stili yaradır və buna özündə formalaşdırmş olduğu şəxsiyyət tipinin köməyi ilə, özünəməxsus davranış tərzi ilə nail olur. Həyat stili, həm də özündə fərdin mövcudluğunun təkrarsız mənzərəsini: xüsusiyyətlər, davranış qaydaları, vərdişlər yaradır. Şəxsiyyət probleminə A.Adlerin yanaşması bizə yeniyetmələrin psixikasında, daxili aləmində gedən dəyişmələrin xarakterini açmağa imkan verir. Aydın olur ki, milliyyətindən asılı olmayaraq hər bir kəs özünü-öz milli mənsubiyyəti əsasında, ecdadların sosial təcrübəsi və mədəniyyəti zəminində yaratmağa meyllidirlər.

Erix Eriksona görə, müasir yeniyetmələr identifikasiya uğurları əldə etməkdə ixtisas məşğuliyyəti baxımından ciddi konfliktlərlə üzləşirlər. Yaşıdlar qrupuna üzv olmaq cəhdində də onların özünə məxsus problemləri var. Özünüidentifikasiya üçün valideynlərin modelindən imtina edən yeniyetmələr yaşıdlar qrupunda özlərinin alternativ mənbələri üçün dayaq axtarırlar. Bir qrup yeniyetmələrdə bu, dramatik fizioloji və ideoloji dəyişmələri yaşadıqları zaman özünəinam hissini qorumağa kömək edir. Ona görə də yeniyetmələr qrupunda müşahidə edilən eyni şəkildə paltarlar, bədən hərəkətləri, mimika, əslində çaşıb qalmış, qeyri-müəyyən identifikasiyanın qoruyucularıdır. Yeniyetmələr öz həmyaşıdlarını paltarda, davranışda təqlid edərkən başa düşmürlər ki, bu onlarda daxili sabitlik və təhlükəsizlik hissi yaradır. Digər tərəfdən, saç düzümü, musiqi, valideynlər arasında saxladıqları məsafəni reallaşdıraraq yaşlılar aləmi ilə bağlılığına, identifikasiya maraqlarına işarədir. Yaşlılar qrupuna mənsub olmaq, yeniyetmələr üçün, həm də özlərinə müxtəlif ideoloji, siyasi, sosial, iqtisadi və dini sistemlərin təsirini yaşamaq imkanlarını təmin edir. Bəzən də onlar yeni cinsi dəyərlər axtarışında olurlar. Bunlar uşaqlıq qayğılarının əvəzində qazanılır. Alkoqol və narkotiklərdən istifadə meyllərinin səbəbini E.Erikson məhz Mən-identifikasiyanın problemlərində görür. E.Erikson yeni yetmələrin yaşıdlar mühitinə daxil olmalarının özlərini onlarla eyniləşdirmələrinin (identifikasiyanın) üç elementini ayrd edir.

1. Oğlanlar və qızlar daim daxilən öz-özləri tərəfindən təqdir olunmalıdırlar. Bu halda onlarda tədricən özləri haqqında obraz yaranacaq.

2. Onlar üçün əhəmiyyət kəsb edən digər insanlar da fərddə onun bütövlüyünü və identifikliyini (eyniliyini) görməli, qəbul etməlidirlər. Bu onunla izah olunur ki, yeniyetmədə özünün yaratdığı daxili bütövlük və eyniliyin başqaları tərəfindən qəbul olunacağına inam, əminlik olmalıdır. Bilməlidirlər ki, hansı səviyyədə eyniləşdirdikləri «Mən konsepsiya»nın sabit elementinə çevrilə bilməz. Eləcə də eyniləşdirdiklərini özlərinin sosial obrazlar haqqındakı təsəvvürləri, hissləri, şübhə və qorxaqlıqları ilə qarşı-qarşıya qoyaraq seçim etməlidirlər.

3. Onlar «yaşlılıq hissinǝ» nail olmalıdırlar. Bu bütövlük daxili və xarici planda, öz aralarında razılığa gəlməlidir (174, s. 228).

Eriksonun yeniyetmələrdə müşahidə olunan identifikasiya probleminə münasibəti etnopsixoloji xüsusiyyətlərin tədqiqi üçün metodoloji mənbə kimi də qəbul edilə bilər. Çünki, o yeniyetmələrin inteqrasiyalı identifikasiya uğurlarının əsasının uşaqlıqda qoyulduğunu iddia edərək bu prosesin şəxsiyyətin sosial quruluşunun güclü təsiri zəminində baş verməsi qənaətindədir. Xüsusən də Azərbaycan kimi mühafizəkar, öz ənənələrinə bağlılıq meylinin güclü olduğu cəmiyyətlərdə yeniyetmə qızlarda identifikasiya probleminin səbəblərini ayırd etmək çətin deyildir. Məsələn, E.Erikson diqqəti ona yönəldir ki, uşaqlıqda baş verən identifikasiya elementlərinə yeniyetməlikdə yenidən baxılır. Onlar özlərini məşhur qəhrəmanlar (kino ulduzları, superatletlər, rok-musiqiçilər) yaxud konturmədəni təmsilçilərlə (inqilabçılarla) hədsiz identifikasiyaya meyl edirlər. Belə «çiçəklənən identifikasiya» onun sosial mühitində narazılıqla qarşılanır, inkişaf etməkdə olan identifikasiyanı məhdudlaşdırır. Yeniyetmə isə yaşadığı mühitin identifikasiya ənənələrini qırıb dağıdaraq yeni ənənələr yaratmaq uğrunda daim mübarizə aparır (174, s. 229).

Bundan başqa, müəyyən qruplar, məsələn yeniyetmə qızlar üçün identifikasiya axtarışı daha çətin proses ola bilər. Yaş, cinsi və etnik xüsusiyyətləri baxımından onlar üçün cəmiyyətdə aydın identifikasiya hissinə malik olmaq çətindir. Çünki, hələ də Azərbaycan cəmiyyətində qadın kişilərlə tamhüquqlu qəbul olunmur. XX əsrdə Avropa da bu kimi məsələlər nəzərə alınaraq feminist hərəkata qabaqcıl ziyalılar dəstək oldu və onlar cəmiyyətdə özlərinin pozitiv identifikasiyasına nail oldular. Cəmiyyət qadınlara kompleks olaraq yeni məşğuliyyət sahələri, yeni mövqe, yeni rollar verdi.

Yeniyetmələrdə sosial və emosional münasibətlərin kamilləşməsini E.Erikson mühitin qiymətlən dirilməsi və onların bu qiymətlən dirməyə münasibəti nöqteyi-nəzə rindən əlaqələndirir. Onlar ideal ailə, din, fəlsəfi sistem, ictimai quruluş haqqında düşünürlər. "Yeniyetmənin ağlı idealların ilhamverici birliyi ilə ideoloji ağıla çevrilir" (6, s. 288). Beləliklə, «idealların diffuziyası» onun nəticəsi kimi yaranır. Öz valideynlərinin dini mənşəyinin, digər avtoritet mənbələrin daşıdıqları idealları, dəyərləri qəbul edə bilmir. Özünün identifikasiya problemindən, qeyri-müəyyənliyindən əziyyət çəkən fərdiyyət keçmiş təəssüratları ilə özünə və dünyaya yenidən baxa bilmir, ona görə də bu qərara gəlir ki, dünyaya daha geniş, daha münasib görüşlərlə yanaşmaq lazımdır. Beləliklə, fərdiyyətin yeniyetməlik böhranı təxirə salınmadan həlli tələb olunan psixososial problemə çevrilir.

Q.Merrey yeniyetmələrin hələ uşaqlıq dövründə qazandıqları komplekslərin təsiri altında olduqları qənaətindədir. Bunlara: oral (passivliyə, mühafizəyə, xüsusi qidalara meyllər), aqressiv (dişləmə, kəkələmə, onu mühafizə edən obyektə məhəbbət hissinin olması), anal (yığımcıllıq, təmizlik, özbaşınalıq, yaxud səliqəsizlik, pintilik, bədxərclik) göstərilir. Q.Merrey şəxsiyyətin inkişafında mühüm rol oynayan genetik amilləri önə çəkir. «O güman edir ki, kamilləşmənin genetik baxımdan şərtlənmiş prosesləri fərdi həyatın proqramlaşmış ardıcıllıq tarixinə cavab verir. Birinci dövr, uşaqlar da daxil olmaqla yeniyetməlik, gənclikdir. Gənclik dövründə yeni struktur kompozisiyalar yaranır, çoxalır» (134, s.184).

Göründüyü kimi, yeniyetmələr də identifikasiya daha çox yaşlılar  aləminə daxilolma meyli əsasında baş verir. Ümumilikdə bütün mədəniyyətlərdə cəmiyyətlərdəki ictimai münasibətlərin dəyişməsi  keçid dövrünün özünəməxsus xüsusiyyətlərilə müşayiət olunur. Bu xüsusiyyətlər yeni mərhələyə o yeni ənənə qismində daşınır. Bu, yeniyetmələrin özlərini mövcud şəraitin reallıqları ilə eyniləşdirmə zərurətindən doğur. Nəticədə onlar keçid dövrü ənənələrinin daşıyıcılarına çevrilirlər.

Ədəbiyyat:
1. Адлер А., Юнг К.Г. Резуль таты пересмотра динамического направления // Теории личности. М.-С.- Петербург, Питер, 1997, с.161–213.

2. Аналитическая теория Юнга // Теории личности. М.: Апрель II., 2000, c. 79-115.

3. Персонология Мерео рии личности. М.: Апрель-П., 2000, c. 161-195.
4. Фрейд 3. Основные принци психоанализа. М.: Ваклер, Пы 1998, 283 c.

5. Фрейд А. Лекции по детско му психоанализу. М.:Апрель-пресс, 2002, 304 c.

6. Эго-психология и связанные с ней направления в теории личности: Эрик Эриксон, Эрих Фромм, Карен Хорни// Теории личности. М.-С. Петербург: Питер, 1997, с. 214-246.

BDU-nun psixologiya kafedrasının dissertantı Qarayeva Ruhangiz

"